MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə44/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   40   41   42   43   44   45   46   47   ...   157

____________________________________________ 

135


bunu mən danışıram, sən danışırsan, o birisi danışır. İş ondadır 

ki, dilimizin qiymətini verə bilibdir. Həqiqətən, bizimlə dost, 

qardaş ölkədə - Türkiyədə  də dilimizi -Azərbaycan dilini çox 

sevirlər. Azərbaycanda mövcüd olan Azərbaycan dili çox 

mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, 

böyük söz ehtiyatına malik dildir. 

İndi baxın, dövlətin bütün sahələrində  sırf Azərbaycan 

dilində danışırıq və lazım olan bütün xüsusi terminləri də 

Azərbaycan dilində ifadə edirik. Azərbaycan dili 

respublikamızda artıq öz yerini tutubdur. Xarici ölkələrin 

nümayəndələri də bizim dili bilməyərək, sadəcə onu eşidərək, 

dəfələrlə  mənə deyiblər ki, sizin nə  qədər gözəl diliniz var! 

Doğrudan da bu belədir. Bəlkə  də biz özümüz dilimizin 

gözəlliyini bir o qədər dərk edə bilmirik. Azərbaycan dili çox 

gözəl dildir! 

Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün fürsətdən 

istifadə edib yenə  də deyirəm: biz türkdilli xalqların ailəsinə 

mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun 

bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, 

artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Azərbaycan 

dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin 

ən müqəddəs borcunuzdur. 

O ki qaldı reklamlara və şəhərdə başqa dillərdə olan yazılara 

və yaxud da ki, respublikamızda hansısa kolleclərdə ingilis 

dilində dərs keçilir, - bunların hamısına baxmaq lazımdır. Ancaq 

bu məsələdən bir o qədər də narahat olmaq lazım deyil. Siz 

ingilis dilində dərs keçilən kolleclərin sayını götürsəniz və bizim 

Azərbaycan dilində  dərs keçilən məktəblərin sayı ilə müqayisə 

etsəniz, görəcəksiniz ki, bu kolleclər azlıq təşkil edir. Amma 

mən bu barədə mübahisə etmək itəmirəm. Bir halda ki, burada 

belə bir fıkir söylənilibdir, buna diqqət yetirmək lazımdır. 

Reklam və məktəb məsələlərinə diqqət yetirmək lazımdır. 

  

 

 



 


____________________________________________ 

136


 

Ancaq biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci 

nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil 

etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə 

səlis danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı biz 

çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə 

gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər. Biz 

artıq dünyaya qovuşmuşuqsa, Dünya Birliyinə daxil olmuşuqsa, 

gərək insanlarımız bir neçə dil bilsinlər - ingilis dilini də 

bilsinlər, rus dilini də bilsinlər, fransız dilini də bilsinlər. Bunu 

yasaq etmək olmaz, bunun qarşısını almaq lazım deyil. Amma 

birinci növbədə öz ana dilini bilməlidirlər. Bəli, Azərbaycanda 

indi də insanlar var ki, əsasən rus dilində danışırlar, Azərbaycan 

dilində danışmırlar. Bizim dövlət orqanlarında da belələri var. 

Mən dəfələrlə  xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini 

öyrənin, öyrənməsəniz işdən çıxaracağam. 

Professor Hacıyev mənə deyir ki, siz Azərbaycanda fəaliyyət 

göstərən xarici şirkətlərin işçilərini məcbur edin, onlar 

Azərbaycan dilini öyrənsinlər. Mən öz azərbaycanlılarımızı 

məcbur edə bilmirəm ki, Azərbaycan dilini öyrənsinlər. Amma 

sizə deyim ki, onlar artıq öyrənirlər. Xarici ölkələrin 

respublikamızda olan səfirləri artıq Azərbaycan dilini öyrənirlər. 

Onlar mənimlə görüşəndə çalışırlar  Azərbaycan dilində danış-

sınlar. Mən də bunlara çox sevinirəm. Hətta Rusiyanın səfiri 

cənab Bloxin də burada oturubdur - o, Azərbaycan dilini 

öyrənir, özü də çox yaxşı öyrənir. 

Budur bizim müstəqilliyimizin nəticəsi. Vaxtilə buraya, 

mərkəzdən Azərbaycan Kommunist Partiyasının ikinci katibi 

vəzifəsinə rus millətindən olan adamlar gəlirdi. Mən onlara 

Azərbaycan dilini öyrədə bilmirdim. Onlara neçə dəfə deyirdim 

ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənrnək istəmirdilər. 

Amma bu gün Rusiyanın səfiri öyrənir, Amerıkanın səfiri 

öyrənir,  İngiltərənin səfiri öyrənir, Fransanın səfiri öyrənir. 

Bunların hamısı böyük hadisədir, nailiyyətdir. 

  



____________________________________________ 

137


 

O ki qaldı şirkətlərdə hansı dildə danışmaq məsələsinə - bəli 

onlar öz işlərini aparmaq üçün o dilləri bilən adamları işə qəbul 

edirlər. Amma deyə bilmərəm ki, sən öz işini niyə ingilis dilində 

aparırsan, Azərbaycan dilində apar. O öz şirkəti ilə yazışma 

aparır, başqa sənədlər var və s. Bunu öz dilində aparmalıdır. 

Eyni zamanda sizə deyə bilərəm ki, o şirkətlərin nümayəndələri 

mənə yazdıqları məktubları iki dildə - həm öz dillərində, həm də 

Azərbaycan dilində yazırlar. Yəni onların çox yaxşı 

tərcüməçiləri var. Mən hərdən fıkir verirəm - çox dəqiq tərcümə 

edirlər. Onlar məktubu mənə iki dildə göndərirlər və  bəzən də 

özləri mənə təklif edirlər ki, dərhal bunu oxuya bilim. 

Beləliklə, görürsünüz, dil məsələsi ilə  əlaqədar nə  qədər 

məsələlər meydana çıxır. Ancaq yenə  də  ən  əsas nəticə ondan 

ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini 

əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və 

yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda

eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun! 

Hörmətli dostlar! 

Mən bu gün sizinlə çox açıq, səmimi söhbət aparıram. 

Urəyimdə olan sözləri sizə dedim. Güman edirəm ki, dediyim 

sözlər bir daha onu göstərir ki, mən bir dövlət başçısı kimi 

ədəbiyyata, mədəniyyətə indiyə  qədər olduğu kimi, bundan 

sonra da qayğımı göstərəcəyəm və sizin hər birinizin 

yaradıcılığınızın uğurlu olması üçün yardımımı əsirgəməyəcəm. 

Bilmirəm, bəlkə  də  mən çıxışımı qurtarandan sonra siz yenə 

danışacaqsınız. Ancaq mən bu gün sizinlə  bərabər keçırdiyim 

saatlardan, gündən çox razıyam və sizə təşəkkür eaırəm ki, məni 

səbrlə, diqqətlə dinlədiniz. Mən də öz urəyimdə olan sözləri sizə 

çatdırdım. 

Sizə cansağlığı arzu edirəm.  Ədəbiyyatımıza yeni uğurlar 

arzu edirəm. Heç şübhə etmirəm ki, Azərbaycan ədəbiyyatı XX 

əsri  uğurla sona çatdıracaq və XXI əsrdə dünya, bəşər 

ədəbiyyatına gözəl nümunələr verəcəkdir. Sağ olun. 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə