MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə33/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   29   30   31   32   33   34   35   36   ...   157

____________________________________________ 

102


 

yaşadığımız bir dövr idi. Bu dövr eyni zamanda Sovetlər 

İttifaqının dağılması prosesinin getdiyi bir dövr idi. Azər-

baycanda vəziyyət həddindən artıq gərgin, çətin idi. 

Çox sevindirici haldır ki, məhz o vaxt, o çətin zamanda, 

dövrdə siz yazıçılar öz sənətinizə sadiq qalaraq o qurultaya 

toplaşmışdınız.  İş elə  gətirdi ki, mən sizin qurultayda oldum. 

Çünki bilirsiniz ki, o vaxt mən Naxçıvanda yaşayırdım. Oradan 

Azərbaycan Ali Sovetinə deputat seçilmişdim və Ali Sovetin 

sessiyasında iştirak etmək üçün fevralın  əvvəlində Bakıya 

gəlmişdim. 

Mən fevralın  əvvəlində bir sessiyada iştirak etdim, sonra 

martın əvvəlində keçirilən sessiyada iştirak etdim. Ondan sonra 

bir müddət burada qaldım. Martın sonunda yenə  də Naxçıvana 

döndüm. 

O vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki

yazıçılar qurultayı keçəcək, Sizi oraya dəvət edirlər. Elmira  

xanım Axundova çox dəyərli bir insandır. Xatirimdədir, 1970-ci 

illərdə Yazıçılar İttifaqında çox əhəmiyyətli işlər görürdü. Sonra 

isə öz jurnalistik fəaliyyətini də buna əlavə etmişdi. Mən 

Naxçıvanda ağır bir dövrdə yaşadığım zaman onunla 

görüşmüşdüm. O, oraya "Literaturnaya qazeta" üçün məndən 

müsahibə almağa gəlmişdi. Doğrudur, mən ona dedim ki, nahaq 

gəlmisən, çünki mən verdiyim müsahibəni "Literaturnaya 

qazeta" dərc etməyəcək. 

O, çox təkid etdi ki, "Literaturnaya qazeta" bu müsahibəni 

dərc edəcəkdir. Amma mənə olan münasibəti  bildirdim. Mən 

müsahibəni verdim, ancaq qəzet onu dərc etmədi. Demək, 

mənim sözüm doğru çıxdı. Elmira xanım çox cəhd göstərdi

vəziyyət dəyişəndən sonra bu müsahibəni dərc etdirdi. O, 

Bakıda da mənimlə  əlaqə saxlayırdı. Bu məni sevindirirdi ki, 

belə insanlar var, o ağır dövrümdə  mənimlə    əlaqə saxlamağa 

qorxmurdular, çəkinmirdilər. 

  

 




____________________________________________ 

103


 

Elmira xanım mənə bildirdi ki, Yazıçılar Birliyinin qurultayı 

var, məni oraya dəvət ediblər. Mən dedim ki, Elmira xanım, çox 

sağ olun, ancaq güman edirəm, mənim oraya gəlməyim 

lüzumsuzdur. Çünki indi mən burada kiməm oraya gəlim? 

Yazıçı deyiləm ki, oraya yazıçı kimi gəlim. Eyni zamanda o, elə 

bir dövr idi ki, o vaxt həm Sovetlər  İttifaqının rəhbərliyində

həm də Azərbaycanın rəhbərliyində  mənə qarşı çox 

ədalətsizliklər edirdilər. Mənim 

əleyhimə böhtanlar 

quraşdırırdılar və yayırdılar. Mən çox böyük təzyiq və  təqib 

altında idim. Elmira xanım məni çox inandırdı ki, yox, sizi 

qurultaya dəvət ediblər. Fikirləşdim ki, bəlkə xatir naminə dəvət 

ediblər, bilirlər ki, getməyəcəyəm. Sonra da məlum olacaq ki, 

dəvət etdilər, mən gəlmədim. Ondan xahiş etdim, dedim ki, sən 

bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar 

müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu 

ürəkdən dəvət etmişik, bu, formal bir xarakter daşımır, ona görə 

də  əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra 

ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm 

yazıçılar necədirlər. Gəldim. Bunu burada xatırlatdılar, - siz 

məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Bu təklifi gərək ki, 

şair Məmməd Aslan vermişdi. Ancaq mən təşəkkür edib dedim 

ki, indi də  aşağıda oturub yuxarıya baxmaq istəyirəm. O vaxt 

mən salonda oturarkən Çox düşünürdüm. Gərək ki, mənim 

sağımda Xəlil Rza, solumda isə  Rəfıq Zəka oturmuşdular. 

Ətrafımda da yazıçılar var idi, çox mehriban söhbət edirdik. 

Mən bu faktı niyə bir də xatırlayıram? Çünki müqayisə etrnək 

istəyirəm. Mən o dövrdə, fevral-mart aylarında Ali Sovetin 

sessiyasında olmuşdum. Xatirinizdədir, Ali Sovetin sesiyasında 

o salonda oturanların 99 faizi mənimlə bir yerdə  və rnənim 

rəhbərliyim altında işləmiş adamlar idilər. Ancaq orada   mənə    

çox    hörmətsizlik    etdilər,    pis    münasibət göstərdilər.   

Hətta  mənim  çıxışımı  da   kəsdilər  və  mənim 

  

 



____________________________________________ 

104


 

çıxışımdan sonra cürbəcür böhtançı  çıxışlar da etdilər. O 

cümlədən, o vaxt bir yazıçı da deputat idi, o da bunu etdi. Yəni o 

vaxt mənim orada müdafiəyə ehtiyacım yox idi. Bilirdim ki, 

mənə qarşı belə edəcəklər. Ancaq o vaxt cəsarət edib çox kəskin 

çıxış edən Bəxtiyar Vahabzadə oldu. 

Yəni mən yenə  də özümün ədəbiyyatla bağlılığımı  və 

ədəbiyyatla məşğul olan şəxslərin başqalarına nisbətən daha 

sədaqətli olduğunu qeyd etmək istəyirəm.  Şübhəsiz ki, mən 

Bəxtiyar Vahabzadəyə bir hörmətli  şair kimi həmişə hörmət 

etmişdim və  işlədiyim zaman bizim işgüzar  əlaqələrimiz 

olmuşdu. Ancaq o salonda oturanların əksəriyyəti ilə mən gecə-

gündüz bir yerdə  işləmişdim. Onlar böyük vəzifələr almışdılar. 

Bəxtiyar Vahabzadə  şair idi, şair olaraq da qalıbdır, indi də 

şairdir. Onun şairlikdən savayı bir vəzifəsi yoxdur. Ancaq baxın, 

- o, həmin insanların münasibəti, bu da şairin münasibəti. 

Nəhayət, Ali Sovetdə, o sessiyada, o salonda, - hansı ki, 

həmin binanı vaxtilə mən tikib yaratmışdım, o salonda ki, orada 

məni həmişə böyük hörmət, ehtiramla qarşılayırdılar, -ancaq 

orada mənə qarşı o qədər hörmətsizlik və  ədalətsizlik olduğu 

halda, Filarmoniyanın salonunda, yazıçıların qurultayında mənə 

çox mehribanlıq, çox istiqanlılıq, çox yüksək hörmət göstərildi. 

O vaxt mənim imkanım olmadı ki, belə geniş  təşəkkür edim. 

Altı il keçəndən sonra məhz o hadisəyə görə mən sizin hamınıza 

təşəkkür edirəm. Çox sağ olun. 

İndi isə bizim bu qurultayımız tamam başqa bir şəraitdə 

keçir. Keçmiş zamanlarda nə  qədər böyük nailiyyətlər  əldə 

etmişiksə  də, mən hesab edirəm ki, bu qurultay indiyə  qədər 

olan bütün qurultaylardan, yazıçıların toplantılarından, 

konqreslərindən - hamısından üstündür. Çünki müstəq 

Azərbaycan Respublikasının sərbəst yazıçıları müstəqil 

dövlətimizdə özlərinin ilk qurultayına toplaşmışlar. Bu, çox 

sevindirici haldır. 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə