MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə52/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   48   49   50   51   52   53   54   55   ...   157

____________________________________________ 

162


 

Bizim qədim tariximiz bunu dəfələrlə sübut edib ki, insan çox 

şeyə qadirdir. Biz qədim "Fərhad və Şirin" əfsanəsində bilirik ki, 

bir insan dağı da yarıb keçə bilər. O əfsanə  də  əfsanə deyil, 

həqiqətdən götürülmüş bir əhvalatdır. Bizim tariximizdə   belə   

nümunələr   çox   olubdur   və   bugünkü həyatımız belə nümu-

nələri daha da geniş nümayiş etdirir. Bunu nümayiş etdirənlərin 

də bir çoxu məhz bu sərginin iştirakçılarıdır. 

Mən deyə bilmərəm bu əsərlərin hansı hansından yaxşıdır - 

bəlkə  də münsiflər heyəti müəyyən edəcək, - amma güman 

edirəm, onların da qarşısında çox çətin bir vəzifə durur. Çünki 

bunların hərəsinin özünəməxsus xüsusiyyəti, keyfiyyəti, 

hərəsinin özünəməxsus dəyəri, gözəlliyi var. Ona görə  də 

bunları bir-birindən seçmək çox çətin olacaqdır. Ancaq 

münsiflər heyəti bu əsərləri seçib müəyyən edəndən sonra və 

onların qiyməti təyin olunandan sonra mən də mütləq bu 

əsərlərdən öz evim üçün almaq fikrindəyəm. Ancaq bunu indi 

etmək istəmirəm, çünki hansını istəsəm, mənə deyəcəklər ki, 

qiyməti belədir. Qoy bunu münsiflər müəyyən etsinlər, qiymət 

elan olunsun, ondan sonra mən də bir vətəndaş kimi gəlib, hansı 

daha xoşuma gələrsə, onları alacağam.  Şübhəsiz, hesab edirəm 

ki, bizim vətəndaşlarımız burada olan incəsənət nümunələrini 

həvəslə alacaqlar, çünki hamısı gözəldir. 

Bu sərgi eyni zamanda göstərir ki, Azərbaycanda  əlillərə, 

fiziki cəhətdən çatışmazlığı olan insanlara indi həqiqətən qayğı 

göstərilir. Bunlar məhz bu qayğının nəticəsində bu işləri görə 

biliblər. Mən deyə bilmərəm ki, biz bu qayğını tamamilə təmin 

edə bilirik. Əgər belə desəydim, bu, ədalətli olmazdı. 

Çatışmazlıqlarımız hələ çoxdur. Müharibə  əlillərinə, torpaq-

larımızın müdafiəsində  şikəst olmuş adamlara, fiziki cəhətdən 

zədə almış insanlara qayğımız hələ istənilən səviyyədə deyildir. 

Biz bunu artırmalıyıq. Bunu həm dövlətin ümumi 

proqramlarında artırmalıyıq, həm də ki, ümumi proqram- 

  

 



 


____________________________________________ 

163


 

larımızın   həyata   keçirilməsində   müvafiq   orqanlar   bunu 

etməlidir. 

Təəssüf ki, bəzən belə olur: bu sahəyə, bu təbəqəyə qayğı 

göstərilməsi üçün  ayrılan maddi  və maliyyə  vəsaitləri  öz 

nöqsanlarına çatmır.  Bu  da  həqiqətdir. Ona görə  də biz bu 

nöqsanları    aradan    qaldırmalıyıq.    Bir    tərəfdən    dövlət, 

hökumət proqramlarımızda bu sahəyə daha da çox vəsait 

ayırmaq və bu sahədə daha çox işlərin görülməsi üçün lazımi 

tədbirlər görməliyik. Amma bununla bərabər, bizim müvafiq 

orqanlarımız - nazirliklər, yerli icra hakimiyyəti orqanları, başqa 

hökumət orqanları bu hökumət, dövlət proqramlarının həyata 

keçirilməsinə  sədaqətlə xidmət etməli,  əyintilərə yol 

verməməlidirlər. Bu sahə bizim üçün çox vacib sahədir. 

Əmin ola bilərsiniz, - bunu sizə  və sizin simanızda Azər-

baycanın bu təbəqədən olan insanlarının hamısına deyirəm, -biz 

bundan  sonra  da  birinci  növbədə    Vətənin,  torpağın 

müdafıəsində  şikəst,  əlil olmuş insanlara və onlarla bərabər, 

fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğını və  

diqqəti   ilbəil   artıracağıq   və      bu,      gələcəkdə   

proqramlarımızda daha da görkəmli yer tutacaqdır. Ümidvaram 

ki, Azərbaycanın dövlət və hökumət orqanlarının hamısı mənim 

bu çağırışımı layiqincə yerinə yetirəcəklər və biz əlillər,  şikəst 

adamlar üçün, fiziki çatışmazlığı olan insanlar üçün - onların 

yaşaması,    əmək   fəaliyyətinə  cəlb olunması, öz  daxili 

imkanlarından, istedad-larından istifadə etmələri üçün daha da 

geniş şərait yaradacağıq. 

Mən sizin hamınızı bir daha təbrik edirəm. Sizə cansağlığı 

arzu edirəm. Siz qəhrəman insanlarsınız, - mən sərgi 

iştirakçılarını  nəzərdə tuturam, - siz qəhrəman,  şücaətli 

insanlarsınız. Belə çətinliklərin öhdəsindən gələrək bu cür gözəl 

işlər görürsünüzsə,   siz  böyük  hörmətə    və  ehtirama  layiq 

insanlarsınız. Sizə cansağlığı  və yeni-yeni yaradıcılıq uğurları 

arzulayıram Sağ olun. 

  



____________________________________________ 

164


 

Mən bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 

fəaliyyətini də qeyd etmək istəyirəm. Nazirlik bu sahədə çox iş 

görür və o işi də yüksək qiymətləndirirəm. Son vaxtlar nazirliyin 

işi güclənibdir və lazım olan tədbirləri həyata keçirirlər. Ancaq 

dediyim tənqidlər hamıya, o cümlədən Əmək və Əhalinin Sosial 

Müdafıəsi Nazirliyinə də aiddir Əldə etdiyiniz nailiyyətlərə görə 

mən məmnun olduğumu bildirir, ancaq sizdən də, bütün 

hökumət və dövlət orqanlarından da tələb edirəm ki, işləri 

bundan sonra daha da yaxşı aparasınız. 

  

 



____________________________________________ 

165


 

XALQ ARTİSTİ TOFİQ QULİYEVƏ 

 

Hörmətli Tofıq Quliyev! 



Sizi - milli mədəniyyətimizin inkişafında böyük xidmətləri 

olan görkəmli bəstəkarı  və ictimai xadimi 80 illik yubileyiniz 

münasibətilə ürəkdən təbrik edirəm. 

Sizin yaratdığınız  əsərlər dəyərli sənət nümunələri olmaqla 

yanaşı, xalqımızda milli özünüdərkin, milli şüurun möhkəm-

ləndirilməsi işinə xidmət etmişdir. 

Siz musiqi tarixinə Azərbaycan estradasının banisi kimi daxil 

olmusunuz. X əsrdə yaranmış musiqi formalarından məharətlə 

istifadə etməklə siz Azərbaycan müsiqisinə tamamilə yeni 

janrlar gətirmisiniz. Geniş diapazona malik yaradıcılığınız sizə 

minlərlə dinləyicinin tükənməz məhəbbətini qazandırmışdır. 

Yüksək sənətkarlıqla yaratdığınız mahnılar, operettalar, estrada 

və kino müsiqisi Azərbaycanın musiqi xəzinəsinin qızıl fonduna 

əbədi daxil olmuş və mədəniyyətimizə geniş söhrət gətirmişdir. 

Sizin mənalı  həyatınız və  zəngin yaradıcılığınız neçə-neçə 

nəsil üçün,  xüsusən  gənc  sənətçilər üçün  xalqa  sədaqətli 

xıdmətin nümunəsi olmuşdur. Uzun illər rəhbərlik etdiyiniz 

Azərbaycan Bəstəkarlar 

İttifaqı yüksək təşkilatçılıq 

qabiliyyətiniz,   gözəl   insani   keyfiyyətləriniz   sayəsində   

ölkəmizin mötəbər    mədə-niyyət    ocaqlarından    birinə    

çevrilmişdir. Azərbaycanda bəs-təkar kadrlar yetişdirmək 

sahəsində Bakı Musıqi Akademiyasının  professoru  kimi,   

fəaliyyətiniz  də yüksək qiymətə layiqdir. 

Nadir fitri istedad, böyük zəhmətsevərlik, xalqımızın zəngin 

musiqi    ənənələrinə    sonsuz    sədaqətlə    səciyyələnən 

  

 

 



 

 

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə