MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə45/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   41   42   43   44   45   46   47   48   ...   157

____________________________________________ 

138


 

AZƏRBAYCAN RESPUBLİKASININ  

PREZİDENTİ HÖRMƏTLİ  

CƏNAB HEYDƏR ƏLİYEVƏ 

 

Möhtərəm Prezident!  



Gərgin iş rejiminizə baxmayaraq üç gün ərzində 

yazıçılarımızla  ətraflı, səmimi görüşlər keçirdiyinizə görə, 

qurultayımızın işində  əvvəldən axıra qədər iştirak etdiyinizə 

görə sizə ürəkdən minnətdarıq. Görüşlərdə  dərin məzmunlu 

çıxışlarınız, qurultayda geniş miqyaslı, parlaq nitqiniz ədəbiyyat 

və ictimai fıkir tariximizdə önəmli yer tutacaq qiymətli 

sənədlərdir. 

Həm yaşlı,  həm də  gənc yazıçılara,   ümumən  

ədəbiyyatımıza həmişəki diqqətinizin, qayğınızın yeni təzahürü 

olan praktik tədbirlər - "Ulduz" jurnalı, mənzil, təqaüd, gənclərə 

maddi yardım və başqa məsələlər haqqında göstərişləriniz - 

qələm sahiblərinin yaradıcılıq imkanlarının genişlənməsi və bir 

sıra məişət prob-lemlərinin həlli üçün çox əhəmiyyətlidir. 

Yazıçılar Birliyinə,   onun rəhbərliyinin işinə  verdiyiniz yük-

sək  qiymət üçün də Sizə çox təşəkkür edirik. 

Ulu tanrıdan diləyirik ki, bundan sonrakı qurultaylarımızda 

da sız müstəqil dövlətimizin rəhbəri kimi iştirak edəsiniz. 

Dərin hörmətlə, 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar,  



Birliyin birinci katibi Yusif Səmədoğlu,  

Birliyin katibləri Fikrət Qoca, Çingiz Abdullayev,  



Arif Əmrahoğlu 

 

 



4 noyabr 1997-ci il 

  

 



 

 



____________________________________________ 

139


 

 

ŞEYX  ŞAMİLİN  200  İLLİYİ  MÜNASİBƏTİLƏ 

 MAHAÇQALADA 

KEÇİRİLƏN TƏNTƏNƏLİ  

 YUBİLEYİN İŞTİRAKÇILARINA  

 

TƏBRİK  MƏKTUBU 

 

 



Əziz dağıstanlı qardaş və bacılar!  

 Hörmətli toplantı iştirakçıları!  

Adı   milli   azadlıq   mübarizəsinin   simvoluna   çevrimiş 

görkəmli sərkərdə, qüdrətli  şəxsiyyət  Şeyx  Şamilin anadan 

olmasının  200  illik  yubileyi  münasibətilə  sizi  salamlayır, 

hamınıza xoş arzularımı çatdırıram. 

Ulu Qafqaz əsrlər boyu müxtəlif dövlətlərin təcavüzünə 

məruz qalsa da,  bu diyarın mərd  insanları  əsarətə    qarşı 

mübarizə   qətiyyətini   daim   qoruyub   saxlamışlar.   Azadlıq 

uğrunda 25 il vuruşan Şeyx Şamil bir daha sübut etdi ki, xalqın 

istiqlal amalını, iradəsini və  əzmini sındırmaq, məhv etmək 

mümkün deyildir. 

Şeyx Şamilin mücadiləsi Azərbaycan xalqının da yaddaşına 

əbədi həkk olunubdur. Qədirbilən xalqımız onu özünün milli 

qəhrəmanı sayır. Azərbaycanda  Şeyx  Şamil hərəkatı  həmişə 

sevılə-sevilə   dərindən   öyrənilmiş,   azadlıq   mübarizi   xalq 

duşməni  elan   edilən   vaxtlarda   da   görkəmli   alimlərimiz, 

yazıçıalarımız   həyatlarını    təhlükə    altına    qoyaraq    onun 

haqqında   dəyərli   əsərlər   yaratmışlar.      Azərbaycan   

mədəniyyəti, elmi indinin özündə də bu ənənəni yaşatmaqdadır. 

Bunun bunlar tarixi haqqına qovuşaraq müstəqillik qazanmış 

Azərbaycan xalqının  Şeyx  Şamilin  şəxsiyyətinə, onun azadlıq 

uğrunda fədakar    mübarizəsinə    hörmət    və    ehtiramının 

ifadəsidir. Hər il  azərbaycanlının  qəlbində  bu  əfsanəvi 

qəhrəmana nəsildən-nəslə ərmağan kimi çatdırılan məhəbbət 

  

 



 

 

 




____________________________________________ 

140


 

yaşayır və bu məhəbbət respublikamızda keçirilən yubiley 

mərasimlərində Şeyx Şamilə tükənməz xalq ehtiramının növbəti 

təsdiqinə çevrilir. 

Əziz dostlar! 

Sizi və sizin şəxsinizdə bütün Qafqaz xalqlarını bu 

qəhrəmanlıq bayramı münasibətilə ürəkdən təbrik edirəm. 

Azadlığı, sülhü, əmin-amanlığı qorumaq yolunda hər bir 

qafqazlıya  Şeyx  Şamil müdrikliyi, qətiyyəti və  fədakarlığı 

arzulayıram. Əminəm ki, Şeyx Şamil ruhu bizi bir-birimizə daha 

da doğmalaşdıracaq, Rusiya Federasiyasında yaşayan xalqlarla 

Azərbaycan xalqı arasındakı qardaşlığı daha da 

möhkəmləndirəcəkdir. 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 4 noyabr 1997-ci il 



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




____________________________________________ 

141


 

 

ŞEYX   ŞAMİLİN  

 200 

 

İLLİK   YUBİLEYİNƏ  

 

HƏSR   EDİLMİŞ  TƏNTƏNƏLİ  

 GECƏDƏ  NİTQ 

 

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 



 

 

4 noyabr 1997-ci il 



 

Hörmətli xanımlar, cənablar!  

Hörmətli qonaqlar!  

Sizi və bütün Azərbaycan xalqını, Dağıstan xalqını, bütün 

Qafqaz xalqlarını Qafqazın qəhrəman oğlu,  əfsanəvi  şəxsiyyət 

Şeyx  Şamilin 200 illik yubileyi münasibətilə ürəkdən təbrik 

edirəm. Bütün Qafqaza sülh, əmin-amanlıq arzulayıram. Qafqaz 

xalqlarının hamısına səadət, xoşbəxtlik diləyirəm. 

Şeyx  Şamil  öz böyük həyat yolu ilə,  qəhrəmanlığı ilə, 

şücaəti ilə Qafqaz xalqları qarşısında əvəzsiz xidmət edibdir və 

dünyanın məşhur  şəxsiyyətlərindən birinə çevrilibdir. Şeyx 

Şamilin həyatı, azadlıq uğrunda, istiqlal uğrunda mübarizəsi 

birinci növbədə onun şəxsi iradəsi və fitri istedadı idə bağlıdır. 

Şeyx  Şamil  əsrinin, dövrünün mütəfəkkir insanlarından biri 

olubdur. Onun zəkası, ağlı, yüksək təhsili, elmi bilikləri, siyasi 

dünyagörüşü və onun şəxsi qəhrəmanlığı, cəsurluğu,  şücaəti 

Şeyx  Şamili böyük sərkərdə, alim, filosof, dövlət xadimi, xalq 

qəhrəmanı edibdir. Buna görə  də  Şeyx  Şamil bütün Qafqaz 

xalqlarının tarixində  görkəmli  yer  tutub,  bütün  dünyada 

tanınıb. Şeyx Şamilin  həyatı və fəaliyyəti haqqında bu yubiley  

tədbirləri zamanı, yubiley günləri və bu gün də bizim görkəmli 

alimlərimiz, yazıçılarımız dəyərli sözlər deyirlər və 

  

 

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə