MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə28/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   24   25   26   27   28   29   30   31   ...   157

____________________________________________ 

87

 



insanlarıyıq, o dövrün məhsuluyuq, hamımız o dövrün içində 

yaşamış, böyümüş, təhsil almış, fəaliyyət göstərmiş insanlarıq, 

ancaq milli mənafe və xalqımızın gələcəyi nöqteyi-nəzərindən 

mən hesab edirəm ki, Sovetlər  İttifaqının dağılması  və bunun 

nəticəsində Azərbaycanın müstəqillik qazanması xalqımız üçün, 

hər bir adam üçün indiyə  qədər  əldə edilən nailiyyətlərdən 

qiymətlidir, üstündür. 

Burada gənc yazıçıların yaşayışı, onların maddi vəziyyəti və 

xüsusən yaşayış yerləri haqqında, eyni zamanda əsərlərin dərc 

olunması barədə  məsələlər qaldırıldı. Bilirsiniz, indi belə 

fıkirləşmək lazımdır: Biz indiyədək o sistemdə yaşasaydıq 

"Azərbaycan" jurnalı ayda bir dəfə 76 min nüsxə tirajla, "Ulduz" 

jurnalı ayda bir dəfə  çıxacaqdı, sizin hər birinizin kitabları çap 

ediləcəkdi, yüksək qonorarlar da alacaqdınız. Hamısı - 

imtiyazlar da olacaqdı, mənzillər də alacaqdınız. Amma yenə də 

deyirəm, - bu müstəqillik, azadlıq  olmayacaqdı. Düzdür, heç 

kəs bizə  təklif etmədi ki, hansını -bunu, yoxsa onu istəyirsən. 

Amma belələri var idi. Sizlərdən də, bizlərdən də var idi. 

Məsələn, mən də o dövrdə, o şəraitdə artıq yaşamaq istəmirdim. 

Mən yeni bir şəraitdə, yeni bir dövlətdə yaşamaq, müstəqil 

olmaq istəyirdim. Ancaq mən o vaxt da bilirdim ki, bunun 

çətinlikləri çox olacaqdır. 

Ola bilər, xatirinizdədir, - 1991-ci ilin martında Sovet 

İttifaqının saxlanması haqqında referendum hazırlanırdı. Bu 

referendum bir neçə ay idi ki, hazırlanırdı. Onda mən 

Naxçıvanda yaşayırdım. Biz Naxçıvanda bunu çox müzakirə 

edırdik. O vaxt məni dəvət edirdilər, toplantılara gedirdim, 

mitinqlər olurdu, çıxış edirdim. O vaxt bu, aktual bir məsələ idi - 

Sovetlər  İttifaqı qalmalıdır, yaxud qalmamalıdır, Azərbaycan 

müstəqil olmalıdır, yaxud olmamalıdır? Bu sualı  hər yerdə, 

ümumiyyətlə çox yerdə verirdilər. Mənə  də belə suallar çox 

verirdilər, çünki aydındır, - mənim şəxsiyyətimə 

  

 



____________________________________________ 

88

 



görə bu sualı çox verirdilər. Mən vaxtilə Sovetlər İttifaqının ən 

yüksək mərtəbəsində, başında duran adamlardan biri idim. 

O vaxtlar - 1990-cı ilin yayında ki mən Azərbaycana gəldim, 

Naxçıvana getdim, o zaman məndən harada soruşurdularsa, kim 

soruşurdusa mən deyirdim ki, Azərbaycan nə olursa-olsun 

müstəqil olmalıdır. O vaxt Naxçıvanda muxtar respublikanın 

yeni parlamenti seçildi. Hələ o vaxt, 1990-cı ilin noyabrında, 

dekabrında Naxçıvan Muxtar Respublikasının parlamenti qərar 

qəbul etdi ki, biz Azərbaycanın müstəqilliyini tələb edirik və 

Sovetlər İttifaqının, SSRİ-nin saxlanmasına qətiyyən yol vermək 

olmaz. Düzdür, burada, Bakıda bundan çox narahat oldular, 

çoxlu təzyiqlər etdilər. Amma o vaxt biz sözümüzü müstəqil 

dedik. Sonra mən fevral ayında buraya gəldim, sessiyada çıxış 

etdim. Mart ayında referendum haqqında məsələ müzakirə 

olunurdu, - bunlar sizə məlumdur, - mən qəti çıxış etdim, dedim 

ki, Azərbaycan referenduma getməməlidir, Azərbaycan müstəqil 

olmalıdır. 

Mən bunu niyə xatırlayıram? O vaxt mən bu sözləri 

demişəm. Bunlar qəzetlərdə yazılıb, var. Mən demişəm ki, biz 

nəyin bahasına olursa-olsun, müstəqilliyi  əldə etməliyik və 

SSRİ-nin saxlanılmasına yol verməməliyik. Biz bunu etməsək, 

bunu bizdən sonra gələn nəsillər edəcəklər. Amma biz bunu 

etməliyik, onu gələcək nəsillər üçün saxlamamalıyıq. Yəni bu 

fikir təsadüfi deyildi. Mən o dövrün ən yaxşı tərəflərini görmüş 

adamam, ona görə  də o dövrü bütünlüklə  təhlil edib bu fıkrə 

gəlmişdim. Ancaq bu sözü mən niyə deyirəm? Mən orada bu 

sözləri təsadüfi demədim ki, biz nəyin bahasına olursa-olsun, 

müstəqillik qazanmalıyıq. Mən o vaxt gözümün qarşısına 

alırdım ki, bu həm iqtisadi, həm sosial cəhətdən, çox cəhətlərdən 

çətin, ağır olacaqdır. Çünkı Sovetlər  İttifaqının quran adamlar 

ayrı-ayrı respublikaların, o cümlədən Azərbaycanın ondan 

ayrılmasına yol verməyəcəklər 

  

 



____________________________________________ 

89

 



və bu ittifaqa öyrənmiş adamlar buna yol verməyəcəklər, bu, 

asan olmayacaqdır. 

Əgər böyük bir dövlət parçalanırsa, onun dağıntıları üzərində 

yeni bir dövlət asanlıqla qurulmayacaqdır. Mən bunu bəlkə  də 

başqalarından daha çox təsəvvür edirdim ki, bu belə olacaq, 

çətin olacaq. Amma bu olmalıdır. Allaha şükür olsun ki, oldu. 

Allaha şükür olsun ki, biz bütün bu çətinliklərin üstündən keçib 

getmişik və artıq düz yola çıxmışıq. 

Amma təbii ki, yazıçılara indi keçmişdə olduğu qədər mənzil 

verə bilmirik. Nə edək? İndi burada çoxlarmız xatırlamalısınız, - 

1970-ci illərdə biz nə  qədər yaşayış evləri tikirdik. O vaxt 

Bakının  ətrafında nə  qədər mikrorayonlar yarandı. Siz onları 

görürsünüz. Onlar hamısı 70-ci illərdə yaranıb. Biz ildə nə qədər 

tikirdik! Mən bizim bu işlə  məşğul olan adamları  nə  qədər 

sıxırdım, danlayırdım, nə  qədər cəzalandırırdım ki, sən niyə az 

tikdin, bu ay bu qədər mənzil, məktəb tikməli idin, niyə 

vermədin. Həmin binalar bunların hamısına görə tikildi. Şəhərin 

mərkəzində  də,  ətrafında da tikildi. İndi böyük-böyük 

mikrorayonlar var. Onların da hamısından bizim Azərbaycanın 

vətəndaşları istifadə etdilər və bu gün də edirlər. O cümlədən 

bizim yazıçılarımız da o vaxt nə qədər mənzillər aldılar. Azadlıq 

meydanının  ətrafında tıkilən binalarda yazıçılar nə  qədər 

mənzillər aldılar. Orada yazıçılar üçün kooperativ bir bina 

tikildi. Mənim xatirimdədir, onun mənzillərində yazıçılar 

yaşayırlar. Ondan sonra həmin binanın yanında tikilən binalarda 

mənim  şəxsi göstərişimlə bizim yazıçılara, mədəniyyət 

xadimlərinə yaxşı mənzillər verildi. Yəni o vaxt ki, bu mümkün 

idi, biz bunu edirdik. Xüsusən yazıçılar, mədəniyyət, incəsənət 

xadimləri Çnn bütün başqa təbəqələrə nisbətən müstəsna bir 

şərait aradırdıq. Amma indi bu imkan yoxdur. Ancaq olacaqdır. 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə