MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə60/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   56   57   58   59   60   61   62   63   ...   157

____________________________________________ 

190


 

Mən bütün bu işlərin haqqında danışarkən ilk müqaviləyə 

daxil olan bütün şirkətlərə imzalanmış müqavilələrin həyata 

keçirilməsində onların göstərdiyi xidmətlərə görə  təşəkkür 

edirəm.   Beynəlxalq   Əməliyyat   Şirkətində   çalışan   bütün 

mü-təxəssislərə, neftçilərə, həm xarici ölkələrdən gəlmiş, həm 

də      Azərbaycandan   olan   bütün   insanlara   təşəkkürümü 

bildirmək istəyirəm. 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərliyinə və 

xüsusən onun başçısı, "Britiş Petroleum" şirkətinin nümayəndəsi 

olan cənab Terri Adamsa təşəkkür edirəm. Hesab edirəm ki, 

bizim bu üç il müddətində gördüyümüz müştərək iş  gələcəyə 

böyük, geniş bir yol açmışdır. Biz Azərbaycana gəlmiş bütün 

şirkətlərlə, bütün bu işlərdə  iştirak edən ölkələrlə  gələcəkdə  də 

müştərək iş görməyə hazırıq. 

Biz arzu edirik ki, Xəzəryanı ölkələr öz sektorlarındakı 

imkanlardan istədikləri qədər istifadə edə bilsinlər. Biz bu 

işlərdə  də qonşu, dost ölkələrlə  həmişə bir yerdəyik və onlarla 

müştərək iş görməyə, öz təcrübəmizi onlara öyrətməyə hazırıq. 

Dediyim kimi, Xəzər dənizi dünyanın  ən zəngin enerji 

ehtiyatları olan bir su hövzəsi kimi məşhurlaşıbdır. Eyni 

zamanda, Xəzər dənizinin digər sahilində,  Mərkəzi Asiya 

ölkələrinin  ərazisində  də çox zəngin neft yataqları vardır. Bu 

yataqların - həm quruda, həm də dənizdə olan neft yataqlarının 

işlənməsi, istifadə edilməsi gələcəkdə qarşımızda duran böyük 

vəzifələrdir. Biz bu vəzifələrin həyata keçirilməsində öz 

xidmətlərimizi göstərmək istəyirik. Bu işlər XXI əsrin iqtisadi 

strategiyasını yaratmaq üçün çox əhəmiyyətlidir. 

Bizim imzaladığımız müqavilələrin hamısı  təxminən 30 il  

müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, 

müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdır.  Hesab   

edirəm  ki,   Azərbaycan   Respublikasının   dünyanın böyük 

neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm 

  

 




____________________________________________ 

191


 

Azərbaycan üçün, həm də Azərbaycanla müştərək iş görən 

şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir. Biz böyük, 

xoşbəxt gələcəyin astanasında durmuşuq. Biz bunun təməl 

daşını, əsasını qoymuşuq. Bugünkü təntənəli mərasim də  məhz 

buna həsr olunmuşdur. Ona görə  də  mən həm Azərbaycan 

xalqına, həm də  Xəzəryanı bütün ölkələrin xalqlarına, Xəzərin 

ehtiyatlarından istifadə etmək istəyən bütün ölkələrə,  şirkətlərə 

bu böyük işlərin XXI əsrdə də uğurla getməsini arzulayıram. 

Bir mühüm məsələ  də meydana çıxır. O da gələcəkdə hasil 

ediləcək neftin ixrac olunmasıdır.  Mən dediyim kimi, ilk 

müqavilə üzrə hasil edilən neftin ixrac olunması üçün artıq iki 

neft boru kəmərinin tikilməsi məlumdur. Ancaq bizim ilk 

müqaviləmizdə    nəzərdə  tutulubdur  ki,   əsas,   böyük  boru 

kəməri də tikilsin. Bu, bir müqavilədə  nəzərdə tutulubdur. 

Ancaq nəzərə alsaq ki, bundan sonra 8 müqavilə imzalanıbdır və 

9-cu müqavilə - "Kürdaşı" neft yatağının birgə  işlənilməsi 

barədə   müqavilə    imzalanmaq    ərəfəsindədir,    demək,  9 

müqavilə imzalanır və bu müqavilələrin  əsasında böyük işlər 

görüləcək, on milyon tonlarla neft çıxarılacaqdır. Məsələn, 

bizim ilkin  hesablamalarımıza   görə   5-6   ildən  sonra   bu 

müqavilələr üzrə Azərbaycanda təxminən 50-60 milyon ton neft 

hasil olunacaqdır. Bunların ixrac olunması üçün əsas neft kəməri   

və   bir   neçə   istiqamətdə   gedən   alternativ   boru 

kəmərlərinin tikilməsi lazımdır. Bu, indi qarşıda duran əsas 

vəzifələrdən biridir. 

Demək istəyirəm, - təəssüf ki, bu, indi beynəlxalq aləmdə 

müxtəlif fikirlər, mübahisə doğuran məsələlərdən biridir. İndi 

çox ölçüb-biçirlər ki, Azərbaycan, Xəzər nefti haradan, hansı 

istiqamətdən, hansı ölkələrin  ərazisindən gedəcəkdir.  Şübhəsiz 

ki,   bu   məsələlərin    əsasını    təşkil    edən    onun    iqtisadi 

səmərəliliyidir. Məsələn, mən bu ilk müqavilənin səhmdarları ilə 

neçə dəfə danışmışam. Onlar bu məsələnin kommer- 

  

 




____________________________________________ 

192


 

siya, yəni iqtisadi tərəfinə çox ciddi fıkir verirlər. Çünki bu əsas 

neft kəmərini  şimala da, cənuba da, qərbə  də aparrnaq olar. 

Yəqin ki, şərqə aparmaq mümkün deyil. Ancaq bunların hansı 

iqtisadi nöqteyi-nəzərdən daha səmərəlidir, hansı etibarlıdır və 

hansının təhlükəsizliyi tamamilə təmin olunur? Şübhəsiz ki, bu 

məsələlər ölçülməlidir - biçilməlidir. Birinci növbədə neft 

şirkətləri, konsorsiumlar bu barədə öz sözlərini deməlidir. 

Şübhəsiz ki, biz də öz fikirlərimizi bildirməliyik. 

İndi iki neft kəməri var. Əsas neft kəmərinin marşrutu 

haqqında bir çox söhbətlər gedir ki, o, cənubamı, ya qərb 

tərəfdən Qara dənizə getsin, yaxud Türkiyənin  ərazisindən, 

yaxud  şimal tərəfdən Rusiya ərazisindən keçsin. Mən yenə  də 

deyirəm, - bunların hamısı ölçülüb-biçilməlidir. 

Bir məsələ də var. Qazaxıstanda böyük neft yataqlan vardır, 

oradan neft çıxarılır. Amerikanın "Şevron" neft şirkəti "Tengiz" 

yatağından neft hasil edir və onu ixrac etmək  üçün yollar 

axtarır. «Şevron» neft şirkəti bizə müraciət etdi. Biz "Şevron" 

neftinin Qazaxıstanın Xəzər dənizində olan Aktau limanından 

tankerlərlə Bakıya gətirilib, buradan isə  dəmir yolu vasitəsilə 

Gürcüstan  ərazisindən Qara dənizin Batumi limanına qədər 

aparılmasına razılıq vermişik. Mart ayından indiyədək bu yolla 

500 min ton, yəni yarım milyon ton "Şevron" - "Tengiz" nefti 

nəql olunub və Batumi limanına çatdırılıbdır. Hesab edirəm ki, 

bu rəqəm get-gedə artacaq, gələn il bu yolla 2 milyon ton neft 

ixrac etmək mümkün olacaqdır. Ancaq bu yol da çox ağır 

yoldur. Ona görə  də bu ilin yayında Qazaxıstan prezidenti ilə 

Azərbaycan  prezidenti - mən Aktau limanından Xəzər dənizinin 

dibi ilə Bakıya qədər neft boru kəməri tikilməsi haqqında saziş 

imzalamışıq. Biz buna razılıq vermişik. Bu, Qazaxıstanın nefti 

üçün lazımdır. Bizim Azərbaycandakı terminallarımız və indı 

Azərbaycandan   şimal,   qərb  istiqamətlərində   gedən   boru 

  

 

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə