MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə58/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   54   55   56   57   58   59   60   61   ...   157

____________________________________________ 

184


 

zində, suyun dərinliyində yerləşən yataqlardan neft istehsal 

etmək üçün Azərbaycan yeni addımlar atmağa başlarnışdır. İndi 

Azərbaycan bu mərhələdə bu işləri dünyanın bir çox ölkələrinin 

böyük neft şirkətləri ilə birlikdə görür. Məhz bunun nəticəsində 

1994-cü ilin sentyabr ayında ilk neft müqaviləsi imzalandı. 

Məhz bunun nəticəsində ondan sonrakı dövrdə, ötən üç il 

müddətində  Xəzərin Azərbaycan sektorunda yerləşən bir çox 

başqa neft və qaz yataqlarında dünyanın böyük neft şirkətləri ilə 

müştərək iş görmək üçün yeni müqavilələr imzalanıbdır. Birinci 

müqavilədən sonra əlavə 8 neft -qaz yatağında müştərək iş 

görmək üçün müqavilələr imzalanıb.  İndi Xəzər dənizinin 

Azərbaycan sektorunda imzalanmış müqavilələrdə 12 ölkəyə 

mənsub olan 20 böyük neft şirkəti iştirak edir. 

Beləliklə, Azərbaycan Xəzər dənizində neft yataqlarının 

kəşfində  və istismar olunmasında ilk addımlarını atan bir ölkə 

kimi indi - XX əsrin sonunda, XXI əsrin astanasında Xəzər 

dənizinin böyük enerji ehtiyatlarından həm Azərbaycan, həm 

bütün Xəzəryanı ölkələr, həm də dünya iqtisadiyyatı üçün 

istifadə olunması sahəsində görkəmli təşəbbüslər göstərmişdir 

və bunların nəticəsində də son üç ildə böyük işlər görülmüşdür. 

Mən məmnuniyyətlə deyə bilərəm ki, artıq Xəzər dənizinə 

dünyanın hər yerində böyük maraq bəslənilir. Xəzər dənizinin 

Azərbaycan sektorunda olan neft-qaz yataqlarında müştərək 

işləmək üçün bizə çox saylı  şirkətlər müraciət edirlər. Böyük 

məmnuniyyət hissi ilə demək istəyirəm ki, Xəzəryanı  dıgər 

ölkələr də - Rusiya, Qazaxıstan, Türkmənistan,  İran da Xəzər 

dənizinin onlara mənsub olan sektorlarında artıq iş görnməyə 

başlayıblar. Ümidvaram ki, bu işlər də  uğurlu olacaqdır. Xəzər 

dənizinin enerji ehtiyatları  bəşəriyyət üçün çox  əhəmiyyətli 

olduğu üçün, bəşəriyyətin də inkişafına sərf ediləcəkdır. 

  

 



 

 



____________________________________________ 

185


 

Bu gün bizi buraya toplayan hadisə ilkin neftin alınması ilə 

əlaqədardır.   Ancaq   bu   gün   eyni   zamanda   Azərbaycan 

Respublikası   üçün   böyük   bayram   günüdür   -   müstəqil 

Azərbaycan Respublikasının ilk demokratik Konstitusiya- qəbul 

olunmasının ikinci ildönümüdür.  

Mən bu bayram münasibətilə, Azərbaycan Respublikası 

Konstitusiyasının qəbul olunması günü bayramı münasibətilə 

sizi bütün Azərbaycan vətəndaşlarını  təbrik edirəm və 

Konstitusiyanın  əsasında Azərbaycanda demokratik, hüquqi, 

dünyəvi dövlət quruculuğunda hamınıza uğurlar arzulayıram.  

Bu gün - Azərbaycan üçün əziz olan Konstitusiya günü, eyni 

zamanda Xəzər dənizindəki yataqlarda üç il görülən işlər 

nəticəsində ilkin neftin hasilatının qeyd olunması mərasimi bir-

biri ilə üzvü surətdə bağlıdır. Çünki məhz Azərbaycan dövlət 

müstəqilliyi  əldə edəndən, xalqımız öz sərvətlərinin sahibi 

olandan, öz sərvətlərindən istədiyi kimi istifadə etmək imkanı 

əldə edəndən sonra Azərbaycan müstəqil olaraq dünyanın bir 

çox ölkələri,  şirkətləri ilə  "Əsrin müqaviləsi" kimi müqavilə 

imzalamağa nail ola bildi. Məhz müstəqil Azərbaycan özünün 

ilk demokratik Konstitusiyasını  qəbul edibdir. Azərbaycanda 

demokratik dövlət quruculuğu prosesi gedir. Bunlar bir-biri ilə 

bağlı, bir-birini tamamlayan hadisələrdir.  

Bu gün bizi buraya toplayan "Çıraq" neft yatağından ilkin 

neftin  alınması   bayramıdır.   Biz   "Çıraq"   neft   yatağında 

qurulmuş platformaya bu gün səhər erkən vertolyotla getdik, 

onun işləri ilə tanış olduq və platformanı seyr etdik. Dənizin 

ortasında həqiqətən bir möcüzə yaranıbdır. 

Azərbaycanlıları  dənizdə olan estakadalarla, platformalarla 

təəccübləndirmək mümkün deyil.  Güman edirəm ki, vertolyotla 

"Çıraq" yatağına uçan qonaqlarımız bunu təsdiq edərlər. Çünki 

sahildən "Çıraq" platformasına qədər uçarkən vertolyotdan  

Xəzər  dənizində  saysız-hesabsız  platfor- 

  

 




____________________________________________ 

186


 

maları  və "Neft Daşları"nda yaradılmış, çox kilometrləri olan 

estakadaları  və orada olan yaşayış binalarını gördük Bunların 

hamısını Azərbaycan xalqı yaradıbdır. Ona gör bunlar bizi o 

qədər də  təəccübləndirmir. Ancaq bununla yanaşı, "Çıraq" neft 

yatağında üç il müddətində yaradılmış platforma həqiqətən 

möcüzədir, insanı  həqiqətən təəccübləndirir. Çünki o, Xəzər 

dənizində olan başqa platformalardan, estakadalardan öz müasir 

texnikası, texnologiyası müasir imkanları ilə  fərqlənir. O 

platformanı görən adam heyran olur. Çünki bu, böyük bir 

kombinatdır, zavoddur demək olar ki, böyük bir şəhərdir. Orada 

insanlar yaşayır da, işləyir də. Orada insanlar neft istehsal 

etməyə, neft çıxarmağa başlayıblar. 

Bu işin həm iqtisadi, həm siyasi, həm də mənəvi cəhəti var. 

Bunun iqtisadi cəhəti ondan ibarətdir ki, bizim başladığımız iş 

bu il də, gələcək illərdə  də  həm Azərbaycana, həm də  Xəzər 

dənizində Azərbaycanla bərabər, müştərək iş görən şirkətlərə və 

ölkələrə böyük iqtisadi fayda gətirəcəkdir. Ancaq bunun mənəvi, 

siyasi cəhəti ondan ibarətdir ki, biz dünyada mövcud olan 

müasir texnikanı, texnologiyanı orada bir yerdə tətbiq edirik və 

dünyanın bir çox ölkələrindən yüksək səviyyəli mütəxəssislər, 

mühəndislər, fəhlələr gəlib burada Azərbaycan neftçiləri, 

mütəxəssisləri ilə yan-yana birgə iş görürlər. Bu, çox çevindirici 

haldır. Bu, bizim gələcək işlərimizin başlanğıcıdır və çox gözəl 

başlanğıcdır. 

Üç il müddətində görülmüş  işlər yüksək qiymətə layiqdır.  

Çünki "Çıraq" neft yatağında böyük bir platforma yaranıbdır. 

Orada, suyun dərinliyi 120 metr olan yerdə 3 min metr 

dərinlikdə bir quyu qazılıbdır. O quyudan neft alınıbdır. Plana 

görə gələcəkdə həmin platformadan ikinci quyu qazılacaq, sonra 

daha 8 quyu qazılacaq, ümumiyyətlə isə orada 24 quyu 

qazılacaqdır. Bu platformadan ildə 6 milyon tona qədər neft 

çıxarılacaqdır. 

  

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə