MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə37/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   33   34   35   36   37   38   39   40   ...   157

____________________________________________ 

114


 

zamanda Türkiyənin qarşısında duran bugünkü məsələlər elə 

bizim də qarşımızda durur. O yolu biz də keçməliyik. 

Əlbəttə, Türkyiə kimi bir dövlətin, cümhuriyyətin qurulması, 

inkişafı bizim üçün böyük örnəkdir. Ancaq xalqımızın 

ölkəmizin, dövlətimizin özünəməxsus xüsusiyyətləri var. Biz 

dünya təcrübəsindən istifadə edirik və etməliyik. Ancaq öz milli, 

mənəvi  ənənələrimiz  əsasında, xalqımızın, həyatımızın 

xüsusiyyətlərini nəzərə alaraq öz dövlətimizi qururuq və 

quracağıq. Ona görə indi ən ümdə  vəzifəmiz,  ən  şərəfli 

borcumuz hüquqi, dünyəvi, demokratik dövləti yaratmaqdır. 

Bu işdə hamımız çalışmalıyıq, bir olmalıyıq. Siyasi 

dünyabaxışından asılı olmayaraq, - kim hansı partiyaya mən-

subdur, hansı siyasi dünyabaxışı var - bundan asılı olmayaraq, 

bu məqsəddə biz hamımız bir olmalıyıq. Azərbaycanın başqa 

yolu yoxdur. Azərbaycan başqa yolla getməyəcək. 

İqtisadiyyatın sahəsində biz artıq bunu elan etmişik və həyata 

keçiririk. Biz köhnə iqtisadi sistemdən imtina etmişik,  keçid 

dövrünü yaşayırıq.  İqtisadiyyatımızı yeni iqtisadi sistem 

əsasında qururuq. Artıq bizim nailiyyətlərimiz də var. Bazar 

iqtisadiyyatıdır, sərbəst iqtisadiyyatdır, iqtisadi islahatların 

həyata keçirilməsidir, - biz bu işləri görürük, əməli nəticələrini 

alırıq. Nəticələr də sevindiricidir. 

Məsələn, iqtisadiyyat haqqında bir neçə  rəqəmi sizə 

çatdırmaq istəyirəm ki, bugünkü vəziyyətimiz sizin üçün daha 

da aydın olsun. Ümumiyyətlə Azərbaycanda iqtisadiyyat həm 

Ermənistanın təcavüzü nəticəsində, həm də daxildə gedən 

ictimai-siyasi proseslər nəticəsində 

həddindən artıq 

pozulmuşdur. Keçmiş Sovetlər  İttifaqına mənsub olan 

respublıkalar içərisində, demək olar, iqtisadiyyatı ən pozulmuş

əo dağıdılmış respublika Azərbaycan Respublikasıdır. Bır 

tərəfdən Ermənistanın təcavüzü, müharibə bunu dağıdıb, ikinci 

tərəfdən də daxildə siyasi çəkişmələr, hərc-mərclik,  özbaşınalıq, 

hakimiyyətsizlik, çəzasızlıq - bunlar hamısı Azər- 

  



____________________________________________ 

115


 

baycanın iqtisadiyyatını dağıdıbdır. Mən sizə dedim, Sovetlər 

İttifaqı dağılarkən böyük alimlər təhlil etdilər ki, iki respublika 

öz iqtisadiyyatına görə müstəqil yaşaya bilər - Rusiya, bir də 

Azərbaycan. Amma Azərbaycanın iqtisadiyyatı təxminən 1989-

cu ildən, 1990-cı ildən o qədər dağıldı ki, indi biz, əlbəttə, o 

imkanları çoxdan itirdik. 

Ancaq həyata keçirilən təbdirlər öz müsbət nəticəsini verir. 

Ona görə  də biz bu yolla getməliyik, yəni sərbəst iqtisadiyyat, 

bazar iqtisadiyyatı yolu ilə getməliyik. Biz bu sahədə çox işlər 

görmüşük - qanunlar, qərarlar qəbul etmişik, fərmanlar 

verilibdir, onlar həyata keçirilir. Biz özəlləşdirmə aparırıq, 

torpağın özəlləşdirilməsini, torpaq islahatı aparırıq. Torpağın 

özəllşədirilməsi haqqında qəbul etdiyimiz qanun ən radikal və 

eyni zamanda ən lazımlı və çox faydalı bir qanundur. Biz artıq 

onun nəticələrini görürük. 

Təəssüf hissi ilə deyə bilərik ki, bizə  bənzər olan bəzi 

respublikalarda hələ bu qanunu qəbul edə bilmirlər. Biz isə bunu 

qəbul etmişik, həyata keçiririk və  nəticələrini görürük. 

İqtisadiyyatı  sərbəstləşdirmişik, xarici ticarət sərbəstləşibdir və 

bunların nəticəsində Azərbaycana xarici sərmayə  gəlir, xarici 

ölkələrin  şirkətləri Azərbaycana gəlirlər. Bunlar hamısı 

Azərbaycanda iqtisadiyyatı canlandırıbdır. 

Məsələn, iqtisadiyyatın göstəricilərinin bir neçəsini sizə 

deyim. 1989-1990-cı illərdən ümumi daxili məhsul istehsalı 

ibəil 15-20 faiz aşağı düşürdü. 1995-ci ildə biz bunu 

dayandırmışıq. 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 

faiz, 1997-ci ilin doqquz ayında 5 faiz artıbdır. Bu çox yaxşı 

göstəricidir. Bəlkə  hələ çoxları hiss etmir, amma bu, ümumi 

iqtisadiyyatımıza təsir edir. 

Əvvəlki illərdə  sənaye istehsalı  hər il 20-25  faiz aşağı 

duşürdü. Biz keçən il onu dayandırmışıq. Sənaye istehsalı bu az 

da olsa - 1 faizdən bir qədər az artıbdır. Kənd təsərrüfatında  

heyvandarlıq  sektoru  tamamilə  özəlləşdirilibdir. 

 



____________________________________________ 

116


 

Bunun nəticəsində əhalinin ərzaqla - ətlə, südlə təmin olun-ması 

problemi aradan götürülübdür. Biz bunu daxili imkanla-rımız 

vasitəsilə edirik. Torpaq islahatı gedir. Bunların nəticəsində 

kənd təsərrüfatı istehsalı bu il artmağa başlayıbdır. 

Maliyyə sahəsində gördüyümüz işlər öz nəticəsini veribdir. 

1994-cü ildə bir ildə 1600 faiz inflyasiya olmuşdur. 1995-ci ildə 

bu 84 faiz, 1996-cı ildə 6 faiz idi. Amma bu ilin doqquz  ayı 

keçib, inflyasiya isə sıfırdır. İnflyasiyanı tamamilə boğduğumuz 

zaman bazarda qiymətlər də qalxmır, bahalaşmır. Əhalinin orta 

əmək haqqı  təxminən 50 faiz artıbdır. Mədəniyyət sahəsində 

işləyən insanların əmək haqqı doqquz ay müddətində təxminən 

60 faiz artıbdır və bu meyl davam edir. 

Xarici ticarət sərbəstləşdirildiyinə görə onun həcmi xeyli 

artıbdır. Azərbaycana xarici investisiyalar çox gəlir. Keçən il 

Azərbaycana gələn xarici investisiyanın həcmi 600 milyon 

dollar olubdur. Bu sahədə Azərbaycan MDB dövlətləri 

içərisində Rusiyadan sonra ikinci yerdədir. Amma adambaşına 

investisiyanın həcminə görə Azərbaycan birinci yerdədir. Bu ilin 

doqquz ayında Azərbaycana 700 milyon dollar xarici investisiya 

gəlibdir. Əgər keçən il Azərbaycanda 290 xarici şirkət fəaliyyət 

göstərirdisə, - mənə bu ilin doqquz ayının yekunlarını veriblər, - 

indi 500-dən artıq xarici şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə 

təxminən 15 min yerli adam işləyir. 

Burada natiqlərdən biri belə fikir söylədi ki, o şirkətlərdə 

azərbaycanlılar nə üçün az maaş alır, xaricdən gələnlər isə cox 

maaş alırlar? Bəli, bu problemlər var. Eyni zamanda onlarda 

azərbaycanlıların sayını artırmaq problemi var. Biz bununla 

məşğuluq və xarici şirkətlərə  şərt qoymuşuq ki, şirkətlərdə 

işləyənlərin  əksəriyyəti yerli adamlar olmalıdır. Amma eyni 

zamanda onların özlərinin xüsusi mütəxəssisləri var, onları 

buraya gətirməli, işlətməlidirlər, bunsuz öz işlərini apara 

bilməzlər. Biz bunun qarşısını ala bilmərik. Amma onlarla 

əlaqələrimizdə qoyduğumuz şərt ondan ibarətdir ki, maksi- 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə