MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə59/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   55   56   57   58   59   60   61   62   ...   256

____________Milli Kitabxana____________

140


böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən

müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri Daxili İşlər Nazirliyi,

polis orqanlarıdır.

Daxili İşlər Nazirliyinin, polis orqanlarının vəzifəsi sizin üçün aydındır.

Ancaq mən bir də qeyd etmək istəyirəm ki, Azərbaycanın   müstəqilliyini

təmin   etmək   üçün,   Azərbaycanda müstəqil dövlət prinsiplərini həyata

keçirmək üçün, müstəqil dövlətin bütün imkanlarından respublika

vətəndaşlarının istənilən səviyyədə bəhrələnməsi üçün daxili işlər

orqanlarının, polis orqanlarının fəaliyyətindən çox şey asılıdır. Ona görə də

biz Azərbaycan dövlətinin müstəqilliyini təmin etmək, bu müstəqillikdən

günü-gündən    səmərəli    istifadə   etmək    üçün daxili işlər orqanlarının,

polis orqanlarının işinə xüsusi fikir  veririk. Güman  edirik ki, daxili   işlər

orqanlarında çalışan əməkdaşlar bunu hiss edirlər və hiss etməlidirlər, öz

məsuliyyətlərini dərk edərək bu tələblər səviyyəsində fəaliyyət

göstərməlidirlər.

Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı,

daxili işlər orqanları sistemi sahəsində də böyük potensialı vardır. Qeyd

etdim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur.

Əgər onlardan biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də

Daxili İşlər Nazirliyi orqanları, polis orqanlarıdır. Əgər keçmiş dövrdə,

Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu, müstəqil olmadığı bir

dövrdə onun müstəqil ordusu yox idisə, müstəqil xarici siyasət yeritmirdisə,

Azərbaycanın Daxili İşlər Nazirliyi daim fəaliyyət göstərib, polis orqanları (o

vaxt buna milis orqanları deyirdik) daim fəaliyyətdə olub. Keçmiş dövrə

nəzər salsaq, 70 il ərzində sovetlər birliyinin daxilində yaşayan Azərbaycan

Respublikası bu müddətdə bacarıqlı, yüksək imkanlı daxili işlər orqanları

yaradıb inkişaf etdirə bilmişdir. Yəni bu sahədə bizim işimiz tam sıfırdan

başlamır, boş yerdən başlamır. Bu sahədə bizim böyük potensialımız var,

mühüm təməl qoyulubdur. Nəinki təməl, böyük bir orqan vardır.

Bəziləri belə hesab edirlər ki, Sovet İttifaqı vaxtında mövcud olan bütün

orqanlar indi yaramır və təzədən yeni orqanlar, yeni strukturlar yaranmalıdır.

Mən bu fikirlə heç cür razı ola bilmərəm. Bu, nəinki yanlış fikirdir, həm də

Azərbaycan Respublikasının milli mənafeyinə, onun müstəqilliyinə zidd

fikirdir. Bu fikir bir tərəfdən təəccüb, bir tərəfdən də təəssüf doğrurur. Amma

eyni zamanda, təəccüblənməli də deyil, çünki bu fikri söyləyənlər, bu iddiada

olanlar həm siyasi, həm də dövlət təcrübəsi olmayan adamlardır. Onlar heç

bir dövlət sistemində işləməmişlər, heç bir siyasi fəaliyyəti, heç bir təcrübəsi

olmadan böyük vəzifələrə gələrkən hesab edirdilər ki, hər yerdə belə adamlar

işləyə bilərlər. Xeyr.

Əgər biz indi Azərbaycanın qüdrətli ordusunu yaratmaq istəyiriksə, bu

ordu yalnız və yalnız təcrübəli, bilikli, səriştəli, hərbi təhsilə malik olan

zabitlər, hərbi qulluqçular tərəfindən yarana bilər. Hərbi işi bilməyən, hərbi

təhsili olmayan, hərbi



____________Milli Kitabxana____________

141


qulluqda olmayan adamlar qüdrətli, layiqli ordu yarada bilməzlər. Eləcə də

polis orqanları. Polis xüsusi bir peşədir. Dünyanın bütün ölkələrində belədir.

Adamlar polis peşəsinə anadangəlmə malik olmurlar. Yəni heç kim anadan

polis kimi doğulmur. Bunun üçün xüsusi təhsil almaq, pillə-pillə keçib

təcrübə toplamaq lazımdır. İş prosesində cürbəcür vəziyyətlərə düşüb, bu

vəziyyətlərdən çıxış yolları axtarmaq, vərdiş qazanmaq lazımdır.

Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci

tərəfdən bilik, dərrakə, elm, təhsil, töcrübə tələb edir. Bunların hamısı bir

yerdə cəmləşməsə, biz layiqli polis nəfərlərinə, zabitlərinə, işçilərinə malik

ola bilmərik. Bunlar da olmasa, polis orqanları Azərbaycanın müstəqilliyini

təmin edən böyük bir orqan kimi lazımi səviyyədə fəaliyyət göstərə bilməz.

Bir sözlə demək istəyirəm, Azərbaycan Respublikası Daxili İşlər

Nazirliyinin böyük kadr potensialı, maddi-texniki bazası vardır, xüsusi

əməliyyatlar aparmaq üçün lazımi səviyyədə təchizatı vardır. Bunların hamısı

illər, on illər ərzində yaranan imkanlardır və daxili işlər orqanlarının ümumi

potensialıdır. Təəssüf ki, bu potensialı qoruyub saxlamaq, ondan səmərəli

istifadə etmək əvəzinə, müstəqillik qazananlan sonra onu dünyanın başqa

ölkələrində olan təcrübə ilə zənginləşdirmək əvəzinə, son illərdə cürbəcür

polis orqanlarının başçıları və onları dəstəkləyən Azərbaycan Respublikasının

rəhbərləri bu potensialı dağıtmaq, polis orqanlarını, daxili işlər orqanlarını,

loru dillə desək, bazara çevirmək fikrində olublar. Çox təəssüf ki, buna

müəyyən qədər nail olublar.

Ancaq mən güman edirəm ki, bizim daxili işlər orqanlarında, polis

orqanlarında illər boyu yaradılmış potensial o qədər möhkəmdir ki, belə

adamlar onu dağıla bilməzdilər. Düzdür, zərər vurublar - həm mənəvi, həm

də maddi zərər vurublar. Düzdür, insanların bir hissəsinin beyinlərini

zəhərləyiblər, onların psixologiyasını korlayıblar - bunların hamısı göz

qabağındadır, - ancaq yaranmış potensialı dağıda bilməyiblər və bunu

dağıtmağa onların heç gücü də çatmazdı.

Ona görə də mən sizin qarşınızda çıxış edərək bildirmək istəyirəm ki,

Azərbaycanın dövlət orqanları, rəhbərlik Azərbaycan Respublikası Daxili

İşlər Nazirliyinin, polis orqanlarının, onun qoşun hissələrinin illər boyu

yaratdığı böyük potensialı yüksək qiymətləndirirlər. Bu potensialın əsasını

peşə hazırlığı olan bilikli kadrlarımız təşkil edir. Biz onların biliyini,

bacarığını, peşə hazırlığı keyfiyyətlərini yüksək qiymətləndiririk. Biz Daxili

İşlər Nazirliyinin bütün şəxsi heyətinə, onun kadr, maddi-texniki, həm də

xüsusi işlər üçün mövcud olan potensialına güvənirik, bel bağlayırıq və

güman edirik ki, bunların hamısından Azərbaycanın müstəqilliyini təmin

etmək, respublika daxilində ictimai-siyasi vəziyyəti tənzimləmək və

normallaşdırmaq üçün səmərəli istifadə olunacaqdır.

Son illərlə daxili işlər orqanlarına çox böyük zərbələr vurulub. Bu

zərbələrdən ən ağırı odur ki, daxili işlər orqanlarının tərkibi müəyyən qədər -

bu söz nə qədər kəskin olsa da, mən onu



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə