MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə59/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   55   56   57   58   59   60   61   62   ...   157

____________________________________________ 

187


 

Ancaq bu platforma ilə yanaşı, bu üç il müddətində görülən 

çixarılan neftin dərhal ixrac olunması üçün bütün maddi-texniki 

bazanı yaradıbdır. Platformadan sahilə 176 kilometr məsafədə   

neft   borusu   tikilib   istismara   verilibdir.   Artıq "Çıraq" 

platformasından çıxan neft bu boru ilə sahilə gəlir. Quyulardan 

neft ilə  bərabər səmt qazı  çıxır. Həmin səmt qazından istifadə 

etmək üçün "Çıraq" platformasından "Neft Daşları"na 48 

kilometr məsafədə qaz borusu çəkilibdir. Səmt qazı oraya 

gedəcək, oradan sahilə  gətirilib istifadə ediləcəkdir. Çıxarılan 

neftin toplanması  və xarici bazara göndərilməsi üçün Bakının 

yaxınlığında, dənizin sahilində - Səngəçalda böyük bir terminal, 

kompleks tikilibdir. Demək, çıxan neftin sahilə  gəlməsi və  

yerləşdirilməsi  təmin  olunubdur.   Onun dünya bazarına, xaricə 

ixrac edilməsi üçün də neft kəməri artıq tikilibdir. 

Bilirsiniz ki, vaxtilə biz Xəzər dənizinin Azərbaycan 

sektorunda, ümumiyyətlə Azərbaycanda çıxan neftin ixracı üçün 

iki neft kəmərinin tikilməsini planlaşdırmışıq. Birinci neft boru 

kəməri Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanına, 

ikinci neft boru kəməri isə Gürcüstan ərazisindən Qara dənizin 

Supsa limanına çıxacaqdır. 

Birinci neft kəməri böyük çətinliklərdən sonra artıq işə 

başlayıbdır.   Azərbaycanın   ərazisində   bu   neft   kəmərinin 

uzunluğu 230 kilometrdir, amma onun Novorossiyskə  qədər 

uzunluğu 1400 kilometrdir. Rusiyanın  ərazisində görülən işlər 

nətıcəsində  Şimali Qafqazda baş vermiş  çətinliklər aradan 

götürülmüşdür. Həmin neft borusunda olan Azərbaycan nefti bu 

il  oktyabrın 25-də Azərbaycan-Rusiya sərhədini keçmişdir.Bu  

gün səhər bizə verilən məlumata görə bu boru xətti ilə neft artıq 

Qroznı  şəhərini də keçmişdir. Güman edirəm ki, neft yaxın  

vaxtlarda   Novorossiysk   limanına   çatacaqdır. Ancaq bu gün 

bizə məlumat verdilər ki, "Çıraq" yatağından çıxan neft   həmin   

boru   ilə    gələn   ilin    fevral    ayında 

  

 



 


____________________________________________ 

188


 

Novorossiysk limanına çatacaqdır. Yəni bu işlər hamısı eyni 

səviyyədə yaranıbdır, tənzimlənibdir. 

Mən keçən illərin, keçən dövrlərin təcrübəsini bilirəm Bəzən 

işin bir hissəsi görülürdü, o biri hissəsi görülmədiyinə görə 

bütün bu işlər də öz nəticəsini verə bilmirdi. Amma burada iş 

kompleks şəklində görülübdür. 

İkinci neft boru kəməri Gürcüstan ərazisində tikilməkdədir. 

Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkətinin rəhbərliyi 

məlumat verir ki, bu neft boru kəməri gələn ilin sentyabr ayında 

hazır olacaqdır. Beləliklə, təkcə "Çıraq" yatağından yox, digər 

yataqlardan hasil olunan neft də iki müxtəlif istiqamətdə neft 

boru kəmərləri ilə dünya bazarlarna çıxarıla biləcəkdir. 

Şübhəsiz ki, bütün bu görülən işlər konsorsiuma daxil olan 

şirkətlərin böyük fəaliyyəti və onların qoyduqları kapitalın 

nəticəsindədir. Beynəlxalq  Əməliyyat  Şirkətinin rəhbərliyi 

altında bu üç il müddətində görülən işlərə konsorsiumun 

səhmdarları  tərəfindən hamısı birlikdə bir milyard dollar 

məbləğində kapital qoyulubdur. Bu özü çox əlamətdar hadisədir. 

Bir milyard dollar bəlkə də hansısa dövlət üçün xırda bir məbləğ 

hesab olunur. Ancaq bizim region üçün, Azərbaycan üçün bu üç 

il müddətində burada bir milyard  dollar məbləğində müştərək iş 

görülməsi çox böyük və sevindirici bir hadisədir. 

Bildirmək istəyirəm ki, görülən bu işlər dünyanın bir çox 

şirkətlərini  Azərbaycana  gətirib   çıxarıbdır,   onlar  burada 

fəaliyyət göstərirlər. Məhz bu birinci müqavilənin proqramını 

həyata keçirmək üçün  görülən işlərdə dünyanın  ayrı-ayn 

ölkələrindən cəlb olunmuş 400-dən artıq  şirkət iştirak  edir.  Bu   

şirkətlər   bir   milyard   dollar   həcmində      olan      həmin  

sərmayədən, investisiyadan istifadə ediblər və  hər biri mənfəət 

götürüb.   Burada   Amerika   Birləşmiş   Ştatlarının,   Böyük 

Britaniyanın, Avropanın  bir  sıra  ölkələrinin  şirkətləri də 

 

  

 



 


____________________________________________ 

189


 

çoxdur. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, müştərək iş 

görən  bu   şirkətlərin   içərisində   72   müəssisə   Azərbaycan 

Respub-likasının   sənaye   və   yaxud   tikinti   müəssisələridir. 

Azər-baycan   Respublikası   müəssisələrinin   gördükləri   işin 

dəyəri 163 milyon dollardır. 

Beləliklə, bu müqavilənin həyata keçirilməsinə həm dünyanın 

bir çox ölkələri,  şirkətləri, həm də Azərbaycanın neft 

sənayesində 

işləyən 


şirkətlər, müəssisələr, alimlər, 

mütəxəssislər, yüksək professional səviyyədə olan fəhlələr cəlb 

ediliblər. Bizi sevindirən hal odur ki, bu işlərin həyata 

keçirilməsində xaricdən cəlb olunan yüksək dərəcəli 

mütəxəssislərin sayı get-gedə azalır, Azərbaycan 

Respublikasının özündən olan mütəxəssislərin sayı artır. Bu da 

təbiidir. Çünki Azərbaycan neft sənayesi sahəsində böyük elmi-

texniki potensiala malikdir. Azərbaycanın bu potensialından 

istifadə etmək lazımdır. Bu, iqtisadi nöqteyi-nəzərdən daha da 

səmərəlidir. 

Bir daha qeyd etmək istəyirəm, - görülən bütün bu işlər Xəzər   

dənizinin    enerji    ehtiyatlarını    dünyaya    nümayiş etdiribdir. 

Mən sizə bildirdim ki, artıq Azərbaycan  sektorunda  olan   

yataqlar   üzrə   9   müqavilə   imzalanıbdır.   Birinci 

muqavilənin sərmayəsi 8 milyard dollar həcmində  nəzərdə 

tutulubdur.    İmzalanmış    bütün   müqavilələrin    hamısının 

nazərdə tutulmuş investisiyası 30 milyard dollar həcmindədir. 

Bunlar hamısı  Xəzərin Azərbaycan sektorunda olan yataqlar 

üçün nəzərdə tutulmuş investisiyalardır. Ancaq Xəzəryanı digər 

ölkələrə  mənsub olan sektorlarda da çox zəngin neft- qaz 

yataqları var.  Hesab edirəm ki, Azərbaycan sektorunda görülən 

bu işlər,  əldə olunmuş  təcrübə onların hərəkətə  gəlməsi üçun 

çox  əhəmiyyətli ola bilər. Biz bu təcrübəni bütün Xəzəryanı 

ölkələrlə bölüşdürməyə, Xəzər dənizinin enerji ehtiyaylarından 

istifadə edilməsində öz xidmətlərimizi göstəryəmə  hazırıq. 

  

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə