MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə48/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   44   45   46   47   48   49   50   51   ...   157

____________________________________________ 

148


 

Mən bildirmişəm və bu gün bir daha bildirirəm ki, biz 

Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə  həll etmək 

istəyirik. Ancaq Azərbaycanın  ərazi bütövlüyünün bərpa 

olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, 

yerindən-yurdundan didərgin düşmüş Azərbaycan 

vətəndaşlarının öz evlərinə, yerlərinə qayıtması  şərti ilə. Bu 

şərtlərlə biz bu münaqişənin həll edilməsini istəyirik, bu yolda 

çalışırıq və güman edirəm ki, buna nail olacağıq. 

Rusiya Federasiyası ilə Azərbaycan arasındakı dostluq, 

əməkdaşlıq  əlaqələrini inkişaf etdirmək üçün Dağıstanda və 

ümumiyyətlə  Şimali Qafqazda daimi sülhün bərqərar olmasını 

istəyirik. 

Biz Dağıstanda ictimai-siyasi vəziyyətin sabit olmasını 

arzulayırıq. Dağıstanda ictimai-siyasi vəziyyətin, daxili 

vəziyyətin sabit olması üçün öz tərəfimizdən səylərimizi 

göstərməyə hazırıq. Biz Şimali Qafqazdakı münaqişələrin sülh 

yolu ilə aradan qaldırılmasını istəyirik. Burada tamamilə doğru 

deyildi ki, zorla, güc işlətməklə, xalqların iradəsini  əzmək, 

yaxud onları  məhv etmək mümkün deyil. Şeyx  Şamilin 

mübarizəsi,  Şeyx  Şamilin həyat yolu və  Şeyx  Şamilin 

qəhrəmanlığı hələ XIX əsrdə buna əyani nümunə olmuşdur. İndi 

gərək bunlardan hamı nəticə çıxarsın və məhz sülh, barışıq yolu 

və qarşılıqlı anlaşma yolu ilə Qafqazda sülhü, əmin-amanlığı 

bərqərar etməliyik. 

Bizim alimlərimiz burada Şeyx  Şamil haqqında danışdılar.  

Bilirsiniz, bu gün, yubiley gecəsində bir daha demək istəyirəm 

ki,  Şeyx  Şamilin həyatını  təhlil edənlərin də çoxu Azərbaycan 

alimləri olublar, onun yolunda çətinliklərlə üzləşənlər də 

Azərbaycan alimləri və yazıçıları olublar, Şeyx Şamilin yolunda 

qurban gedən də Azərbaycanın böyük alimi, filosotu Heydər 

Hüseynov olubdur. Bu onu göstərir ki, Şeyx Şamil Azərbaycan 

xalqı, Azərbaycan üçün nə qədər qiymətli, nə qədər əziz olubdur 

ki, onun yolunda, yəni onun ideyaları 

  



____________________________________________ 

149


 

 

yolunda, onun haqqında doğru-düzgün,  ədalətli sözlər deməyə 



görə böyük insanlar hətta canını qurban veriblər. Bunun özü də 

xalqımızın bir-birilə nə qədər sıx bağlı olduğunu göstərir. Bunun 

özü də xalqlarımızın dostluğunun, qardaşlığının bundan sonra da 

sarsılmaz olacağını göstərir. Mən buna əminəm. 

Mən bu gün, bu bayram günü Azərbaycan xalqı ilə Dağıstan 

xalqı arasında dostluq, qardaşlıq  əlaqələrinin daim möhkəm-

lənməsini arzu etdiyimi bir daha bildirirəm. Azərbaycan dövləti, 

Azərbaycan Respublikası bu sahədə üzərinə düşən bütün 

məsələlərin hamısını bundan sonra da həll edəcəkdir.  Şeyx 

Şamil və onun qoyduğu irs bizi birləşdirir, bizi möhkəmləndirir 

və bundan sonra daha da birləşdirəcəkdir. 

Eşq olsun Qafqaz xalqlarına! Eşq olsun Dağıstana! Eşq olsun 

Azərbaycana! Eşq olsun sarsılmaz Dağıstan-Azərbaycan 

birliyinə! Sağ olun. 

  

 

 




____________________________________________ 

150


 

M.F.AXUNDOV  ADINA 

AZƏRBAYCAN  DÖVLƏT  KİTABXANASINDA 

"AZƏRBAYCAN  QAÇQINLARI"  



FOTOALBOMUNUN   TƏQDİMATI 

MƏRASİMİNDƏ   NİTQ 

 

5 noyabr 1997-ci il 



 

Hörmətli xanımlar və cənablar! 

Bu gün Azərbaycanda yaşayan qaçqınların və  məcburi 

köçkünlərin həyatını  əks etdirən fotoşəkillərdən ibarət kitabın 

yaranması  və  təqdim olunması  təqdirəlayiq,  əlamətdar bir 

hadisədir. 1988-ci ildən, Ermənistanın Azərbaycana hərbi 

təcavüzü başlayandan indiyə  qədər Azərbaycanın həyatında 

qaçqınlar və  məcburi köçkünlər amili yaranmışdır. Təəssüflər 

olsun ki, qaçqınların və  məcburi köçkünlərin sayı ilbəil 

artmışdır. İndi onların sayı artıq 1 milyon nəfərdir. 

Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində 

yaranmış  hərbi münaqişə ölkəmizə çox ağır zərbələr  

vurmuşdur. Bu hərbi təcavüz Azərbaycanın iqtisadiyyatına, 

həyatının bütün sahələrinə  və  vətəndaşlarına böyük zərbələr 

vurmuşdur. Azər-baycan  əsrin sonunda - 1988-ci ildən 

başlayaraq indiyə  qədər üzləşdiyi bu ağır faciə XX əsrdə 

xalqımızın başına gəlmiş  bəlalardan, faciələrdən  ən dəhşətlisi, 

ən ağırı,  ən zərərlisidir. Biz bu faciənin mənfi, dəhşətlı, 

nəticələrini həyatımızın bütün sahələrində hiss edirik. Onun ağır 

nəticələri o cümlədən insanların, vətəndaşlarımızın həyatında 

çox təsirli şəkildə hiss olunur. 

Dünyada, Yer kürəsinin bir çox yerlərində qaçqınlar və 

köçkünlər mövcuddur. Ancaq Azərbaycanın, 7 milyon əhahisi  

 



____________________________________________ 

151


 

olan ölkəmizin vətəndaşlarından 1 milyonu qaçqın və köçkün  

vəzivyətində yaşayır. Hesab edirəm ki, dünyanın heç bir yerində 

belə bir hadisə yoxdur. 

Biz müharibə nəticəsində çoxlu şəhidlər, itkilər vermişik. Bu 

xalqımız üçün ağır yaradır. Torpaqlarımızın işğal olunmuş 

hissəsində  əsrlər boyu yaranmış varidatımız dagıdılıbdır, tarixi 

abidələrimiz təhrif olunubdur, məhv edilibdir. Orada yaşamış 

insanların qəbiristanlıqları dağıdılıbdır. Bunların hamısı bizim 

üçün ağır yaradır. Bütün bunlarla bərabər, insanların evindən, 

yerindən-yurdundan zorla çıxarılması, onların didərgin düşməsi, 

varım-yoxunu, ailə üzvlərindən çoxunu itirməsi və bir neçə ildən 

bəri çadırlarda, vaqonlarda, yaşayış üçün yararlı olmayan ayrı-

ayrı yerlərdə  ağır vəziyyətdə yaşaması bizim həyatımızda, 

Azərbaycan xalqının, hər bir vətəndaşımızın qəlbində olan 

böyük bir yaradır. 

Təəssüflər olsun ki, biz Azərbaycan xalqının düşdüyü bu ağır 

vəziyyəti, insanların o çətin şəraitdə yaşamasını, qaçqınların bu 

ağır vəziyyətini dünya ictimaiyyətinə lazımi qədər çatdıra 

bilməmişik. Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsində 

kimin günahkar olmasını da son illərə  qədər hələ sübut etmək 

mümkün olmamışdı. Ermənistan Azərbaycana təcavüz etdiyi, 

respublikamızın torpaqlarını  işgal etdiyi halda bəzi beynəlxalq 

təşkilatlarda, bəzi ölkələrdə, dünyada hesab edilirdi ki, 

Azərbaycan Ermənistanı blokadaya alıbdır, guya Azərbaycan 

Ermənistana əziyyət verir, güya Azərbaycanın düzgün olmayan 

siyasəti nəticəsində Ermənistanda insanlar pis yaşayırlar. Bəzi 

hallarda belə    təsəvvür yaranırdı ki, burada Azərbaycan 

Ermənistandan daha çox günahkardır. 

Məlumdur ki, son illər Azərbaycan dövlətinin, hökumətinin 

apardığı   siyasət   nəticəsində  beynəlxalq   təşkilatlarda, dünya   

ölkələrinin   tam   əksəriyyətində   artıq   bu   məsələ 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə