MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə51/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   47   48   49   50   51   52   53   54   ...   256

____________Milli Kitabxana____________

121


lı yolla - münaqişələrsiz, qan tökülmədən həyata keçirmək olardı. Hər hansı

yeni ittifaq haqqında ideya həmçinin köhnəlməyibdir. Biz, məsələn, əgər

keçmiş Sovet İttifaqından danışırıqsa, o, bolşeviklərin iradəsi ilə yaranmışdı.

Həmin İttifaqın əsas təşəbbüscüsü Rusiya olmuşdur. Amma Ukrayna,

Belorusiya və tərkibində üç respublika, o cümlədən də Azərbaycan olan

Zaqafqaziya fəal rol oynamışdılar. Bununla əlaqədar mən belə bir nöqteyi-

nəzərə tərəfdaram: hər cür ittifaqlar, bloklar barəsində az düşünmək, az

danışmaq lazımdır. Gərək bacardığın qədər çalışıb qonşularla itirilmiş

əlaqələrin bərpa edilməsinə nail olasan. Tam müstəqillik, əsl suverenlik

barədə heç bir şüar, bəyannamə istər böyük, istərsə də kiçik xalqların real

tələbatını əvəz edə bilməz. Harada ki, tamhüquqlu, qarşılıqlı münasibətlər

yaradılmasına cəhd göstərilir, orada hər şey çox sadə bir model - mehriban

qonşuluq münasibətləri əsasında həll edilir.

- Rusiyada, elə burada, Bakıda da eşitdim ki, son vaxtlar Azərbaycan

İrana və Türkiyəyə güclü meyl göstərir, din birliyi amili az qala milli

birlik amili kimi qəbul edilmişdir...

- Hər dövlətin öz xarici siyasəti var. Milli xüsusiyyətlər, din - bunlar da

əhəmiyyətli amillərdir.

Şəxsən mən milli hisslərlə dini hissləri

qarışdırmazdım. Bu kateqoriyalar heç də hər cəhətdən oxşar deyildir, hərçənd

əksər hallarda onları bəziləri az qala eyniləşdirməyə çalışırlar.

Bir vaxtlar bütün Qərb elə Şərq də sovet xalqlarının hamısına ən böyük

şər kimi baxırdılar, səbəb də onların, Allaha "inanmaması" idi. Bəs indi,

adamlar, xalqlar Allaha, dinə üz tutduqları vaxtla necədir, onlar yenə də

günahkardırlar?... Sonra, təməlçilik niyyətləri və sair təhlükəli meyllər

barəsində söhbətlərin əksəriyyəti mənə uydurma kimi görünür... O ki qaldı

milli xüsusiyyətlərə, burada hətta səthi etnoqrafik bilik, zənnimcə, hər şeyi

ətraflı şəkildə izah edir. Türk və Azərbaycan dilləri qohum dillərdir, elə

bunun özü də yaxınlığın labüdlüyünü qabaqcadan müəyyənləşdirir. İranda on

milyonlarla azərbaycanlı yaşayır. Məgər bu amillər iki böyük ölkə ilə

yaxınlığın olmasını zərurətə çevirmirmi?

Daha bir məsələ barəsində... Yetmiş ildən artıq bir müddətdə biz öz cənub

qonşularımızdan, demək olar, tamamilə ayrı düşmüşdük, indi, birləşmə,

inteqrasiya əhval-ruhiyyəsi bütün dünyaya hakim kəsildiyi bir vaxtda nəyə

görə də bizim qonşularla normal münasibətlərimiz olmasın? (Axı, bu

münasibətlər başqa dövlətlərə heç bir ziyan gətirə bilməz). Mən bizim

münasibətlərimizi nəzərdə tuturam... Azərbaycanı Türkiyə və İranla qədim

tarix birləşdirir. Lakin təxminən 200 il Azərbaycan Rusiyanın tərkibində

olmuşdur. Bu isə dərin iz buraxmışdır. Azərbaycanın həm Rusiya, həm

Türkiyə, həm də digər dövlətlərlə yaxşı dostluq münasibətləri olmalıdır.

Misal üçün, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda çoxlu azərbaycanlı

yaşayır. Rusiyada onlar təqribən 2 milyon nəfərdir. Onların sayı Şimali

Qafqazla xüsusilə daha çoxdur. Bütün bunlar ona   dəlalətdir ki, son dərəcədə




____________Milli Kitabxana____________

122


ağıllı xarici siyasət yeritmək lazımdır. Rusiyanın Qafqaz bölgəsində həmişə

mənafeyi olmuşdur. Azərbaycan Rusiya ilə sıx əlaqələr saxladığı dövrlərdə çox

şey qazanmışdır. Rusiyanın mədəni təsiri ilə milli mədəniyyətimizin vəhdəti

Azərbaycanda çox maraqlı sintez əmələ gətirmişdir. Rusiya ilə normal

münasibətlər bərpa edilməlidir. Əlbəttə, bütün dünyaya olduqca güclü təsir

göstərən ABŞ və digər böyük ölkələrlə də normal münasibətlər yaradılmalıdır.

Əgər Rusiya kimi böyük bir dövlət ABŞ-ın mənafeləri ilə hesablaşırsa, onda

Azərbaycan kimi kiçik ölkələr bu mənafeləri,  sözsüz, nəzərə almalıdırlar. Dünya

siyasəti sadə bir iş deyildir...

- Müsahibəni qurtararaq, bir daha Azərbaycanın daxili siyasətinə

qayıdıram. Müxalifət, Xalq Cəbhəsi hadisələrin inkişafından razı

deyildirlər. Bəs təyin edilmiş referendum nəticəsində və ya

referendumdan sonra onlar Konstitusiyaya zidd hər hansı tədbirlərə əl

atsalar, onda necə?

- Mən bunu istisna etmirəm.



- Belə isə, onda necə hərəkət edəcəksiniz?

- Yeri gəlmişkən, onlar artıq buna əl atmışlar. Əbülfəz Elçibəy apreldə

fövqəladə vəziyyət elan etmişdir. Sonra onu yenidən iki ay müddətinə

uzatmışdır. Bu cəbhədə şəraitlə və daxili siyasi vəziyyətlə bağlı idi. Lakin

Gəncə hadisələri başladıqda, Xalq Cəbhəsinin özü qanunu pozmağa və

mitinqlər toplamağa başladı, doğrudur, mitinqlərə az adam gəlirdi - onlara,

bir qayda olaraq, ən çox iki-üç min adam toplaşırdı.

Elçibəy qaçıb aradan çıxdıqdan sonra Xalq Cəbhəsi tərəfdarlarını öz

iqamətgahının qarşısına toplayaraq mitinq keçirdi. Hüquq-mühafizə

orqanlarımız fövqəladə vəziyyət haqqında qanunu əsas tutaraq asayişi

pozanlara qarşı sərt tədbirlər görülməsinə təkidlə çalışırdılar. Amma mən

buna mane oldum. Hətta televiziya icazəsiz keçirilən mitinqdən reportaj

göstərdi. AXC əvvəlki şöhrətə malik deyil və məsələ də əsla mitinqlərdə

deyildir. Onun üzvlərində çoxlu silah var. Onlar bax, bununla vəziyyəti

mürəkkəbləşdirə bilərlər.

- Yaxın vaxtlarda Azərbaycanda iqtisadi vəziyyət necə olacaq, daha

doğrusu, hökumət necə hərəkət edəcək?

- İqtisadiyyat son dərəcə bərbad vəziyyətdədir. Zavod və fabriklərin

əksəriyyəti boş dayanır. Bütöv sahələr böhran içərisindədir, idarəetmə

kadrlarının, texniki kadrların kəskin şəkildə çatışmadığı aydın nəzərə çarpır.

Halbuki vaxt var idi, Respublikanın yüksəlişini məhz onlar təmin etmişdilər.

İqtİsadi əlaqələr qırılmışdır. Biz, əslində, bütün istiqamətlərdə iş görməliyik.

İqtİsadi islahatlar mümkün olan yerlərdə həyata keçirilməlidir, onlar lap köklü

olsa da . Lakin sağlam haqq-hesab əsasında əvvəlki iqtisadi potensialdan da

istifadə etmək vacibdir. Bəd əməllər az tutulubmuş kimi hələ bəziləri müxtəlif

sıçrayış və sürətli irəliləyişdən dəm vurur. Mən bunun əleyhinəyəm: böhranın kor

düyününü yavaş-yavaş açmaq, inkişafın İnqilabi

yoluna deyil, təkamül yoluna,

transformasiya metodikasına keçmək lazımdır... Biz çox tez-tez belə

çağırışlar eşidirik ki, ba-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə