MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə65/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   61   62   63   64   65   66   67   68   ...   157

____________________________________________ 

206


 

bunlara da imkan vermişik və bundan sonra da imkan vermişik. 

Çünki  əgər insanın imkanı, vəsaiti varsa, o özünə ev mənzil 

tikirsə, demək, o, bu yükü dövlətin üzərindən götürür, 

ümumiyyətlə, Azərbaycanda yaşayış binalarının sayını artırır. 

Ona görə də bu, müsbət haldır. 

Xaricdən gələn inşaat şirkətlərindən bir çoxu məhz belə fərdi 

evlərin tikintisi ilə  məşğul olur. Bunların bəziləri də ayrı-ayrı 

böyük binalar tikiblər. Həmin  şirkətlərin çoxu tikintidə yüksək 

keyfiyyət nümunələri göstəribdir. Bu da çox sevindirici haldır. 

Çünki bizim inşaatçılar da xaricdən gələn inşaatçılardan  

öyrənərək, onların təcrübəsini mənimsəyərək öz keyfiyyətlərini 

artırmağa başlayıblar. Bu da bir tərəfdən müəyyən rəqabət 

yaradır. 

Azərbaycanda keçmişdə inşaatla məşğul olan təşkilatlar çox 

olub. Bunlar mənim xatirimdədir. Onların bir çoxu indi də 

qalıbdır. Bizdə bir neçə inşaat nazirliyi, respublika, ayrı-ayrı 

ölkələrdən,  şəhərlər, rayonlar üzrə inşaatla məşğul olan, 

nazirliyə  bərabər böyük trestlər var idi. Yəni Azərbaycanda 

böyük inşaatçı ordusu var idi. Azərbaycanda inşaat sahəsində 

çox yüksək keyfiyyətli iş görmək qabiliyyəti olan insanlar da 

çoxdur. Məsələn, indi onların bir qismi "Əsrin müqaviləsi" 

adlandırdiğımız neft müqaviləsinin həyata keçirilməsi ilə 

əlaqədar  bir çox inşaat işlərində iştirak edirlər və çox da gözəl 

keyfiyyətli işlər görürlər. Ancaq işin keyfiyyətinin qaldırılması,  

təkcə öz inşaatçılarımızın yox, ayrı-ayrı ölkələrdən Azərbaycana 

gələn inşaatçıların burada iş görməsi, onların təcrübələrinin 

respublikamızın inşaatçılarında da keyfiyyətin yüksəldilməsinə 

böyük maraq yaratması  və onları daha keyfiyyətli iş görməyə 

məcbur etməsi Azərbaycanın iqtisadiyyında, o cümlədən tikinti 

sahəsində gedən proseslərin müsbət nəticələridir. 

Mən bunu ona görə xüsusi qeyd edirəm ki, bir neçə xarici 

şirkətin   Bakıda   apardığı   inşaat   işlərinin   nümunələrini 

  

 




____________________________________________ 

207


 

görmüşəm. Bu gün bu evi müşahidə edərkən, onun mənzillərinə 

baxarkən, - bunun xarici də görünur, hamınız görürsünüz - xarici 

şirkətlərin gördüyü işlə bu binanın tikintisinin keyfiyyəti 

arasında müqayisə aparıram. Bu binanın keyfiyyəti onlardan heç 

də  aşağı deyil, bəlkə  də yuxarıdır. Bu, çox sevindiricidir. 

Demək, bizim inşaatçılarımız yüksək keyfiyyətli iş görməyə 

qadirdirlər. Deyirlər, bunun üçün müəyyən rniqdarda vəsait, 

inşaat materialı lazımdır, qiyməti artıqdır. Doğrudur, ancaq ola 

bilər, bir az baha, keyfıyyətli olsun, nəinki ucuz, keyfıyyətsiz 

olsun. 

Məsələn, mən bu gün bu binadakı mənzillərə baxdım. Güman 



edirəm ki, bu mənzilləri alan hər bir şəxs oraya daxil olan kimi 

bu mənzildə yaşayacaqdır. Ancaq keçmişdə  bəzi hallarda nə 

olurdu? Bina tikilirdi, istifadəyə verilirdi. Mənzil alan gəlib 

orderi, açarı alıb sevinirdi, amma bundan sonra həmin mənzili 

özü iki-üç ay təmir edirdi. Hətta deyə bilərəm, mən 1993-cü ildə 

Bakıya gəlib işə başlayandan sonra dedilər ki, hökumət işçiləri 

üçün burada bir evin tikintisinə başlanıb. Mən gələndə bu ev 

tikilib qurtarmışdı. Dedilər ki, onu sadəcə paylayırıq. Həmin 

binada mənzilləri payladılar. Bizim dövlət işində çalışan bir 

neçə  şəxs 1994-95-ci illərdə  həmin binadan ev aldı. Sonra 

eşitmişəm ki, bu adamların hər biri orada təmir işi aparır, heç 

biri həmin mənzillərə köçməyib. Soruşuram ki, niyə 

köçməyiblər? Hər biri cavab verdi ki, bu bina elə keyfıyyətsiz 

tikilib ki, mən oraya köçə bilmərəm. Bəli, bu mənzili təmir edir 

və oraya da nə  qədər xərc çəkir. Demək, belə  çıxır ki, bu bina 

ikinci dəfə tikilir - birinci dəfə onun əsas hissəsi inşa olunur, 

içərisini isə  mənzili alan hər bir adam tikməlidir. Olmaz ki

bunların hamısı bir yerə  yığılsın, birlikdə tikinti işi aparılsın, 

mənzili alan adam da sonra təmir işi aparmasın? 

Deyəsən, həmin binada yaşayan adamların, yəni rəhbər 

işçilərin bəzilərini burada görürəm. Yəqin onlar bunu təsdiq 

  

 



 


____________________________________________ 

208


 

edərlər ki, bu belədir, yoxsa yox. Məsələn, Fikrət Yusif oradan 

ev alıb. Sən onu neçə ay təmir etmisən? Deyirsən ki,  dörd ay 

təmir işi aparmısan. Doğrudur, bu təmirə nə qədər pul verdiyini 

düz deməyəcəksən, ona görə  də  sənə bu sualı vermirəm. 

Görürsünüz, vəziyyət necədir? 

Mən hər şeyi açıq deyirəm. Həyatım belədir ki, mən həmisə 

hər bir sözü olduğu kimi, açıq demişəm. Bu həqiqətdir 

Həqiqətin də üstünü örtmək olmaz. Bu gün mənzil alanlar 

arasında nazir yoxdur ki, gəlib burada bir də xüsusi təmir 

aparsın. Bu gün mənzil alanların hamısı sadə insanlardır Amma 

bəlkə maliyyə nazirinə də bu binada ev versək, o da bu mənzili 

təmir etməzdi, necə var, olduğu kimi yaşayardı. Bu gün dedim 

ki, bəlkə  mən özüm də  gəlib bu binadakı  mənzillərdən birini 

özümə götürüm. 

Bu bina çox gözəldir. Biz bir çox ölkələrə, şəhərlərə gedirik, 

hotellər görürük. Bu binanın mənzillərinin vəziyyəti bizim 

gördüyümüz hotellərin bəzilərinin səviyyəsindədir. 

Mən bu məsələnin üzərində bir qədər geniş dayandım və bəzi 

faktları da gətirdim ki, sizi bu sözlərimə inandırım.  İnşaatda 

keyfiyyət çox əhəmiyyətlidir. Bu evi inşa edən tikinti idarəsinin 

işçisi burada çıxış etdi. Bu onu göstərir ki, bizim inşaatçılarımız 

da keyfiyyətli binalar tikə bilərlər. 

Bunun üçün nə lazrmdır? Birincisi, həmin keyfiyyətli inşaat 

üçün vəsait ayrılması lazımdır, ikincisi isə inşaatçılar tikinti 

işləri aparılarkən gərək materialları  oğurlamasınlar. Keçmişdə 

bizim apardığımız inşaat işlərinin keyfiyyəti niyə aşağı olurdu? 

Bir ona görə yox ki, vəsait az ayrılırdı. Ona görə ki, inşaatçılar 

həmin tikinti materiallarının bir qismini daim oğurlayırdılar. 

Mən inşaatçılara hörmət edirəm. Burada inşaatçılar da var. 

Mən onların gördükləri işləri, xidmətlərini qiymətləndir-mışəm 

Azərbaycanın, Bakının bax, bu mənzərəsi inşaatçılarımızın 

işinin nəticəsidir. Ancaq inşaatçıların arasında oğrular da 

olubdur, gün də var. Ona görə də rəqabət, nəzarət olanda, yəqin 

ki, insan 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə