MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə56/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   52   53   54   55   56   57   58   59   ...   157

____________________________________________ 

176


 

 

 

DÖVLƏT  MÜKAFATLARI  LAUREATI,  

GENERAL - LEYTENANT  

KƏRİM KƏRİMOVA 

 

Əziz Kərim Əliyeviç!  



Anadan olmağımızın 80 illiyi münasibətilə Sizi səmimi 

qəlbdən təbrik edirəm. 

Kosmik elmin və texnologiyanın yaranmasına, kosmosun 

fəthi sahəsində bir çox layihələrin həyata keçirilməsinə Sizin 

verdiyiniz töhfəni yüksək qiymətləndirirəm. 

Sizin fədakar  əməyiniz, təşkilatçılıq istedadınız və yüksək 

mənəvi keyfiyyətləriniz. Sizə layiqli nüfuz və ictimai hörmət 

qazandırmışdır. 

Məmnuniyyətlə qeyd edirəm ki, Siz bütün bu illərdə doğma 

Azərbaycanla  əlaqələri kəsməmisiniz, respublikamızda kosmik 

elmin texnologiyasının təşəkkülünə  və inkişafına kömək 

etmisiniz. Xidmətlərinizi nəzərə alaraq, müstəqil Azərbaycan 

Respublikası Sizi "Şöhrət" ordeni ilə təltif etmişdir. 

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə 

möhkəm cansağlığı  və uzun ömür, ailənizə  səadət və  əmin-

amanlıq arzulayıram. 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidentı 

 

Bakı şəhəri, 10 noyabr 1997-ci il 



  

 



____________________________________________ 

177


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ  

ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT  

XADİMLƏRİNƏ DÖVLƏT QAYĞISININ  

ARTIRILMASI HAQQINDA  

AZƏRBAYCAN RESPUBLİKASI  

PREZİDENTİNİN  FƏRMANI  

 

Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan 



ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısını artırmaq 

məqsədilə qərara alıram: 

1. Qocaman 

ədəbiyyat və incəsənət xadimləri üçün ayda bir 

milyon manat məbləğində ömürlük 30 fərdi təqaüd təyin 

olunsun. Fərdi təqaüdçülər Azərbaycan Respublikası 

Prezidentinin qərarı ilə müəyyən edilir. 

2. Azərbaycan Respublikası Nazirlər Kabineti bu 

fərmandan irəli gələn məsələləri həll etsin. 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 10 noyabr 1997-ci il 



  

 



____________________________________________ 

178


 

 

"ÇIRAQ -1" PLATFORMASINDA İŞƏ 



BAŞLANILMASI, NEFTİN ALINMASI 

MÜNASİBƏTİLƏ KEÇİRİLƏN  

TƏNTƏNƏLİ MƏRASİMDƏ NİTQ 

 

12 noyabr 1997-ci il 



 

Bu gün burada gördüyüm "Çıraq" platforması  mənə  və 

güman edirəm, burada toplaşanların hamısına çox böyük təsir 

bağışlayıbdır. Biz üç il müddətində görülən gərgin işin gözəl 

nəticələrini müşahidə edirik. Azərbaycan neftçiləri hələ 50 il 

bundan öncə  Xəzər dənizində platformalar yaradıb və neft 

çıxarmağa başlayıblar. "Çıraq" neft yatağında olan platformanı 

da vaxtilə Azərbaycan neftçiləri yaratmışlar. Ancaq üç il bundan 

öncə, "Əsrin müqaviləsi" imzalanandan sonra bir konsorsiumun 

iştirakçısı olan şirkətlərlə birlikdə bu platformanı yenidən 

qurmuşuq və o, bugünkü müasir vəziyyətə gədib çatıbdır. 

Mən bu gün böyük iftixar hissi keçirirəm. Xəzərin ortasında, 

açıq dənizdə belə gözəl platforma yaranıb və o, dünyada 

dənizdən neft çıxarılması sahəsində  ən yüksək standartlara 

uyğun platformadır. Bu platformanı tikən, quran və yaradanların 

hamısına, burada işləyənlərin hamısına, burada toplaşmış, bir 

çox ölkələrdən olan mütəxəssislərə - mühəndislərə, texniklərə, 

fəhlələrə, hamıya təşəkkür edirəm və "Çıraq - 1" platformasının 

işə başlaması, neftin alınması münasibətilə hamınızı ürəkdən 

təbrik edirəm. 

Biz böyük bir işin  əsasını qoymuşuq. Heç şübhə yoxdur ki, 

Xəzər dənizində  həm "Əsrin müqaviləsi"  ətrafında toplaşmış 

şirkətlərin yaratdığı konsorsiumun fəaliyyətinin nəticəsində 

  

 



 

 

 




____________________________________________ 

179


 

həm də imzalanmış başqa müqavilələrin həyata keçirilməsi 

nəticəsində   bir   çox   belə   gözəl   platformalar   yaranacaq

Xəzərin neft və qaz ehtiyatları dünya iqtisadiyyatına böyük 

kömək edəcəkdir. 

Bu gün bizim ölkəmizdə bayram günüdür, - müstəqil 

Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının 

qəbul olunmasının ikinci ildönümüdür. Bu gün eyni zamanda 

qədim neft diyarı olan Azərbaycan neft sənayesinin inkişafında 

yeni bir mərhələnin açılması günüdür. Bu iki bayram bir-birinə 

qarışmışdır. Ancaq bunlar bir-birilə  sıx  əlaqədə olan 

bayramlardır. Sizi bu bayramlar münasibətilə  təbrik edir və 

zəhmət çəkib "Çıraq - 1" platformasına gəlmiş xarici ölkələrdən 

olan qonaqlarımıza təşəkkür edirəm. Hamınıza səadət, 

xoşbəxtlik, əmin-amanlıq arzulayıram. 

Xeyirli olsun, uğurlu olsun! Yeni-yeni uğurlar arzulayıram!. 

Sağ olun. 

* * * 


 

Yaşayış modulunun qonaq salonunda qoyulmuş xatirə 

lövhəsinin açılış mərasimi. 

 

      Terri  Adams:- Cənab Prezident, Sizi bu gün burada, 

aramızda görməkdən böyük şərəf duyuruq. Bu gün işlərimizin 

zirvə nöqtəsidir. Yəqin xatırlayırsınız, mən ictimai yerlərdə çıxış 

edərkən həmişə  cənab Çörçilldən sitatlar gətirirəm. Cənab 

Çörçillin məhz bu günə uyğun olan çox gözəl bir kəlarnı   var.   

Çörçill   İkinci   dünya   müharibəsi   zamanı döyuşdə ilk qələ-

bədən sonra demişdir: bu, bizim işlərimizin sonu deyil, hətta 

sonun başlanğıcı da deyildir, başlanğıcın sonudur. 

     Cənab   Prezident,   xahiş   edirik   bu   xatirə   lövhəsini 

açasınız. 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə