MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə18/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   14   15   16   17   18   19   20   21   ...   157

____________________________________________ 

55

 



 

burada bir şey yoxdur, - daşdır, başqa tikinti materiallarıdır, . 

gətirib qurmaq lazımdır. Vaxt keçdi. Amma müstəqil dövləti 

qurmaq üçün nə qədər vaxt, zaman lazımdır. Bir də ki, uzun illər 

müstəqil yaşamamış bir xalq indi müstəqil yaşamalıdır, 

öyrənməlidir, keçmişin bir çox ənənələrindən uzaqlaşmalıdır, 

amma eyni zamanda millətimizə, xalqımıza xas olan ənənələri, 

adətləri yaşatmalıdır, inkişaf etdirməlidir. 

Aym 26-da axşam mən Türkiyənin TRT kanalına baxırdım. 

Türkiyənin prezidenti Süleyman Dəmirəlin bir icmalçı ilə 

söhbətini dinlədim. Söhbət çox maraqlı idi, iki saata qədər 

başdan axıradək dinlədim. Sonra mən ona telefonla zəng 

etmişdim, öz fikirlərimi söyləyirdim. Aym 29-da Türkiyə 

Cümhuriyyətinin yaranmasının 74-cü il dönümüdür. Həmin 

söhbət bu münasibətlə idi və güman edirəm, Türkiyənin 

daxilində gedən proseslərlə  əlaqədar çox maraqlı idi. Bu bizim 

üçün də çox əhəmiyyətlidir. Mən bunu dostumuz Süleyman 

Dəmirələ telefonda dedim. Çünki bu təcrübədir. Bu cümhuriyyət 

74 ildir ki, yaşayır. Özü də o, boş yerdə yaranmayıbdır. 

Süleyman Dəmirəl bir neçə  dəfə çox gözəl bir ifadə  işlədib, o 

gün də bu ifadəni işlətdi. Deyir ki, Türkiyə Cümhuriyyəti 

Osmanlı imperatorluğunun içindən çıxıbdır. Amma Osmanlı 

imperatorluğu nə olubdur? O, dünyaya 700 il hökm oxuyan 

imperatorluq olubdur. 700 il Osmanlı imperatorluğu olubdur, bu 

dövlət olubdur. Özü də dünyanın bir çox hissəsini  əlində 

saxlayıbdır. Neçə-neçə müharibələr, döyüşlər aparıbdır. Rusiya 

və başqa imperiyalarla döyüşlər, müharibələr aparıbdır, qalib 

olubdur. Həmin torpaqları da asanlıqla əlinə keçirməmişdi ki! 

Həmin Osmanlı imperatorluğu bir tərəfdən Avropanın bir 

hıssəsini, digər tərəfdən Afrikanın  şimalını,  Ərəbistanı 

tutmuşdu. Belə bir qüdrətli imperatorluq dağılandan sonra, 

Süleyman Dəmirəlin ifadəsi ilə desək, onun gülləri içindən 

türkiyə Cümhuriyyəti çıxıbdır. Yəni demək istəyirəm ki, bu, 

  



____________________________________________ 

56

 



boş yerdən çıxmayıbdır, boş yerdən qalxmayıbdır. Bunun kökü 

var, özü də dərin kökü var. Amma bu 74 il içərisində, şübhəsiz 

ki, onun keçdiyi yol da asan olmayıbdır. Çox böyük 

imtahanlardan, sınaqlardan keçibdir. Amma indi nə  qədər də 

problemləri vardır. Problemsiz deyillər.  İndi Türkiyədə 

mübahisə gedir ki, 8-illik icbari təhsil olsun, olmasın. 

Cümhuriyyət 74 il mövcud olduğu halda, indi siz təsəvvür edin, 

onların sözü ilə desək, bu dövlət layiq dövlət olmalıdır. Yəni 

dünyəvi dövlət, yaxud dini dövlət olmalıdır, - mübarizə gedir. 

Mən niyə bunu xatırlayıram? Çünki görün, belə bir qüdrətli 

imperatorluğun üzərində qurulmuş, bundan sonra 74 il yaşayan, 

böyük bir qüdrətə malik olan ölkə - yenə də dostum Süleyman 

Dəmirəlin dediyi rəqəmləri xatırlayıram - əhalisinin sayına görə 

Türkiyə dünyada 16-cı yeri tutur, ərazisinə görə günyada 32-ci 

yeri tutur. Bilirsiniz, bu, böyük bir dövlətdir.  Əhalisi 65 

milyondur. Özü də dünyanın bütün beynəlxalq təşkilatlarının 

üzvüdür. Amma problemləri, çətinlikləri var. O, bu problemlər 

barədə danışırdı. Eyni zamanda, çox gözəl deyirdi ki, bu dövləti 

Mustafa Kamal Atatürk nə cür qurdu, yaratdı  və onu nə cür 

inkişaf etdirdi. 

Doğrudan da çox ağıllı siyasət aparıblar. Mən orada rəsmi 

ziyafətdə olarkən Türkiyə Böyük Millət Məclisindəki çıxışımda 

iki məqamı yada saldım. Birincisi, o vaxtlar Türkiyənin dövlət 

başçılarının  ən ağıllı siyasəti ondan ibarətdir ki, onlar İkinci 

dünya müharibəsinə qarışmadılar. Doğrudur, onların faşist 

Almaniyası ilə ittifaqı var idi, müttəfiq idilər. Amma Türkiyə 

müharibəyə qarışmadı. Bu, Türkiyə Cümhuriyyəti tarixində  ən 

böyük nailiyyətlərdən biridir. İkincisi də ondan ibarətdir ki, 

Sovetlər  İttifaqı  İkinci dünya müharibəsindən qələbə ilə 

çıxandan sonra Türkiyənin torpaqlarının bir qisminə iddia 

etməyə başladı. Türkiyə isə NATO-ya   daxil   oldu.   Birincisi   

də,   ikincisi   də   müdrik 

  

 



____________________________________________ 

57

 



siyasətdir. Amma bu gün problemləri var və bu problemlər 

haqqında danışırlar. 

Azərbaycanda bir məsəl var, deyir, bərkiməmiş qatığıq. 

Bilmirəm, bu söz işlənir, yoxsa, yox! Qatığı çalanda bir var ki, 

gərək o tutsun, bir də var ki, bərkisin. Bu söz xalq arasında var. 

Biz altı ildir müstəqilik. Amma bu altı ili gözünüzün 

qabağına gətirin. Biz nə yollardan keçmişik? Azərbaycanın 

birinci  ən böyük bəlası odur ki, heç müstəqilliyi  əldə 

etməmişdən Azərbaycanın torpaqlarının bir qismi işğal 

olunubdur və ölkəmiz bu hərbi təcavüzə  məruz qalıbdır.  Ən 

böyük bəla budur. Ondan sonra bizim daxilimizdə proseslər, 

çətinliklər olub. Amma bununla bərabər, indi görürsünüz, son 

illərdə Azərbaycan dünya miqyasında özünə layiq yerini tutur, 

artıq Azərbaycanla hesablaşırlar. 

Dünən mən sərəncam vermişdim, elan olunubdur. Mən 

noyabrın 12-nə  təyin etmişəm, - biz "Əsrin müqaviləsi"nin, 

həyata keçirilməsi nəticəsində ilkin neftin hasil olunmasını 

təntənəli surətdə qeyd edəcəyik. Mən bu müqavilədə iştirak edən 

şirkətlərin təmsil olunduğu ölkələrin dövlət başçılarını  dəvət 

etmişəm. Çoxları  gələcəkdir. Hər halda, nümayəndələri 

gələcəklər. Böyük hadisədir. Üç il bundan əvvəl bu müqavilənı 

imzalayanda birincisi, buna inanmırdılar, ikincisi də buna nə 

qədər maneçilik göstərmək istəyənlər var idi. Biz, demək olar kı, 

tək idik. Həmin müqavilənin arxasında tək-təkinə durduq. 

Amma indi neft də çıxıb, boru kəməri də tikilibdir. 

Mən 1996-cı ilin yanvarında Rusiyaya getdim və biz neftin 

nəql edilməsi barədə müqavilə imzaladıq. Amma bilirsiniz, 

Çeçenistanla əlaqədar onu həyata keçirmək nə qədər çətin oldu. 

Lakin üç gün bundan əvvəl həmin neft kəməri işə salındı. Artıq 

biz nefti Rusiyaya nəql edirik. Gündə 2500 ton neft gedir. 

Bız Xəzər dənizini dünyaya yenidən açmışıq. Üç il bundan 

əvvəl biz ilk müqavilə imzalamışdıq. İndi artıq 10 müqavilə var. 

  

 

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə