MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə41/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   37   38   39   40   41   42   43   44   ...   157
    Bu səhifədəki naviqasiya:
  • A n a r

____________________________________________ 

126


 

 

Əhməd Cavad, Çəmənzəminli və başqaları. Anar dedi ki, 27 şair 



və yazıçı 1937-38-ci illərin qurbanları oldu. Ancaq mən ondan 

sonrakı  ədəbiyyatı inkişaf etdirən yazıçılarımızı,  şairlərimizi 

deyirəm. Onların  əsərlərində milli hissiyyatlar həmişə olubdur. 

Elə burada, rəyasət heyətində oturan şairlərimizin, 

yazıçılarımızın əksəriyyətində biz bunları hiss etmişik. 

Əgər şair Azərbaycanı vəsf edirsə və Azərbaycanın nə qədər 

gözəl, nə qədər qüdrətli, nə qədər iftixar hissi doğuran bir ölkə 

olduğunu öz şerində göstərirsə, demək, bu, hər bir 

azərbaycanlıda öz Azərbaycanına, Vətəninə, torpağına məhəbbət 

hissi yaradır. Yaxud torpaq, Vətən haqqında yazılan  şerlər. 

Müharibə vaxtı, - mən  İkinci dünya müharibəsini, Vətən 

müharibəsini deyirəm - şairlərimizin, yazıçılarımızın 

vətənpərvərlik haqqında yazdığı  əsərləri götürək. Onda 

vətənpərvərlik deyəndə, hər kəs öz vətənini hesab edirdi. 

Azərbaycanlı hesab edirdi ki, o, azərbaycanlıdır, vətənpərvərdir, 

təkcə Sovet İttifaqını nəzərdə tutmurdu ki! 

İndi yaşa dolmuş və 60-70-ci illərdə gənc olan yazıçılarımız 

və  şairlərimiz də bu sahədə çox böyük xidmətlər göstərmişlər. 

Məsələn, mən "Qobustan" jurnalını xatırlayıram. O yarananda 

əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, 

biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri gəlirdi ki, 

bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu 

tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu "Qobustan" 

jurnalına, görürdüm burada bunların dedikləri şey yoxdur, amma 

bizim üçün lazımi  şeylər çoxdur. Ona görə  də "Qobustan" 

jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm - 

"Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü. 

Amma təkcə "Qobustan" jurnalı deyildi, "Azərbaycan" 

jurnalını, "Ulduz" jurnalını götürün. Bunlar dövlət jurnalları idi, 

amma bu jurnallarda siz nə istəyirdiniz, onu da dərc 

  

 

 




____________________________________________ 

127


edirdiniz, heç bir məhdudiyyət yox idi. Kim nə istəyirdi, onu 

dərc etdirirdi. Mən bu gün iftixar hissi ilə deyə bilərəm: 1969-cu 

ildən - Azərbaycanın rəhbəri olduğum zamandan indiyə  qədər 

bir şairin, bir yazıçının əsəri qadağan edilməyibdir, bir şairin, bir 

yazıçının əsərinin qarşısı alınmayıbdır. Həqiqətdir, elədirmi? 

Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət 

edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi bu, 

pantürkistdir, biri deyirdi bu, paniranistdir, biri deyirdi, nə bilim, 

bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri 

deyirdi bu, sovet hökumətinin  əleyhinədir, biri deyirdi bunun 

babası da sovet hökumətinin  əleyhinə olub, özü də sovet 

hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və nə 

qədər çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar.  İki nöqteyi-

nəzərdən  əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya 

millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi 

də o vaxtlar bizim həyatımızda olan mənfi halları  tənqid edən 

əsərlərin qarşısını almaq istəyirdilər. Amma siz də bilirsiniz ki, 

1969-cu ildə  mən Azərbaycana rəhbər seçilən gündən 

Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri 

daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə 

də  gəlib mənə deyəndə ki, Anar "Şəhərin yay günləri" pyesi 

yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan edir, dedim 

- yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, 

mükafat da verdim. 

Yaxud da ki, bir film vardı - "Bir cənub  şəhərində" - 70-ci 

ildə qadağan eləmişdilər. Onu Rüstəm  İbrahimbəyovla Eldar 

Quliyev çəkmişdilər. 

Mən onda hələ respublikanın rəhbəri deyildim, KQB-nin 

başçısı idim. Gedib baxıb gördüm ki, çox yaxşı filmdir, əsl 

həqiqətləri göstərir. Sonra o fılmə yol açdıq, fılm də çox böyük 

uğurla yaşadı. 

  

 



  

  



____________________________________________ 

128


 

Yaxud Rüstəm  İbrahimbəyov "İstintaq" filmini çəkmişdi. 

Onun  əleyhinə  nə  qədər çıxışlar etdilər. Amma o filmin 

mövzusunu mən özüm vermişdim. Yəni mən bu mövzunu 

birbaşa verməmişdim. Mənim gördüyüm işləri, apardığım 

mübarizəni, ifşa etdiyim mafiozları, korrupsiyaçıları, 

rüşvətxorları Rüstəm İbrahimbəyov filmə çəkmişdi. Çox gözəl, 

yaxşı bir film yaratmışdı. Bəli, həmin filmə o vaxtlar SSRİ-nin 

dövlət mükafatını verdilər. Bu, həm də bizim hörmətimizi, 

nüfuzumuzu yüksəltdi. Amma gəlib mənə onun əleyhinə  nə 

qədər sözlər dedilər. Mən iki dəfə o fılmə baxdım. Bütün büro 

üzvlərini yığdım, gəldilər baxdılar. Qurtarandan sonra hərə bir 

fıkir söylədi. Dedim, gedin. Filmi isə ekranlara buraxdıq. 

Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident 

olmayıbdır. Amma sizin çoxlarınız dissident olmusunuz. Sizin 

dissident olmağmızı müsbət mənada deyirəm. Yaxşı ki, siz 

dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan 

xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. 

Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan 

xalqının, gənclərin  şüuruna təsir edə bilməzdi.  Əgər Xəlil Rza 

dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu 

gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtlar onlar təqib 

olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident 

adlandırmayıblarsa, onları  nədənsə  məhrum etməyiblərsə, 

demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin 

dövrdə apardığımız düzgün siyasətin nəticəsidir. 



A n a r: Heydər müəllim, bağışlayın, sözünüzü kəsirəm. Bir 

dəfə Siz özünüz dediniz ki, o vaxt elə  ən böyük dissident mən 

özüm olmuşam. 

Heydər Əliyev: Oda doğrudur. Düzdür, mən nə şer yazanam, 

nə roman yazanam, nə hekayə yazanam. Mən ömrüm boyu 

siyasətlə  məşğul olmuşam. Ancaq 1969-cu ildən başlayaraq 

1987-ci ildə istefaya getdiyim zamanadək kom- 

  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə