MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə36/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   32   33   34   35   36   37   38   39   ...   157

____________________________________________ 

111


 

 

quruluş dağıldı, biz o sistemdən imtina etdik və buna da heç 



vaxt heyfsilənməməliyik.  Əksinə, sevinməliyik. Sevinməliyik 

ki, o quruluş, Sovet İttifaqı dağıldı. Sevinməliyik ona görə ki, 

əgər dağılmasaydı, biz dövlət müstəqilliyimizi  əldə edə 

bilməzdik, bu mümkün deyildi. Ancaq bir halda ki, biz onun 

dağılmasını istəyirdik və istəyirdik ki, milli azadlığa çıxaq, 

müstəqil dövlət olaq, demək, bunun əzab-əziyyətini də 

çəkməliyik. Başqa cür ola da bilməz. Bu təbiidir. 

Ancaq tərəziyə qoyanda - hansı ağır gəlir, hansı yüngül gəlir, 

- hamı bir səslə deyəcəkdir ki, bəli, müstəqillik naminə biz hər 

şeyə dözməliyik, müstəqillik naminə  hər cətinliyə, hər  əzab-

əziyyətə dözməliyik. Ancaq bu çətinliklər daimi deyildir. 

Bunların da sonu var, bunlar müvəqqətidir. Mən bu gün bunu bir 

daha deyirəm və hesab edirəm ki, biz bu çətinliklərdən keçib 

gedəcəyik. Ancaq bu şəraitdə  də biz keçmiş  ənənələrə istinad 

edərək, - yəni siz onlara vərdiş etdiyinizə görə və biz də hesab 

edərək ki, doğrudan da gərək yazıçılar bu keçid dövründən bir 

balaca yüngül keçsinlər, -əlbəttə ki, imkan dairəsində müəyyən 

qayğılar göstərmək lazımdır. 

Bəziləri haqqında burada dedilər. Bəziləri haqqında da mən 

fikirlərimi dünən və  sırağagün görüşlərdə bildirmişəm. Dünən 

də dedim və bu gün də bildirirəm ki, bu qurultay qurtarandan 

sonra mən onun yekunları ilə  əlaqədar qərar qəbul edəcəyəm. 

Göstəriş vermişəm ki, belə bir qərar layihəsi hazırlasınlar. O 

qərarda imkan daxilində, nə mümkündür - nəzərdə tutulacaq. 

Məsələn, söz verdim ki, "Ulduz" jurnalının çıxmasını  təmin 

edəcəyəm. Gənc yazıçılar var, onlar çətin  şəraitdə yaşayırlar. 

Mən etiraz etmirəm, əgər Yazıçılar Birliyi zəmanət versə ki, bir 

il içərisində bunların hərəsi bir yaxşı əsər yarada bilər, mən bir il 

müddətinə onlara yüksək məvacib təyin edə bilərəm. Onlar bu 

məvacibi alsınlar, 

  

 

 



 


____________________________________________ 

112


 

əsəri yazsınlar, əsər doğrudan da çox yaxşı olsa, ona da mükafat 

verərik. 

Yəni belə addımlar atmaq olar. Yaxud mən bu günlərdə çox 

düşünürəm, - doğrudur, əgər mən bu qərarı qəbul etsəm, bir az 

təhlükəlidir, ancaq belə  fıkrə  gəlmişəm ki, edəm, - ola bilər, 

bizim bir qrup ədəbiyyat, mədəniyyət xadimlərinə dövlətin, 

prezidentin ehtiyat fondundan xüsusi maaş təyin edim. Məsələn, 

bu maaş nə qədər ola bilər - on, on beş, iyirmi nəfərə. Bilirsiniz

bu, yenə bizim büdcəmizdən asılı olacaq ki, orada nə var. Ondan 

asılı olacaqdır (Yerdən səs: 500 nəfərin hamısına). Görürsünüz, 

dedim ki, bu təhlükəlidir. Gərək bunu deməyəydim. Ancaq 

güman edirəm ki, ayrı-ayrı addımlarla müəyyən bir dəyişiklik 

əldə etmək olar. 

Amma  bir  söz  də  demək  istəyirəm.   Bunu  əvvəlcədən 

deyirəm, - heç bir şeydə heç bir güzəşt olmayacaqdır. Bunu 

bilin. Bu mövzunu sonra sizə daha da geniş izah edəcəyəm. Biz 

sərbəst bazar iqtisadiyyatına gedirik. Sərbəst bazar 

iqtisadiyyatında bir adama güzəşt eləsən, o birisinə  də eləmək 

lazımdır. Bilirsiniz, bu, bütün sistemi pozur. Heç bir güzəşt 

olmayacaqdır. Güzəştlə kim nə ala bilər - biz çalışırıq ki, bunu 

başqa vasitələrlə çatdıraq. Ancaq buna güzəşt olsun, ona güzəşt 

olsun - bunu etmək mümkün deyildir. Bunu açıqca bilin.  Mən  

çox  açıq  danışan  adamam.  Həmişə,  söz xoş gəlməsə də, mən 

onu açıq deməliyəm.  İndi bizim maliyyə sistemimiz elədir ki, 

biz bütün güzəştləri ləğv etdik və edirik. Sona qədər ləğv 

edilməlidir, heç bir güzəşt qalmamalıdır. Çünki güzəşt ancaq 

sosialist iqtisadi sisteminə aiddir. Bazar iqtisadiyyatı,   sərbəst   

iqtisadiyyat   sistemində      güzəşt   ola bilməz.  İnsanlara başqa 

vasitələrlə kömək etmək olar. Amma güzəşt kimi yox, güzəşt 

olmayacaqdır. Biz başqa vasitələrfə kömək eməyə çahşacağıq. 

Bizim qarşımızda çox vəzifələr durur. Şübhə yoxdur ki, bu 

vəzifələrin həyata keçirilməsində Yazıçılar Birliyi, hər bir 

  

 



 


____________________________________________ 

113


 

yazıçı hər bir ədəbiyyat adamı gərək kənarda qalmasın, bizimlə 

bir yerdə olsun. 

İdeologiya, milli ideologiya haqqında danışdılar. İndi kecmiş 

kommunist rejimində partiya tərəfindən hazırlanmış 

ideologiyamız yoxdur. Buna ehtiyac da yoxdur. Bizim 

ideologiyamız iki il bundan öncə Azərbaycanın qəbul etdiyi 

dövlət Konstitusiyasında öz əksini tapmışdır.  Əsas o 

Konstitusiyadır. Çünki keçmişdə bizdə qanun işləmirdi, 

dövlətin, partiyanın ideoloji prinsipləri, partiyanın ideoloji 

qərarları  əsasında iş gedirdi. Amma indi qanun işləməlidir, 

çünki biz hüquqi dövlət qururuq. Əsas qanun da bizim 

Konstitusiyamızdır. Konstitusiyanı yaxşı bilmək, yaxşı  təbliğ 

etmək lazımdır. Konstitusiyada yazılıb: Azərbaycanda 

demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Bəlkə bunlar sadə 

sözlərdir, artıq hamı üçün məlum sözlərdir. Amma bu sözlərin 

arxasında onu həyata keçirmək üçün çox böyük və  gərgin iş 

durur. Böyük və gərgin iş də aparılmalıdır. 

Biz bu işi aparırıq. Ancaq demokratik, hüquqi, dünyəvi 

dövlət qurmaq bir ilin, iki-üç ilin işi deyildir. Bunun üçün zaman 

lazımdır. Mən bunu görüşərkən də dedim, - üç-dörd gün öncə 

Türkiyə Cümhuriyyətinin 74 illik yubileyi münasibətilə Türkiyə 

televiziyası ilə bizim əziz və hörmətli dostumuz Süleyman 

Dəmirəlin böyük bir söhbətini dinlədim. O, 74 ildə Türkiyə 

Cümhuriyyətinin həyat yoluna təhlil verirdi. Göstərirdi ki, 

Osmanlı imperatorluğunun külü üzərində yaranan Türkiyə 

Cümhuriyyəti 74 il içərisində  nə  qədər çətin mərhələlərdən 

keçib gəlibdir.  İndi qüdrətli, böyük bir dövlətlər, Dünya 

Biliyində özünəməxsus yeri tutubdur, ancaq onun bu gün də nə 

qədər problemləri , sıxıntıları, çətinlikləri var. Pezident 

Süleyman Dəmirəl televiziya ilə bunlar haqqında açıq-aşkar 

danışırdı.  Sabahısı gün mən  onunda telefonla danışarkən, bu 

barədə öz münasibətimi bildirərkən o mənə  və  mən də belə 

düşünürəm ki, bəli, həmin yol, eyni 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə