MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə43/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   39   40   41   42   43   44   45   46   ...   157

____________________________________________ 

132


 

saxlamaq bizim üçün xeyir deyil, əksinə, zərərlidir. Şübhəsiz ki, 

mən bu addımı humanistlik nöqteyi-nəzərindən atdım. Bunların 

hamısı olacaq. Hesab edirəm ki, bu ilin sonunadək gələn ilin 

əvvələrinə  qədər bütün məsələlər həll ediləcək və  həmin 

adamlar cəzadan azad olacaqlar. Ancaq lazımdır ki bundan 

sonra yenə  təkrar olmasın,  yeni hərbi cinayətlər olmasın, 

yenidən ordunu qoyub qaçmasınlar, yenidən səngəri  qoyub   

qaçmasınlar,   yenidən   silahı   götürüb   qaçmasınlar.  Şübhəsiz 

ki, bunun qarşısını almaq ordunun borcudur, eyni zamanda sizin  

də borcunuzdur,  bütün cəmiyyətimizin də borcudur. Hər bir 

valideynin borcudur övladını  uşaqlıqdan  düzgün tərbiyə etsin 

ki, o böyüyəndə öz vətəndaşlıq borcunu yerinə yetirməlidir, 

orduda xidmət etməlidir. Orduda xidmət etməyən gənc 

cəmiyyətdə özünə layiqli yer tutmamalıdır. 

Dünən gecə televiziya ilə oktyabrın 29-da Türkiyə 

Cümhuriyyətinin milli bayramını göstərirdilər. Mən o verilişə  

baxırdım. Ankaradan Türkiyənin ordusunu göstərirdilər. Nə 

qədər qəhrəman bir ordudur, nə  qədər yenilməz bir ordudur!  

Bəli, böyük öndər Mustafa Kamal Atatürkün ən böyük 

xidmətlərindən biri də odur ki, öz qəhrəmanlığı ilə türk əsgərini 

qəhrəman etdi. Türk əsgəri 74 illik cümhuriyyət içində

hürriyyət içində, demokratiya içində yenilməzdir. Biz bundan 

öyrənməliyik, bu örnəkdən də istifadə etməliyik. Azərbaycanın 

əsgəri də elə olmalıdır. Yenə də deyirəm kı. bizim dost, qardaş 

ölkənin ordusunda olan qanun-qaydaya, intizama, orada Türkiyə 

Cümhuriyyətinə, Türkiyənin bayrağına, Türkiyənin 

Konstitusiyasına olan sədaqətə baxın. Çox sevindirici, 

heyranedici bir haldır. Şübhəsiz ki, 74 illik tarıxı olan bir ordu 

ilə iki illik tarixi olan bir ordunu müqayisə etmək düzgün 

olmazdı. Ancaq mən bunu bir örnək kimi deyirəm. Biz gərək bir 

təcrübə kimi bundan istifadə edək. Bu sahədə sizin böyük 

imkanlarımz var. 

  

 




____________________________________________ 

133


 

İkinci dünya müharibəsində - Böyük Vətən müharibəsində 

Azərbaycandan   gedən   300   min   adam   həlak   oldu,   geri 

qayıtmadı. Xatirinizdədir, bunu dəfələrlə deyiblər. Onların 

bəzilərinin öləndən sonra cibindən Səməd Vurğunun, Rəsul 

Rzanın  şerləri çıxmışdı. Demək,  şer,  şair sözü, yazıçı sözü hər 

şeydən təsirlidir. Ona görə də istərdim ki, bu sahəni siz daim öz 

diqqətinizdə saxlayasınız. Mən bu sözləri bir sizə demirəm. 

Bütün Azərbaycan xalqına müraciət edirəm. Hər ataya, anaya 

müraciət edirəm, hər bir valideynə müraciət edirəm, eyni 

zamanda hər bir gəncə müraciət edirəm. 

Azərbaycanın daim sülh şəraitində yaşaması üçün, 

Azərbaycanın müstəqil dövlət kimi daim yaşaması üçün onun 

qüdrətli ordusu olmalıdır. Ordunun qüdrəti təkcə silahda deyil, 

onun gücündə deyil. Ordunun əsas qüdrəti hər bir əsgərin 

mənəviyyatındadır, hər bir əsgərin şücaətindədir, hər bir əsgərin 

xalqına, torpağına, vətəninə sədaqətindədir. 

Biz xalqımızda, gənclərimizdə, ordumuzda, hər yerdə bu 

sədaqət hissini yaratmalıyıq. 

Bir neçə  kəlmə  də dil haqqında danışmaq istəyirəm. Çünki 

burada dil haqqında söhbət getdi. Görürsünüzmü, bu gün mən 

sizə nə qədər təriflər deyirəm. Heç bir tənqid yoxdur. Həmişə də 

tərifləyirəm. Siz buna layiqsiniz. 

Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur 

ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dılınin 

formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə 

çatmasında yazıçılarımızın,  şairlərimizin,  ədəbiyyatşunasların, 

dilçi alimlərin böyük xidməti var. Bu gün danışdığmıız dil 20-ci 

ildə danışılan dil deyil. Elədir, yoxsa yox? (Yerdən səs: Bəli, 

tamamilə doğrudur). 

Bəli,  əsrin  əvvəlindəki dil deyil. Amma ondan qat-qat yaxşı 

dildir, ondan qat-qat təmiz dildir, ondan qat-qat mükəmməl 

dildir. Bu, bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, 

milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan

  



____________________________________________ 

134


 

 

ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə 



bilməyən xalq, millət, xalq millət ola bilməz. Bizim xoş-

bəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin  əsarəti altında 

olduğumuz zaman da, sovet imperiyasının tərkibində olduğumuz 

zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu 

inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizirn söz 

ustalarının,  ədəbiyyatçıların, mədəniyyət xadimlərinin, elm 

xadimlərinin  ən böyük nailiyyətidir. Doğrudur, vaxt var idi ki, 

biz dilimizi bugünkü kimi işlədə bilmirdik. Onun da səbəbləri 

məlumdur. 

Yadımdadır, ilk dəfə Yazıçılar  İttifaqının qurultayında mən 

Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə  çıxdıq. 

Hamı  gəlib məni təbrik edirdi. Ona görə ki, mən orada birinci 

növbədə Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, 

axı burada elə bir şücaət yoxdur. Bu, bizim öz dilimizdir. Mən 

bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində 

danışmamışdılar. Bu dil məişət dili olmuşdu və bir də 

ədəbiyyatın dili olmuşdu. Amma dövlət dili olmamışdı. 

Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. 

Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox 

çalışdıq. Baxmayaraq ki, elə bir dövlətdə yaşayırdıq ki, hakim 

dil rus dili idi. Ancaq biz dilimizi inkişaf etdirdik və siz, sizin 

əsərləriniz,  ədəbiyyat olmasaydı,  şübhəsiz ki, dilimiz bu cür 

inkişaf edə bilməzdi. 

İndi bizim çox gözəl dilimiz var. Burada professor Hacıyev 

çıxış edərək türk yazarlarının qurultayından bir xatirəni yada 

saldı. Bilirsiniz, bu hadisə  məni sevindirdi. Çünki biz dil 

haqqında müzakirə apararkən professor Hacıyev belə mövqedə 

idi ki, dilimizin adı başqa cür olmalıdır. Biz isə qəbul etdik ki, 

Azərbaycan dili olmalıdır. Amma onun sözləri məni ona görə 

sevindirdi ki, bizim Türkiyədən gələn alimimiz, dostumuz 

dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə