MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə54/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   50   51   52   53   54   55   56   57   ...   157

____________________________________________ 

170


 

aparmaq lazımdır?  Əsərin də ana xətti ondan ibarətdir  əsas 

qəhrəman Laçın bu mübarizəni aparır və öz fikrində  əxlaqında 

axıra qədər qalır. Demək, insanları bu nümunədə tərbiyə etmək 

lazımdır. 

Bu, asan deyil, çox çətindir. Mən öz həyatımdan deyə 

bilərəm ki, çox çətindir. Bilirsiniz ki, mənim gördüyüm işlər bir, 

iki, on ili əhatə etmir. Mən təxminən 30 ildir ki respublikaya 

rəhbərlik etməyə başlamışam. Ancaq nıən ondan əvvəl də, gənc 

vaxtlarımdan həyatın bütün bu eybəcərlikləri ilə mübarizə 

aparmağa çalışmışam. Hansısa bir mərhələdə nəyəsə nail olmaq 

olur. Sonra isə kimsə  gəlib onu pozur. Məsələn, öz həyatımın 

tarixindən desəm, 1970-ci illərdə burada işləyəndə biz çox 

şeylərə nail ola bildik. Amma sonrakı dövr gəldi, bütün bunların 

hamısını dağıtdı. 

Şübhəsiz ki, bizim həyatımızda indi çox müsbət cəhətlər var. 

Bu da ondan ibarətdir ki, xalqımız azaddır, müstəqildir. Bizim 

müstəqil dövlətimiz var. Tariximizdə ilk dəfə sabit, müstəqil bir 

dövlətdə yaşayırıq. Biz həyatımızı yenidən qururuq, dövlət 

quruculuğunun yeni prosesi gedir, iqtisadiyyatımız yenidən 

qurulur. Bunlar hamısı  həyatın müsbət cəhətləridir. Amma 

bununla yanaşı, bu əsərin  əsas ana xətti olan xeyirlə  şər yan-

yanadır, o həyatı zibilləyən mənfi cəhətlər var və  təəssüf ki

onlar azalmayıb, əksinə, artıb və artmaqdadır. Onlar da özlərini 

haqlı sayırlar. Elə tamaşada Nərgizin sözləri ilə deyilir ki, bu 

maaşla dolanan kimdir? Başa düşürsınız, amma maaşla dolanan 

var. Bəxtıyar müəllim, altı faiz deyil, əhalinin əksəriyyəti maaşla 

dolanan adamlardır. Bir milyon qaçqnıımızın heç maaşı da 

yoxdur, onlar verilən köməklə yaşayır, dolanırlar. Yeddi milyon 

əhalidən bir milyonu qaçqındır. Yaxud, orada az məvaciblə 

dolanan adamlar var. Bunlar var. Ona görə də Bəxtiyar müəllim 

bu əsərdə rəqəmləri bir az əks tərəfə "şişirdibdir". 

  

 

 



 


____________________________________________ 

171


 

Bəxtiyar Vahabzadə: Elə  mən özüm də maaşla dolanan-

lardanam.  



Heydər  Əliyev:  Təəssüf ki, cəmiyyətdə qanunu pozanlar, 

əxlaqsızlıq, mənəviyyatsızlıq edənlər də var. Belələri insanı o 

qədər incidir ki, həmin adam hər  şeyi artıq qara rəngdə görür. 

Amma həyat tam qara deyil. Həyatın işıqlı  tərəfi da, qaranlıq 

tərəfı də, gözəl tərəfı də, insanları incidən tərəfi də var. Ona görə 

bu məsələdən belə  nəticə  çıxarmaq olar ki, biz indiyə kimi nə 

qədər çalışmışıqsa, bundan sonra da hər bir insan cəmiyyətimiz, 

hər bir adamın  əxlaqının təmizlənməsi uğrunda mübarizə 

aparmalıdır və heç vaxt ümidsiz olmamalıdır. 

Mən Bəxtiyar müəllimə bildirmək istəyirəm - bu əsərdə 

bəzən bir az ümidsizlik hiss olunur. Ümidsizlik olmamalıdır. 

Cəmiyyət, insan ümidlə yaşamalıdır.  İnsan ümidlə yaşamalıdır 

ki, cəmiyyət mənfi hallardan xilas olsun. Biz bəlkə də buna nail 

ola bilməyəcəyik. Amma gələcək nəsillər buna mütləq nail 

olacaqlar. 

Əsərdə kökə qayıtmaq məsələsi var, mən onun mənasını belə   

anlayıram   ki,   kökümüzə      olan      o      müsbət   cəhətləri 

götürmək lazımdır. Mən də sizinlə razıyam ki, tamaşadakı kimi, 

ibtidai icma quruluşuna qayıtmayacağıq. Bu, mümkün deyil. 

Hansınız istəsəniz, bu, mümkün deyil. Mən yenə də Cəlil Məm-

mədquluzadənin    "Ölülər"        əsərinə        qayıdıram. Orada da 

əvvəl  hamısı  istəyir  ki,   Şeyx  Nəsrullah  onun qohum-

qardaşını diriltsin. Sonra hər birinə başa salanda ki, bu diriləndə 

nə olacaq - onda hamı imtina edib deyir ki, yox, kökə qayıdın. 

İndi Bəxtiyar müəllim də bu əsərində deyir ki, kökə qayıdın. 

Sizin hər biriniz nəticəni başa düşəndə, onda nə cür olacaq. 

Onda deyəcəksiniz ki, yox, indi nə cür var, qoy elə yaşayım.  

Cəmiyyət daim inkişaf edəcəkdir. Gələcək nəsillər daha da 

yaxşı yaşayacaqlar.  Biz edə bilmədiyimizi gələcək nəsillər 

  

 



 


____________________________________________ 

172


 

edəcəklər. Amma gələcək nəsillərə  şərait yaratmaq üçün biz 

gərək bu mübarizəmizi aparaq Bəli, tamaşada Laçın rolunu 

oynayan mübarizə aparmaq üçün bunların hamısını- Bəxtiyar 

müəllimin sözlərini çox gözəl ifa etdi. Şübhəsiz ki, belə əsərlər 

mübarizə aparmaq üçün bizə kömək edir. Bunlar bizə lazımdır, 

əhəmiyyətlidir. 

Bəxtiyar müəllim, mən sizi bir daha təbrik edirəm. Çox gözəl 

bir  əsər yaratmısınız. Bu vacibdir. Bu mövzu bu gün də on il 

bundan sonra da aktual olacaqdır. Mən bədbin deyiləm 

nikbinəm və bu əsərin ümidsizlik nüansları, notları ilə  də razı 

deyiləm. Çünki insan ümidlə yaşamalıdır. İnsan inanmalıdır ki, 

hər  şeyə nail olmaq - cəmiyyəti də düzəltmək, insanların 

əxlaqındakı  mənfi cəhətlərdən də insanı xilas etmək, onu tam 

mükəmməl etmək olar. Bizim borcumuz mükəmməl insan, 

mükəmməl insan cəmiyyəti yaratmaqdır və bunun uğrunda 

mübarizə aparmaq lazımdır. Bax, bu əsər də bütün bunlara 

kömək edir. 



Ramiz Novruzov  (əməkdar artist): Ulu əcdadlarımız  

deyiblər   ki,   keçmişlərin   səhvlərini   gələcək   düzəltməlidir, 

ataların səhvlərini oğullar düzəltməlidir. 

Heydər  Əliyev:  Bəli, Bəxtiyar müəllimin  əsəri haqqında öz 

fıkirlərimi dedim. Sizin hamınız da rollarınızı çox gözəl ifa 

etdiniz. Mən yenə  də deyirəm, bu əsər adi tamaşaçı üçün çox 

çətin qavranılan bir əsərdir. Amma həm rejissorun,  həm sizin 

hamınızın birlikdə ifaçılıq sənətiniz insanı doğrudan da 

gərginlikdə saxlayır. Mən iki saatdan artıq davam edən bu 

tamaşanı çox diqqətlə, gərgin vəziyyətdə dinləyirdim. Sizin bu 

artistlik, ifaçılıq məharətiniz əsərin bu qədər canlı görünməsinə 

kömək etdi. 

Güman edirəm ki, Bəxtiyar müəllim inciməz - bu əsəri 

səhnədə  görməyən  adam  kitabı  oxusa,  bu  təəssüratı ala 

bilməz. Məsələn, siz özünüz yazdığınız  şeri kitabdan oxuyan- 

  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə