MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə34/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   30   31   32   33   34   35   36   37   ...   157

____________________________________________ 

105


 

Bu, müstəqilliyimizin bizə verdiyi töhfələrdir ki, biz indi 

artıq heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı 

olmayaraq, özümüz sərbəst olaraq həyatımızın hər sahəsini 

araşdırırıq, o cümlədən öz ədəbiyyatımızı, mədəniyyətimizi 

istədiyimiz kimi müzakirə edirik və istədiyimiz istiqamətdə 

aparırıq. Bu azadlıq, sərbəstlik, müstəqillik əvəzsiz bir nemətdir. 

Ona görə  də bu qurultay başqa qurultayların davamı olmaqla 

yanaşı, onuncu qurultaydır və  əvvəlki doqquz qurultayın 

hamısından üstündür. 

Biz eyni zamanda 63 il müddətində - 1934-cü ildən indiyədək 

yazıçılar qurultaylarının keçdiyi yolu da yüksək qiymət-

ləndirməliyik. Biz bunu heç vaxt unutmamalıyıq. Bu gün 

natiqlərdən biri, gərək ki, Qabil müəllim dedi, - o söylədi ki, 

Bəxtiyar müəllim rəyasət heyətində dedi ki, vaxtilə burada 

Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul 

Rza, Mehdi Hüseyn və başqaları  əyləşirdilər, indi biz 

əyləşmişik. Bəli, onların hər biri çox böyük yazıçı,  şair, 

şəxsiyyət olub. Onlar XX əsr Azərbaycan  ədəbiyyatının 

yaranmasında böyük xidmətlər göstəriblər. 

Bilirsiniz, bu gün ümumiyyətlə müstəqillikdən danışarkən 

ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu 

qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz 

xalqımızın milli sərvətidir və intellektual nıülkiyyətidir. Hər bir 

müstəqil dövlət müstəqil olmaq üçün blr neçə amillərə malik 

olmalıdır - onun müstəqil yaşaması üçün ərazisi, iqtisadiyyatı, 

təbii sərvətləri olmalıdır, müstəqil dövləti qoruyan ordusu 

olmalıdır, daxili vəziyyəti qoruyan qüvvələri olmalıdır, silahı, 

pulu, valyutası olmalıdır. Bunlar hamısı olmalıdır. Bunlar 

olmasa müstəqil dövlət ola bilməz. 

Sovetlər  İttifaqı dağılarkən Azərbaycanda da çoxları  şübhə 

edirdilər ki, Azərbaycan müstəqil yaşaya bilər, yoxsa yaşaya 

bilməz.    O   vaxt   Sovetlər   İttifaqını   qoruyub   saxlamaq 

istə-yənlər sübut etməyə çalışırdılar ki, heç bir respublika 

  



____________________________________________ 

106


 

 

müstəqil yaşaya bilməz. Çünki bu respublikalar bir-birilə çox sıx 



bağlıdırlar.  Əgər bunlar ayrılsalar, bu iqtisadi əlaqələr pozulsa, 

bu respublikalar müstəqil yaşaya bilməyəcəklər. Bu fıkirlərin   

müəyyən   əsası      var      idi.      Mən   bunu   bəlkə      də 

başqalarından yaxşı bilirəm. O vaxt sovet hakimiyyətinin 

siyasətinin əsas cəhətlərindən biri də bu idi - Sovetlər İttifaqının 

ərazisində olan bütün respublikaların iqtisadiyyatı bir-biri ilə o 

qədər bağlı idi ki, hansısa bir respublika ayrılmaq istəsə, bu, 

onun üçün mümkün olmasın, yaxud da böyük çətinliklər 

yaratsın. Burada həqiqət var idi. Ancaq bu həqiqət o dərəcədə 

deyildi ki, doğrudan da ayrılmaq mümkün olmasın.  

Respublikaların bir-birindən fərqi var idi. Əgər iqtisadi 

nöqteyi-nəzərdən götürsək, o vaxtlar - Sovetlər  İttifaqı 

dağılarkən təhlil aparılmışdı və bu təhlil göstərmişdi ki, on beş 

respublikadan  iki  respublika  tam  müstəqil  yaşaya  bilər. 

Onlardan biri Rusiyadır, ikincisi Azərbaycandır. Bunlar, bu 

qiymətlər iqtisadi nöqteyi-nəzərdən verilir. Şübhəsiz ki, indi 

Azərbaycanın   iqtisadi   potensialı,   ərazisi,   təbii   sərvətləri, 

başqa imkanları olmasaydı, müstəqil yaşaya bilməzdi. 

Düzdür, bizim müstəqilliyimizin qarşısında çox çətinliklər 

oldu, ancaq müstəqil yaşadıq və yaşayırıq. Ona görə  də bizim 

iqtisadi potensalımız bizim sərvətimizdir. Bizim yeraltı 

sərvətlərimiz milli sərvətlərimizdir. Ölkəmizin təbiətinin bizə 

verdiyi faydalar milli sərvətimizdir. Ancaq bunlarla yanaşı,  

Azərbaycan xalqının milli sərvəti və intellektual mülkiyyəti  

eyni zamanda Azərbaycanın ədəbiyyatıdır, mədəniyyətidir. Ona 

görə  də biz müstəqil dövlətimizi boş yerdə qurmağa 

başlamamışıq. Bizim iqtisadi potensialımız olduğu kimi, bir 

potensialımız da - intellektual potensialımız da vardır. Bizirn 

mənəvi potensialımız - ədəbiyyatımız, mədəniyyətimiz 

intellektual potensialımızın  əsasını  təşkil edir. Bunu yaradanlar 

var. Bunu yaradanlar bizim xalqın dahi insanlarıdır. Onlar bəşər 

mədəniyyətini əsrlərdən əsrlərə zənginləşdirən əsərləri 

  



____________________________________________ 

107


 

 

ilə    Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini 



yaradıblar. 

Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Mirzə  Fətəli 

Axundov, Seyid Əzim  Şirvani, Nəcəf bəy Vəzirov - bunlar 

hamısı XX əsrə  qədər yaşayıb-yaradıblar. Amma XX əsrdə  də 

bizim böyük şəxsiyyətlərimiz olubdur. XIX əsrin sonu, XX əsrin 

əvvəli Azərbaycan  ədəbiyyatının çox böyük, zəngin bir dövrü 

olubdur. Bu gün ədəbiyyatımız haqqında danışarkən biz bu 

dövrü çox yüksək qiymətləndirməliyik. 

Bilirsiniz, bizim mədəniyyətimiz,  ədəbiyyatımız özünə-

məxsus xarakter daşıyır. Öz kökümüzə görə biz Şərq,  İslam 

ölkəsiyik. Çoxları hesab edirlər ki, biz Asiya qitəsində yerləşən 

bir ölkəyik. Azərbaycan Asiya ilə Avropanın birləşdiyi

qovuşduğu bir ərazidə yerləşən, amma Avropaya daxil olan bir 

ölkədir. Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə, 

ənənələrinə görə  Şərq aləminə,  İslam, türk dünyasına daxil 

olubdur. Bu qəbildən olan xalqlar, millətlər içərisində 

Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən 

ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini dünyanın inkişaf 

etmiş Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirə bilibdir. Bizim 

milli  ədəbiyyatımızı, mədəniyyətimizi Qərb mədəniyyəti, 

ədəbiyatı ilə birləşdirən, onun sintezini yaradan insanlar çox 

uzaqgörən, müdrik insanlar olublar. Bunların nəticəsində keçən 

əsrin ortalarında Azərbaycanda teatr yaranıbdır. Azərbaycanda 

teatr yarananda heç bir Şərq ölkəsində teart olmayıbdır. Yaxud, 

bu əsrin əvvəllərində Azərbaycanın ilk milli operası yaranıbdır. 

Şərq aləmində ilk opera əsərini dahi Üzeyir Hacıbəyov 

yaradıbdır. 

Biz indi latın  əlifbasına keçirik. Görürsünüz ki, keçmək də 

çətindir.    Bu    barədə    qərar    qəbul    edilərkən    nə    qədər 

müzakirələr   gedirdi.   Kimi   deyirdi   keçək,   kimi   deyirdi 

keçməyək. Hətta bəziləri deyirdi ki, gəlin  ərəb  əlifbasına 

qayıdaq. Xatirinizdədir, 1990-91-ci illərdə belə söhbətlər ge- 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə