MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə50/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   46   47   48   49   50   51   52   53   ...   256

____________Milli Kitabxana____________

119


ATƏM nümayəndələri qayıtdıqdan sonra nəticə çıxarıb, məsələyə yekun

vurdular. Mən bu nümayəndə heyətinin obyektivliyindən razıyam. O, BMT-yə

geniş məruzə təqdim etmişdir.

Erməni birləşmələri tərəfindən işğal olunmuş Ağdamdan erməni qoşunlarının

təxirə salınmadan çıxarılması haqqında Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar

ağıllı qərar idi. Lakin sonradan məlum oldu ki, Dağlıq Qarabağdakı qüvvələr

idarəedilməzdir və Ermənistan rəhbərliyinə tabe olmurlar. Bunu bizə Yerevandan

dedilər. Əlbəttə, mən belə uydurmalarla razılaşa bilmərəm. Dağlıq Qarabağ

kiçicik bir vilayətdir. Təbiidir ki, o, kənardan kömək edilməsəydi, 7 milyonluq

respublikaya müqavimət göstərmək iqtidarında olmazdı. Lakin bütün dünya

bilməlidir ki, biz bundan sonra müharibə etmək istəmirik, buna görə də

Azərbaycan tərəfindən hərbi rəhbərlik erməni birləşmələrinin komandanlığı ilə

əlaqə yaratdı. Üç gün müddətinə barışıq haqqında razılığa gəldik. Sonra təkrarən

danışıqlar apardıq və barışığı daha 7 gün uzatmağı qərara aldıq. Biz bəlkə bundan

sonra da bu yolla getdik.

- Siz inanırsınızmı ki, bu problemi yaxın gələcəkdə, ümumiyyətlə, həll

etmək olar? Bunu ona görə soruşuram ki, təxminən bir il əvvəl prezident

Elçibəylə görüş zamanı mən bu sözləri ondan da eşitmişdim. Demişdi ki,

uzağı bir ildən sonra münaqişə aradan qaldırılacaq...

- Əbülfəz Elçibəyin hansı mülahizələri əsas tutduğunu söyləmək mənim

üçün çətindir. O, belə bəyanatları bir neçə dəfə vermiş və hər dəfə də qəti

surətdə əmin edirdi ki, üçcə ayın içində qələbə qazanılacaq. Mən onu

qınamıram. Çünki onun nə dövlət fəaliyyəti, nə də siyasi fəaliyyət sahəsində

azca belə təcrübəsi yox idi. Odur ki, özünün ölçüb-biçilməmiş, götür-qoy

edilməmiş əməllərinin bəhrəsini görməli olur.

Parlamentin iclasında mənim seçilməyim məsələsi həll edilərkən

soruşurlar ki, mən Qarabağ münaqişəsinin aradan qaldırılmasına nə kimi

təminat verə bilərəm. Aydın cavab verib dedim: mən peyğəmbər deyiləm və

heç bir təminat vermirəm və heç nə vəd etmirəm. Məsələ olduqca

mürəkkəbdir və əgər onu beş il ərzində nəinki həll edə bilməmiş, əksinə, son

həddədək ağırlaşdırmışlarsa, indi onun həllinin qeyri-adi yollarından

danışmaq ən azı sadəlövhlükdür. Bununla yanaşı qeyd edim ki, hərbi

əməliyyatların bundan sonra da aparılması münaqişədə iştirak edən tərəflərin

hamısı üçün daha dəhşətli faciəyə gətirib çıxaracaqdır. Buna görə də inanıram

ki, xalqların müdrikliyi, nəhayət, öz bəhrəsini verəcəkdir.

- Belə düşünürəm ki, hətta Naxçıvanda olduqda da, siz bu

münaqişədə Rusiyanın rolunu izləyirdiniz. Rusiyanın hərəkətləri sizi

qane edirmi?

- Mən Naxçıvanda da heç bir konkret bəyanat vermirdim. Demişəm və

deyirəm ki, bu strateji məsələdir: Azərbaycanın Rusiya ilə normal, dostluq

əlaqələri olmalıdır. Amma son vaxtlar bu münasibətlər şəxsən məni razı

salmır. Bu, böyük bir siyasi səhvdir ki, hər şeydə günahı Rusiyanın, əvvəlcə

sovet Rusiyasının, sonra da




____________Milli Kitabxana____________

120


indiki Rusiyanın üstünə yıxırdılar. Heç də həmişə hər şey normal olmamışdı,

eləcə də Dağlıq Qarabağ ətrafında baş vepən hadisələrdə Rusiyanın tutduğu

mövqe də. Lakin mən bunu bütünlüklə Rusiyaya aid etməzdim. Zənnimcə,

burada ayrı-ayrı adamların və ya müəyyən strukturların münasibətindən

danışmaq olar. Buna görə də əlbəttə, problemlər var, ola bilsin, iddialar da

var. Buna baxmayaraq, ümidvaram ki, Rusiya indi ABŞ və Türkiyə ilə

birlikdə Qarabağ probleminin dincliklə həllinə ürəkdən çalışır. Burada,

Azərbaycanda belə bir fikir yayılıb ki, Rusiya birtərəfli mövqe tutur. Mən isə,

dövlət məsuliyyəti daşıyan bir şəxs kimi deyirəm: biz köhnə anlaşılmazlıqları

xatırlayıb üzə vurmaqdansa, mehriban qarşılıqlı    münasibətlər üçün

imkanlar aramalıyıq.

- Siz artıq neçə dəfə təəssüflə söyləmisiniz ki, Azərbaycandan çoxlu

rus gedib və gedir...

- Ömrümün əsas hissəsi Azərbaycanda keçib, Azərbaycan öz çoxmillətliliyi

ilə səciyyəvidir. Bugünkü Azərbaycan isə

XIX


əsrdə təşəkkül tapmış

Azərbaycana oxşayır, yəni, son illərdə milli tərkibdə güclü dəyişikliklər baş

vermişdir. Xüsusən 1990-cı ilin yanvar hadisələrindən sonra. Rusdilli əhalinin

köçhaköçü də məhz onda başladı. Mən bunu normal hal saymıram. Bütün

sivilizasiyalı ölkələr çoxmillətlidir. Rusdilli əhalinin olması Azərbaycan üçün və

onun gələcəyi üçün olduqca mühüm amildir.

Bir çox azərbaycanlılar rus dilində təhsil almış, öz övladlarına bu dildə

oxumağa imkan yaratmışlar. Mən öz millətimi və öz xalqımı sevirəm, amma bir

çox xalqların nümayəndələri ilə ünsiyyət zamanı rus dilindən istifadə etmişəm.

Bu isə mənə yalnız fayda gətirmişdir.

Mən çalışacağam ki, ruslar, ukraynalılar, yəhudilər və başqa millətlərin

nümayəndələri buradan köçüb  getməsinlər, adamlar özlərini azad və rahat hiss

etsinlər. Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlara malik olmalıdır.

Yoxsa, elə düşünürsünüz ki, son illərin hadisələri ilə əlaqədar köçüb getməyə

məcbur olmuş şəxslərin Azərbaycana qayıtması problemi məni narahat etmir?

Biz bunun üzərində fikirləşirik. Çətinlik ondadır ki, bizdə çoxlu qaçqın var -

ermənilər Ağdamı işğal etdikdən sonra qaçqınların sayı daha 200 min nəfər

artmışdır. Lakin mənə elə gəlir ki, əgər biz müharibəni qurtarsaq, əgər adamlar

daimi yaşayış yerlərinə qayıtmağa başlasalar, onda rahat nəfəs alarıq və çox dərd-

sərimizi, vaxtı çatmış problemlərimizi həll edə bilərik. Çoxları öz torpağına

qayıtmaq həsrətindədir, nisgillidir, adamlar qurub-yaratmaq eşqiylə yanırlar.

- Rusiyada, Ukraynada, Qazaxıstanda çoxları indiki dövlətlər

birliyinə nisbətən daha möhkəm ittifaq yaradılmasına tərəfdardırlar. Siz

bu problemə necə baxırsınız?

- Suveren respublikaların yaranması obyektiv tarixi prosesdir. Yalnız

Xalq Cəbhəsi adamların beyninə yeritməyə çalışırdı ki, Azərbaycanın

müstəqilliyinə məhz o, nail olmuşdur. Bu, doğru deyildir. Bu prosesi

dayandırmaq çətin ki, mümkün idi. Lakin bunların hamısını, əlbəttə, ağrısız-

acısız, sivilizasiya-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə