MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə40/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   36   37   38   39   40   41   42   43   ...   157

____________________________________________ 

123


 

 

həmsədri olmaq vəzifəsini öz təşəbbüsü ilə üzərinə götürdü. 



Prezident Jak Şirak ilə görüşlərim məni belə qənaətə gətirib ki

o, məsələnin həqiqətən  ədalətlə  həll olunması mövqeyində 

durur. 

Bilirsiniz, Amerikanın prezidenti avqustun 1-də  mən onunla 



görüşdüyüm zaman bu barədə öz fikirlərini qəti bildirib və bizim 

imzaladığımız birgə  bəyanatda yazılıb ki, məsələ Lissabon 

prinsipləri əsasında həll olunmalıdır. 

Mən Rusiyanın prezidenti ilə bir neçə  gəfə görüşlər, 

danışıqlar keçirmişəm. Son dəfə Kişinyovda, Moldovada 

görüşümüz olubdur. Rusiya da, prezident Boris Yeltsin də bu 

mövqeyindən çəkilmir və  məsələnin Lissabon zirvə görüşündə 

qəbul edilmiş prinsiplər əsasında həllinə tərəfdar çıxır, bu barədə 

öz səylərini qoyur. 

Beləliklə, bu məsələnin həll edilməsi üçün indiyə  qədər 

mümkün olmayan bir şərait yaranıbdır. Ancaq hələ bu da 

məsələnin həll olunması deyildir. Qarşımızda çox çətin danışıq 

prosesi var. Biz danışıq prosesini bu prinsiplər  əsasında 

aparacağıq. Güman edirəm, siz də razı olarsınız ki, məhz bu 

yolla məsələnin həllinə nail olaq. Təsəvvür edin, əgər işğal 

olunmuş altı rayon azad edilsə, insanlar oraya qayıtsa, orada 

həyat başlasa, bu, ümumiyətlə, məsələnin həlli üçün böyük bir 

hadisə olacaqdır. Ondan sonra ikinci mərhələni həll edə bilsək

bu, tamamilə  məsələnin sülh yolu ilə  həllinə  gətirib 

çıxaracaqdır. 

Bilirsiniz, mən bunu bir neçə  dəfə demişəm və sizin də 

qarşınızda deyirəm. Tale Enmənistanla Azərbaycanın qonşu 

yaşamasını bizə qismət edibdir. Biz bu qonşuluqdan çəkilə 

bilmərik, Enmənistan da çəkilə bilməz. Bu qonşuluqda biz sülh 

yaratmalıyıq və sülh şəraitində yaşamalıyıq - şübhəsiz ki, 

Azərbaycanın milli mənafelərinə,  ərazi bütövlüyünə heç bir 

Zərər dəymədən. Azərbaycanın  ərazi bütövlüyünü, milli 

mənafelərini qoruyaraq, biz eyni zamanda sülhə nail olmalı- 

  



____________________________________________ 

124


 

yıq. Çünki daim müharibə  şəratində, müharibə  təhlükəsində 

yaşamaq, daim düşmənçilik münasibətləri  şəraitində yaşamaq 

mümkün deyildir. Biz bunu dərk elməliyik. 

Azərbaycanın təbii sərvətləri, iqtisadiyyatımızın 

perspektivləri o qədər böyük imkanlar yaradır ki, əgər biz tam 

sülh  əldə edə bilsək, bu imkanlardan səmərəli istifadə edə 

bilərik, müstəqil dövlətimiz də yaşayar, xalqımızın rifahı da 

yaxşılaşar və Qafqazda da sülh əldə etmək mümkün olar. 

Ümumiyyətlə, Qafqaz indi dünyanın ən çətin, ağır, ən qarışıq 

bir bölgəsidir. Biz Qafqazın şimalında, yəni Şimali Qafqazda da 

sülhün bərqərar olmasını istəyirik. Dağıstanla qonşuyuq, orada 

da sabitliyin əldə olunmasını istəyirik. Başqa qonşularımızla da 

sülh və əmin-amanhq şəraitində yaşamaq istyirik. Ümumiyyətlə, 

bölgəmizdə sülhün təmin edilməsini istəyirik. Budur bizim 

siyasətimiz, gördüyümüz işlər. Amma bu işlər asanlıqla həyata 

keçirilmir, çox böyük zəhmət, çox böyük vaxt tələb edir və mən 

hesab edirəm ki, bu işin naminə çəkilən zəhmət və itirilən vaxt 

heç də  kədər deyildir. Çünki bu, bizim əsas məqsədimiz, 

vəzifəmizdir. 

Bu sahədə də sizin dəstəyinizə, köməyinizə ehtiyacımız var. 

Mədəniyyət, ədəbiyyat gərək daim dövlətlə bir yerdə olsun. Bu 

baxımdan sizə bir neçə fikrimi demək istəyirəm. Keçmiş 

qurultaylardan fərqli olaraq, görürsünüz ki, mən sizə "hansı 

mövzuda yazmalısınız, nə cür yazmalısınız" kimi göstərişlər

heç məsləhətlər də vermək istəmirəm. Vermək istəmirəm, heç 

olmayacaq da. Siz tam sərbəstsiniz, azadsınız və  sərbəstlik, 

azadlıq  şəraitində  nə cür istəyirsinizsə, o cür də yazın. Hansı 

mövzunu götürürsünüz-götürün, sizin öz işinizdir. Dövlət bu 

işlərə qarışmayacaqdır. Mən bunu sizə tam qətiyyətlə deyirəm. 

Ancaq hesab edirəm, bir məsələdə siz daha da yaxından 

iştirak etməlisiniz. Bu məsələ  də Azərbacanın  ərazi 

bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlarımızın 

azad olunması,   Azərbaycanın   qüdrətli   ordusunun   

yaradılmasi, 



____________________________________________ 

125


  

 

Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətlə, 



vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan 

gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin möh-

kəmləndirilməsidir. Bu, çox vacibdir, çox lazımdır. 

Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük 

xibmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız, öz əsərləri 

ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli 

hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli 

oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan 

keçır. Bəzi  əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli 

dirçəliş, oyanış hissiyyatları çatdırıbdır: Bəxtiyar Vahabzadənin, 

Xəlil Rzanın, başqalarının  əsərləri. Amma digər  əsərlər isə 

dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizdə  vətəni sevmək, 

vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq 

hissiyyatlarını yaradıbdır. 

Bu, bizim şairlərimizin, yazıçılarımızın 

əsərlərinin 

hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun 

əsərlərindən də, Rəsul Rzanın  əsərlərindən də, Süleyman 

Rüstəmin  əsərlərindən də, Məmməd Rahimin əsərlərindən də

Osman Sarıvəllinin  əsərlərindən də, Süleyman Rəhimovun, 

Mehdi Hüseynin, Əbülhəsənin, Əli Vəliyevin, Mir Cəlalın, İlyas 

Əfəndiyevin, Mirvarid Dilbazinin əsərlərindən də keçibdir. 

(Yerclən səs: Məmməd Səid Ordubadinin). Mən son vaxtı 

deyirəm, bəli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər 

Cabbarlı - bunlar şübhəsizdir. Mən 40-cı, 50-ci illəri, yəni 1937-

38-ci illərdən sonra yaranmış  ədəbiyyatı sayıram.  Əsrin 

əvvəlində - 1910-cu, 1920-30-cu illərdə bizim böyük 

şailərimizin, yazıçılarımızın 

əsərləri ancaq millilik, 

vətənpərvərlik, millətçilik hissləri ilə yazılmışdır. 

Ancaq sonrakı dövrü mən ona görə xüsusi vurğulayıram ki, 

1937-38-ci illərdə bizim ədəbiyyatımıza böyük zərbə vuruldu, 

böyük itkilərimiz oldu. Hüseyn Cavid, Mikayıl Müşfiq, 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə