MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə57/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   53   54   55   56   57   58   59   60   ...   157

____________________________________________ 

180


 

 

Heydər   Əliyev:  Mən sizin sözlərinizi və  cənah Çörçillin 

sözlərini təsdiq edirəm və xatirə lövhəsini məmnuniyyətlə 

açıram. 

 

 



 

 

 



 

 

Xatirə lövhəsində yazılmış sözlər: 

 

"Zati-aliləri Prezident Heydər Əliyevin ilk neftin çıxarılması 



münasibətilə "Çıraq-I" platformasına rəsmi səfərindən xatirə.  

12 noyabr 1997-ci il". * 

 

 

 



 

 

 



 

______________ 

*Həmin gün səhər Azərbaycan  Prezidenti  Heydər  Əliyev və onunla  

birlikdə Rusiya Baş nazirinin birinci müavini Boris Nemtsov. Britaniyanın dövlət 

xarici işlər naziri Federiko Penya da "Çıraq - I"  platformasına gəldilər.  Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkətinin prezidenti Terri Adams, ARDNŞ-in prezidenti 

Natiq Əliyev, ARDNŞ- in  birinci  vitse-prezidenti  İlham  Əliyev  və  platformanın  

meneceri,  Amerikanın "Amoko" şirkətinin mütəxəssisi Hyu Oliver platformada 

Azərbaycan Prezidentini qarşıladılar. Təmizlənmiş neftin platformada Səngəçal  

terminalınadək çəkilmiş   176  km uzunluğunda  sualtı neft kəmərinə vurulması 

barədə Prezident Heydər Əliyevə məlumat verildi. 

  

 



 

 

 


____________________________________________ 

181


 

 

 

 

XƏZƏR DƏNİZİNİN AZƏRBAYCAN 

SEKTORUNDA XARİCİ ŞİRKƏTLƏRLƏ 

MÜŞTƏRƏK İŞLƏNİLƏN NEFT 

YATAQLARINDAN İLKİN NEFTİN 

ÇIXARILMASI MÜNASİBƏTİLƏ 

TƏNTƏNƏLİ MƏRASİMDƏ NİTQ 

 

Respublika sarayı 



 

12 noyabr 1997-ci il 

 

Hörmətli xanımlar və cənablar!   



Hörmətli qonaqlar, əziz dostlar! 

1994-cü il sentyabrın 20-də Azərbaycanda tarixi bir hadisə 

baş vermişdir. Dünyanın 7 ölkəsinə mənsub olan 11 böyük neft 

şirkəti bir araya gələrək konsorsium yaratmış  və Azərbaycan 

Respublikası, Azərbaycan Dövlət Neft Şirkəti ilə  Xəzər 

dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" 

yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən 

hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzalamışlar. 

Bu müqavilə  "Əsrin müqaviləsi" adlandırılmış, dünyaya geniş 

səs yaymış və böyük əks-səda vermişdir. Bu müqavilənin həyata 

keçirilməsi üçün Azərbaycan Beynəlxalq  əməliyyat  Şirkəti 

yaradılmışdır. 

Bu müqaviləyə, konsorsiuma daxil olan şirkətlər və ölkələr 

məlumdur. Həmin ölkələrin bayraqları burada asılıbdır və o 

şirkətlərin də bayraqları burada nümayiş etdirilir.  Bunlar 

Amerika Birləşmiş        Ştatlarının    "Amoko",    "Yunokal", 

"Pennzoyl"  "Eksson",  Böyük Britaniyanın "Britiş Petro- 

  

 



 


____________________________________________ 

182


 

leum", "Remko", Rusiyanın "Lukoyl", Norveçin "Statoyl 

Türkiyənin "Türk petrolları", Səudiyyə  Ərəbistanının "Delta", 

Yaponiyanın "İtoçu"  şirkətləridir.  Onlar Azərbaycan Dövlət   

Neft   Şirkəti   ilə   birlikdə   Azərbaycan   Beynəlxal Əməliyyat 

Şirkəti yaratmışlar. Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkəti 

müqavilədə  nəzərdə tutulmuş layihəni həyata keçirməyə  

başlamış,  üç  il  müddətində  proqram  əsasında nəzərdə 

tutulmuş  işlərin hamısı yerinə yetirilmişdir. Bütün icbari işlər 

görülmüş  və  onların nəticəsində "Çıraq" neft yatağında 

yaradılmış  nəhəng platforma vasitəsilə ilkin neft hasil 

olunmuşdur.* 

XIX  əsrin sonunda, XX əsrin  əvvəlində Azərbaycan 

dünyanın neft hasil edən  ən böyük ölkəsi olubdur. XX əsrin 

əvvəlində dünyada hasil edilən neftin 50 faizindən çoxu 

Azərbaycanda, Bakıda çıxarılmışdır. Azərbaycan XX əsrdə neft 

ölkəsi kimi çox inkişaf etmişdir. Azərbaycanın neft sənayesi 

mənsub olduğu Sovetlər  İttifaqının, xüsusən Rusiyanın 

ərazisində yeni neft yataqlarının kəşf olunmasında böyük 

xidmətlər göstərmişdir. Təsadüfı deyil ki, Rusiyanın  ərazisində 

olan böyük neft yataqlarına sonralar "ikinci Bakı","üçüncü 

Bakı", "dördüncü Bakı" adları verilmişdir. 

İkinci dünya müharibəsi zamanı alman faşizmi ilə 

mübarizədə Sovetlər  İttifaqının istifadə etdiyi neftin 75 faizi 

Azərbaycanda hasil olunmuşdur. Bu gün biz böyük iftixar hissi 

ilə deyə bilərik ki, Azərbaycan, Azərbaycanın xalqı, 

 

 

_________________ 



*

Mərasimdə Gürcüstan Respublikasının prezidenti Eduard Şevardnadze. 

Türkiyənin Baş naziri Məsud Yılmaz, Rusiya Baş nazirinin birinci müavini Boris 

Nemtsov, ABŞ-ın energetika naziri Federiko Penya, Böyük Britaniyanın dövlət xarici 

işlər naziri Derik Façet, Ukrayna Baş nazirinin birinci müavini Anatoli Qolubçenko, 

Özbəkistan Baş nazirinin müavini Kayum Xakulov Norveçin energetika və  sənaye 

nazirinin müavini Hokon Gil, Almaniya, Yaponiya və Qazaxıstanın, Avropa Birliyi 

Komissiyasının, Avropa Birlıyi energetika partiyasının nümayəndələri və başqa rəsmi 

şəxslər iştirak edirdilər. 



____________________________________________ 

183


 

neftçilıri alman faşizmi üzərində çalınmış  qələbədə öz layiqli 

xidmətlərini göstərmişlər. 

     Azərbaycan dünyada neftin sənaye üsulu ilə hasil 

edilməsində irəlidə gedən ölkə olduğu kimi, suda, dənizdə  də, 

suyun dərinliklərində  də neft yataqlarının kəşf olunması  və 

onlardan istifadə edilməsində  də ilk addımlar atan bir ölkə 

olmuşdur.   Xəzər   dənizində,   "Neft   Daşları"   adlandırılan 

əfsanəvi bir yerdə məhz 1949-cu ilin noyabrında - bu ayda, 48 il 

bundan  əvvəl ilk neft quyusu fontan vurmuş  və bununla da 

Xəzər dənizində neft istehsalı  sənayesi yaranmış  və inkişaf 

etmişdir. 

Azərbaycan alimləri, neftçiləri, mütəxəssisləri Xəzər 

dənizinin mineral ehtiyatlarının öyrənilməsində  və neft-qaz 

yataq-larının kəşf edilməsində böyük xidmətlər göstərmiş  və 

həmişə irəlidə getmişlər. Mən bu gün cəsarətlə deyə bilərəm ki, 

Xəzər dənizində neft yataqlarının tam əksəriyyəti Azərbaycan 

neftçiləri, alimləri tərəfindən kəşf olunubdur. 

Azərbaycan   neftçiləri   Xəzər   dənizində   neft   çıxar-

maq sahəsində böyük nailiyyətlər  əldə etmişlər. 1949-cu ildən 

indiyə  qədər Azərbaycanda Xəzər dənizindən 420 milyon ton 

neft çixarılmışdır, 320 milyard kubmetr qaz hasil olunmuşdur. 

"Neft   Daşları"   adlanan   yerdə   on   kilometrlərlə   uzanan 

estakadalar   qurulmuş,    ayrı-ayrı      neft      yataqlarında   neft 

çixarmaq üçün platformalar yaradılmışdır. Çox sərt və  çətin 

şəraiti olan Xəzər dənizində Azərbaycan  neftçiləri  qəhrəmanlıq 

nümunələri göstərmişlər və  Xəzər dənizindən daim neft hasil 

etmək üçün çox görkəmli işlər görmüşlər. Bunlar hamısı - ötən 

illərdə Azərbaycanda neft sənayesi sahəsində yaranmış elmi-

texniki, maddi-texniki baza və böyük texniki qarğular   müstəqil   

Azərbaycanın   neft   sənayesində   yeni mərhələdə böyük işlər 

görülməsi üçün yaxşı əsas yaratmışdır. 

Məhz bunlara - əlimizdə olan böyük təcrübəyə, sərən-

camımızda olan böyük maddi-texniki bazaya görə Xəzər dəni- 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə