MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə49/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   45   46   47   48   49   50   51   52   ...   256

____________Milli Kitabxana____________

117


"NEZAVİSİMAYA QAZETA"NIN MÜXBİRİNƏ

MÜSAHİBƏ

-

Heydər Əliyeviç, prezident Elçibəyə etimad haqqında

referendum keçirilməsinə dair qərar qəbul edilib. Görünür, hadisələrin

inkişafının iki variantı mümkündür. Ona etimad göstərilməsə, üç aydan

sonra jeni prezident seçkiləri keçiriləcək. Bəs cənab Elçibəy

referendumda qalib gəlsə, onda bu, nəyə gətirib çıxaracaq?

- Bildiyiniz kimi, mən Bakıya onunla əlaqədar qayıtmışam ki, Gəncədə

törədilmiş qanlı hadisələrdən sonra Azərbaycanın o vaxtkı rəhbərlərinin

hamısı, Elçibəyin özü də mənə müraciət etdilər. Mən bir neçə gün razılıq

vermədim, lakin nəhayət, qərara aldım ki, respublika olduqca ağır

vəziyyətdədir, artıq söhbət vətəndaş müharibəsindən gedir. Əbülfəz Elçibəyin

son vaxtlar tutduğu əməllər nəticəsində Ali Sovetin iclaslarında dəfələrlə

məsələ qaldırıldı ki, prezident Konstitusiyanı pozmuşdur, parlamentin onu

hakimiyyətdən uzaqlaşdırmaq hüququ var. O, səlahiyyətə malik deyildir,

amma öz prezident vəzifəsindən istifadə edir. Mən bu məsələnin səsə

qoyulmasından hər dəfə yayınmışam.

Məni düz başa düşün, axı, prezident Elçibəy xalq tərəfindən seçilib.

Hərçənd indi daha sübuta yetirilib ki, seçkilər saxtalaşdırılmışdı... Daha olan

olub, keçən keçib. Buna görə də real vəziyyəti nəzərə alaraq və demokratik

prinsipləri əsas tutaraq, onun taleyini xalq özü həll etməlidir. Mən məsələ

qaldırdım ki, referendum keçirilsin. Çünki əgər o, xalq tərəfindən seçilibsə,

onda qoy xalq da ona öz münasibətini bildirsin. Bəs bu münasibət necə ola

bilər? Bütün son vaxtlar Azərbaycanda nələr baş verdiyini nəzərə alsaq, onda

görərik ki, bu münasibətin necə olacağı bəri başdan məlumdur.

- Deməli, yaxın vaxtlarda Azərbaycanda yeni prezident seçkiləri

keçiriləcək?

- Konstitusiyaya görə, əgər Azərbaycan prezidentinin səlahiyyətləri Ali

Sovetin sədrinə verilibsə, bu halda o, həmin səlahiyyətləri üç aydan artıq icra

edə bilməz. Deməli, seçkilər keçirilə bilər.



- Amma  Azərbaycan prezidenti vəzifəsini tamam ləğv etmək təklifi

də var?

- Bəli, belə əhval-ruhiyyə var. Mən hesab edirəm ki, bu, qeyri-məqbuldur.

Azərbaycanda prezident də olmalıdır, prezident idarə formaları da. Bu fikri

söyləyənlərin özləri prezident vəzifəsinin ləğv edilməsinin bütün nəticələrini

başa düşmürlər. Biz parlament idarə formasına hələlik hazır deyilik.

Parlament idarə forması üçün gərək sabit ənənələr olsun. Bu ənənələr isə

öz-özünə meydana gəlmir. Dəqiq fəaliyyət proqramları olan güclü,

qanuniləşdirilmiş partiyalar gərəkdir, onların




____________Milli Kitabxana____________

118


proqramlarında zamanın şərtləri ilə səsləşən konkret məqsəd və vəzifələr

nəzərdə tutulmalıdır.

Keçmişə, parlamentli respublikaların tarixinə ötəri nəzər salsaq, onda

yəqin edərik ki, bu proses bir neçə onillik ərzində yol keçmişdir. Siyasi

mübarizənin keşməkeşlərində, qaynaqlarında müxtəlif qüvvələr peyda olmuş,

nurlu şəxsiyyətlər, zəkalı siyasi istedadlar meydana çıxmışlar... Lakin tam

dəyərli siyasi partiyaların təşəkkül tapması üçün xeyli vaxt gərək idi. Biz isə

çoxpartiyalılıq mərhələsinə yenicə yaxınlaşmışıq, madam ki, söhbət siyasi

mənzərədən gedir, onda kəmiyyət göstəriciləri yalnız kənar, qeyri-peşəkar

müşahidəçiləri razı sala bilər. Qeyd edim ki, indi bizdə onlarca partiya var.

Onların proqramları oxşardır, bu partiyaların başında elə adamlar dururlar ki,

onlar öz əqidə və baxışlarına görə bir-birindən çox az fərqlənirlər. Parlaq

liderlər yoxdur. Hər halda hələlik yoxdur. Bu partiyalar lazımi sosial bazaya

malik deyildirlər və əslində, hamısı da ibtidai siyasi modelə yaxındır. Buna

görə də bu gün bizim şəraitdə əsl parlament idarə forması barədə düşünmək

özünü aldatmağa bərabərdir. Bu, siyasətin ən adi əsaslarını faktik olaraq

bilməmək deməkdir.

Nəzərdən keçirdiyimiz məsələyə dair öz axırıncı dəlilimi gətirim: siyasi

partiyalar geniş təbəqələrin mənafelərini əks etdirməli, onların fəaliyyətinin

strategiya və taktikasının mahiyyətini, heç olmasa, yaxın perspektivi təmin

etməlidir. Bunu isə bizim partiyaların timsalında, təəssüflər olsun, müşahidə

etmirik...



- Siz son dövrün Azərbaycan rəhbərlərindən birinci olaraq təhlükəli

siyasi addım ataraq, Dağlıq Qarabağ Respublikasının hakimiyyət

orqanları ilə birbaşa dialoqa başladınız. Hesab edirsinizmi ki, bu, erməni

- azərbaycanlı münaqişəsini dincliklə aradan qaldırmaq üçün son

imkandır?

- Mən Bakıya qayıdan kimi, hərbi əməliyyatların real vəziyyətini obyektiv

şəkildə araşdıraraq, bu məsələnin həllinin dinc yollarını axtarıb tapmağa çalışdım.

ABŞ, Rusiya və Türkiyə sülh təşəbbüsü irəli sürmüşdülər, işğal edilmiş

Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılması haqqında

BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsi qəbul olunmuşdu. 1992-ci

ilin martından ATƏM-in Dağlıq Qarabağ münaqişəsinə dair Minsk konfransı

fəaliyyət göstərir, lakin bu təşkilatın imkanlarından istifadə etmək məsələsi ilə

Azərbaycanda heç vaxt indiki kimi belə fəal məşğul olmamışlar.

Mən Minsk konfransının sədri cənab Mario Raffaelli ilə görüşdüm. O,

Azərbaycanda olmuş və konkret surətdə yəqin etmişdir ki, indiki Azərbaycan

rəhbərliyi bu məsələnin dincliklə həllinə dair planı qətiyyətlə həyata keçirir.

Qoşunların münaqişə zonasından çıxarılması üçün ATƏM-in nümayəndə

heyətinin nəzərdə tutduğu plan və təqvimi həm Azərbaycan, həm də Ermənistan

rəhbərliyi bəyənmişdir. Amma bilirsinizmi, Dağlıq Qarabağdakı qüvvələr bu plan

və təqvimin əleyhinə çıxdılar və Mario Raffaelli də kimlərin əngəl tərətdiyini,

əslində aydınlaşdırdı.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə