MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə55/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   51   52   53   54   55   56   57   58   ...   256

____________Milli Kitabxana____________

131


Amerika Birləşmiş Ştatları, Rusiya və Türkiyənin təşəbbüsünə uyğun olaraq

Minsk Konfransı çərçivəsində münaqişənin sülh yolu ilə aradan qaldırılması

məsələsi ilə məşğul olan müddətdə Ermənistan silahlı birləşmələri heç bir

beynəlxalq təşkilata, heç bir beynəlxalq hüquq normalarına tabe olmayaraq öz

işini görməkdədir. Füzuli, Cəbrayıl və Qubadlı rayonları məhz həmin dövrdə

işğal olunmuşdur.

Son vaxtlar Azərbaycan Respublikasının müvafiq orqanlarının Dağlıq

Qarabağda hakim qüvvələrlə bilavasitə görüşləri olmuşdur. Atəşin dayandırılması

haqqında bu görüşlər əsasında saziş əldə edilmişdir. Bu, avqustun 31-də

olmuşdur. Sazişi Ermənistan Respublikasının rəhbərliyi də bəyənmişdir. Mən

belə düşünürəm ki, saziş nəinki bəyənilmişdir, ümumiyyətlə, onların iştirakı ilə

qəbul edilmişdir. Ona görə ki, belə fikirləşmək sadəlövhlük olardı: kiçik, özü də

Azərbaycan ərazisində yerləşən bir vilayət - Dağlıq Qarabağ Muxtar Vilayəti bu

cür genişmiqyaslı hərbi əməliyyatları, guya müstəqil surətdə apara bilər. Buna

baxmayaraq, biz Ermənistan Respublikasının prezidenti cənab Levon Ter-

Petrosyanın sentyabrın 1-də verdiyi bəyanatı razılıq hissi ilə qarşıladıq. O

bildirmişdir ki, atəş dayandırılır və Ermənistan silahlı birləşmələri Azərbaycanın

işğal edilmiş rayonlarından çıxarılacaqdır. Amma bundan sonra Azərbaycanın

Qubadlı rayonu Ermənistan silahlı birləşmələri tərəfindən tutulmuş və tamamilə

işğal edilmişdir.

Buna baxmayaraq, biz sülh mövqelərində möhkəm dayanmışıq. Azərbaycan

tərəfi heç bir hücum əməliyyatı keçirmir. Əksinə, yalnız müdafiə, öz ərazilərini

qorumaq prinsiplərinə əməl edir. Buna görə də biz bu məsələnin dincliklə həllinə,

sülh danışıqlarına daha çox diqqət yetiririk. Son vaxtlar bu danışıqlar beynəlxalq

təşkilatların səyləri ilə yanaşı, Rusiya Federasiyasının və Rusiya Federasiyası

prezidentinin nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Vladimir Kazimirovun

vasitəçiliyi ilə aparılır. O, bölgəmizdə, Azərbaycanda, Ermənistanda, Dağlıq

Qarabağda dəfələrlə olmuşdur. Həmin məsələ son vaxtlarda da, mən Moskvada

Rusiya rəhbərləri ilə görüşəndə də danışıqlar və söhbətlərimizin diqqət

mərkəzində olmuşdur. Atəşin tamamilə dayandırılmasına nail olmaq və sülh

danışıqlarından ötrü imkan yaratmaq üçün sentyabrın 11-də Moskvada

Azərbaycan nümayəndələri və Dağlıq Qarabağ erməniləri görüşəcəklər.

Dünən sentyabrın 9-da Moskvada ATƏM-in Minsk konfransının növbəti

iclası işinə başlamışdır. Lakin hələlik, təəssüf ki, konkret əməli nəticələr

yoxdur. Əlbəttə, biz beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in Minsk

konfransının fəaliyyətinin nəticələrindən razı qala bilmərik. Lakin, buna

baxmayaraq, biz Birləşmiş Millətlər Təşkilatı kimi çox mötəbər beynəlxalq

təşkilatın və BMT Təhlükəsizlik Şurasının şübhəsiz, ATƏM-in və ATƏM

çərçivəsində işləyən Minsk konfransının da fəaliyyətinə böyük hörmət və

böyük ümidlə yanaşırıq. Hərçənd narazılıq bildirmək üçün bizdə əsaslar var

ki, onların qərarları əslində həyata keçirilmir. Bununla belə, biz beynəlxalq

təşkilatların və adlarını çəkdiyim təşkilatların qüvvə və imkan-




____________Milli Kitabxana____________

132


larına inanır və ümid edirik ki, onların köməyi ilə bölgəmizdə sülhə nail

olacağıq.

O ki qaldı daxili siyasi vəziyyətə, artıq qeyd etdiyim kimi, bu vəziyyət

Azərbaycanda son illər,

o

cümlədən də Azərbaycan rəhbərliyində



dəyişikliklərlə başa çatan ildə heç vaxt sabit olmamışdır. Elə bu gün də biz

hələlik tam sabitlikdən danışa bilmərik, çünki bəzi qüvvələr suveren və

müstəqil Azərbaycan Respublikasının ümumdövlət, ümumxalq mənafelərini

o qədər də dəqiq və aydın təsəvvür etmir, öz şəxsi mənafelərini, siyasi

iddialarını, tamahkarlıq məqsədlərini daha üstün tuturlar. Azərbaycanda

qanunsuz silahlı dəstələr yaranmışdır. Bu dəstələr respublikada bir ildən artıq

hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinə də mənsubdur. Belə silahlı

dəstələr bəzi qeyri-leqal, lakin daha çox mafioz qruplarda da var. Şübhəsiz,

bütün bunlar Azərbaycanda daxili siyasi vəziyyəti tamamilə sabitləşdirməyə

imkan vermir, lakin biz əminik: son aylarda həyata keçirdiyimiz konkret

tədbirləri xalqın müdafiə etməsi, cəmiyyətin, Azərbaycan əhalisinin böyük

əksəriyyətinin ümumən bəyənməsi buna təminat verir ki, biz respublikada

daxili siyasi vəziyyətin sabitləşməsinə, milli həmrəyliyə və hazırda bütün

respublikanın, bütün əhalinin   həyatını   çətinləşdirən   problemləri

mərhələ-mərhələ həll etməyə  müvəffəq olacağıq.

Azərbaycanda elə Azərbaycanın öz sakinlərindən qaçqınlar olması

vəziyyəti mürəkkəbləşdirən amildir. Biz qaçqınların vəziyyəti ilə, onların

həyatı ilə bağlı problemlərlə fəal məşğul oluruq və inanırıq ki, bu çətinlikləri

də aradan qaldıra biləcəyik. Lakin bütün bunlar Azərbaycanın dövlət

orqanlarının fəaliyyətini, əlbəttə, qat-qat çətinləşdirmişdir.

Sizə bütün bunlar barəsində məlumat verərək demək istəyirəm: biz

əminik ki, Azərbaycanın dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər

müsbət dəyişikliklərə gətirib çıxaracaq, suveren dövlət kimi Azərbaycanın

beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili siyasi vəziyyətin

sabitləşməsinə və əlbəttə, respublikanın

ərazi bütövlüyünün təmin

olunmasına xidmət edəcəkdir. Şübhə yoxdur ki, Azərbaycanın işğal olunmuş

bütün torpaqları qaytarılmalıdır.  Biz onların  işğalı  ilə heç  vaxt razılaşa

bilmərik. Zənnimcə, dünya birliyi və beynəlxalq təşkilatlar heç vaxt imkan

verməzlər ki, indi, biz XXI əsrin astanasında olduğumuz bir vaxtda, dünya

sivilizasiya və demokratiya yolu ilə getdiyi bir vaxtda zor gücünə dövlətdə

dəyişikliklər və ya bir dövlətin bütövlüyündə dəyişikliklər edilməsi mümkün

olsun. Əlbəttə, biz buna yol verməyəcəyik və öz sərhədləri daxilində vahid,

bütöv dövlət kimi Azərbaycan öz ərazisinin və öz müqəddəratının tam sahibi

olacaqdır. Biz bu məsələləri tamamilə həll etmək əzmindəyik.  Sizə  vermək

istədiyim  məlumat bundan  ibarətdir.

İndi suallarınıza cavab verməyə

hazıram.


S u a l: Cənab Əliyev, Rusiya qoşunları Azərbaycana qayıdırsa,

Qarabağ probleminin həllində onların rolu necə

ola bilər? Siz

Türkiyənin   belə  bir  bəyanatını   necə qiymətləndirirsiniz ki, bu


Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə