MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə47/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   43   44   45   46   47   48   49   50   ...   157

____________________________________________ 

145


 

 

əldə edəndən  sonra biz  bəyan  etmişik  ki,  respublikamız 



Azərbaycanda yaşayan bütün vətəndaşların - milliyyətindən, 

dinindən,   dilindən,   irqindən   asılı   olmayaraq   -   doğma və 

vətənidir.   Elə    də    var.      Məhz  buna  görə    də    Azərbaycan 

çoxmüllətli ölkə kimi, eyni zamanda monolit, vahid bir xalqa 

rnalikdir - Azərbaycan xalqına. 

Burada bəzən "azsaylı xalqlar" ifadəsi işlənir. Doğrusu, bu 

söz mənim o qədər də xoşuma gəlmir. Ümumiyyətlə, bu söz 

dünya terminologiyasına daxil olubdur. Mənim isə xoşuma 

gəlmir. Xalqın azsaylısı, çoxsaylısı yoxdur. Xalqın hamısı 

xalqdır. Ona görə  də Azərbaycanda yaşayan xalqların hamısı 

xalqdır, biz heç kəsi azsaylı xalq hesab etmirik, hamısı 

Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır, hamısı da 

birlikdə vahid Azərbaycan xalqıdır. 

Dağıstan  Rusiya  Federasiyasının  tərkibindədir.      Rusiya 

Federasiyası ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq 

əlaqələri mövcuddur və bu əlaqələri daim inkişaf etdirməyə 

çalışırıq. Bu il iyul ayının 3-də  mən, Azərbaycanın prezidenti 

kimi,   Moskvada   rəsmi   səfərdə      olarkən   Rusiya   Fede-

rasiyasının prezidenti  Boris  Yeltsinlə bərabər Azərbaycanla 

Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı 

təhlükəsizlik haqqında böyük bir müqavilə imzaladıq. Bu 

müqavilə  gələcəkdə dostluğumuzu,  əməkdaşlığımızı inkişaf 

etdirmək üçün çox dəyərli bir sənəddir. Hesab edirik ki, bu 

müqavilədən irəli gələn vəzifələrin hamısını yerinə yetiririk və 

bundan sonra da yerinə yetirəcəyik.  Dağıstan isə Rusiya 

Feaerasiyasının tərkibində olaraq,  Rusiya Federasiyasının 

otyekti   kimi,   respublikası      kimi      Azərbaycanla   Rusiya 

Federasiyası arasında yerləşən və bizim bu dostluq, əməkdaşlıq 

əlaqələrimizin yaradılmasında çox böyük imkanlara malik olan 

bir respublikadır. Ona görə  də biz Dağıstanı daim, qədimdən, 

həmişə tarixi dostumuz kimi qəbul etmişik və  qəbul edirik. 

Dağıstanla Azərbaycan arasında heç vaxt heç 




____________________________________________ 

146


  

 

 



bir münaqişə olmayıbdır və bundan sonra da olmayacaq və ola 

da bilməz. Eyni zamanda Dağıstan Rusiya Federasiyasının 

tərkib hissəsi kimi, Rusiyanın ən cənubunda Azərbaycana qonşu 

olan subyekti, respublikası kimi Rusiya ilə Azərbaycan arasında 

əlaqələrdə mühüm rol oynayır. Mən hesab edirəm ki, burada 

həm Dağıstanın, həm də Azərbaycanın hələ böyük imkanları 

var. Bu imkanlardan biz bundan sonra da səmərəli istifadə 

etməliyik. Azərbaycanın qapıları bütün dağıstanlılar üçün 

açıqdır. Elə bilirəm ki, Dağıstanın da qapıları Azərbaycan 

vətəndaşları üçün açıqdır. Biz bir-birimizə rahat gedib-gəlirik və 

bir-birimizlə həmişə -xeyirdə də, şərdə də bir yerdəyik. Bunların 

hamısı çox gözəl hallardır, çox gözəl əlamətlərdir. 

Son vaxtlar bizim bu əlaqələrimiz daha da inkişaf edibdir. 

Son dövrdə Azərbaycanın dini rəhbəri Şeyxülislam Allah-şükür 

Paşazadənin Dağıstana səfəri və Dağıstanın dini rəhbərinin 

Azərbaycana gəlməsi, onun bu gündə Dağıstan dövlət 

nümayəndə heyətinin tərkibində olması bizim bu sahədə  də 

əlaqələrimizin inkişaf etməsini göstərir. 

Xalqlarımızın birliyini, dostluğunu təmin edən amillərdən biri 

də odur ki, bizim adət-ənənələrimiz birdir, mənəvi dəyərlərimiz 

bir-birinə  bənzərdir. Biz bir dinə  mənsubuq.  İslam dini, onun 

yaratdığı  mənəvi dəyərlər, adət və  ənənələr bizim xalqlarımızı 

əsrlər boyu birləşdiribdir, xalqlarımızın dostluğunun və 

qardaşlığının daha da möhkəm olmasını  təmin edibdir. Bu gün 

bu vasitə  də dostluğumuzun, qardaşlığımızın inkişafına kömək 

edir və bundan sonra da kömək edəcəkdir. 

Beləliklə, bu gün biz həm Qafqazın böyük oğlu Şeyx Şamilin 

xatirəsini yad edirik, həm də Dağıstan və Azərbaycan xalqları 

arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi 

üçün yeni addımlar atırıq. 

  

 

 



 


____________________________________________ 

147


Qafqazın  şimalı Rusiya Federasiyasının  ərazisindədir. 

Qafqazın cənubunda yerləşən respublikalar - Azərbaycan, 

Gürcüstan, Ermənistan isə müstəqil dövlətlərdir. Təəssüflər 

olsun ki, Ermənistanla Azərbaycan arasında münaqişə 

mövcuddur. Ermənistan Azərbaycana təcavüz edibdir, 

respublikamıza çox böyük zərərlər vurubdur. Azərbaycanın 

ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal 

olunubdur. Bir milyondan artıq Azərbaycan vətəndaşı yerindən-

yurdundan zorla çıxarılıbdır və  ağır vəziyyətdə çadırlarda 

yaşayırlar. 

Bunların hamısı Qafqazın birliyinə vurulan zərbələrdir. 

Gürcüstanda da hələ tam əmin-amanlıq yaranmayıbdır. Orada da 

münaqişələr var, Şimali Qafqazda da münaqişələr var. Ona görə 

də Qafqazda sülhü, əmin-amanlığı  bərqərar etmək üçün bu 

münaqişələrə son qoyulmalıdır. Biz bu münaqişələrə son 

qoyulmasına çalışırıq. Xüsusən, Ermənistan-Azərbaycan müna-

qişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq. Biz istəyirik ki

Gürcüstanda da münaqişələrə son qoyulsun. İstəyirik ki, Şimali 

Qafqazda da münaqişələrə son qoyulsun. İstəyirik ki, Qafqazın 

hər bir yerində  əmin-amanhq bərqərar olsun, sülh bərqərar 

olsun, dostluq bərqərar olsun, xalqlar arasında səmimi 

münasibətlər yaransın. Bunların hamısı mümkündür. İnanıram 

ki, biz birgə səylərimizlə bunlara nail ola biləcəyik. Ona görə də 

burada Ümumqafqaz evi haqqında səslənən ifadələr, sözlər tam 

əsaslıdır. 

Həqiqətən, Gürcüstanın prezidenti Eduard Şevardnadze ilə 

mənim keçən il imzaladığımız bir bəyanatda Qafqazda sülhün

əmin-amanlığın yaranması üçün, Ümumqafqaz evinin yaranması 

üçün birgə təşəbbüs göstərmişik. Hesab edirəm ki, bu təşəbbüs 

yaşayır və bundan sonra da yaşayacaqdır. Biz bütün bu 

münaqişələrə son qoya biləcəyik, bütün bu münaqişələri aradan 

qaldıracağıq və beləliklə, Qafqazda sülhün, əmin-amanlığın 

təmin edilməsinə nail olacağıq. 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə