MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə52/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   48   49   50   51   52   53   54   55   ...   256

____________Milli Kitabxana____________

123


zar yaradılması sahəsində fəaliyyəti gücləndirmək gərəkdir. Çoxları isə bizim

artıq bazar şəraitində olduğumuzdan danışaraq özlərini də, ətrafdakıları da

çaş-baş salırlar. Mən belə hesab edirəm ki, biz iqtisadi mənada bazara deyil,

olsa-olsa adi bazara malikik, o da ki, çox bəsitdir. Bəs bu adi bazarı iqtisadi

bazara necə çevirməli? Bax, məsələ də bundadır. Bax, burada yada salmaq

lazımdır ki, bazar İqtisadiyyatının və əmək bazarlarının infrastrukturlarını,

texnologiyaları, vergi sistemlərini ardıcıl surətdə yaratmaq və bir çox digər

məsələləri yoluna qoymaq lazımdır. Biz intellektual ehtiyatlar olmadığı

təqdirdə də işin öhdəsindən gələ bilməyəcəyik.

- Sizin bu vəzifədə hər hansı səfəriniz nəzərdə tutulurmu?

- Mən hələ heç nəyi nəzərdə tutmamışam. Yalnız daxili problemlərlə

məşğulam. Bir tərəfdən, müharibə davam edir, təxminən bir milyon adam öz

torpağında qaçqına çevrilmişdir, digər tərəfdən, hüquqi özbaşınalıq baş alıb

gedir, qanunsuz yaradılmış silahlı dəstələr var. Bu problemlərin hamısı ilə

hesablaşmaq və onların üzərində işləmək gərəkdir. Lakin xalq mənə inanır.

Bu isə ən başlıca məsələdir. Buna görə də belə düşünürəm ki,

həmvətənlərimin etimadını doğruldacaq və ölkəni sabitliyə gətirib

çıxaracağam.

Söhbəti


Vitali Tretyakov

aparmışdır.

"Nezavisimaya qazeta"

24 avqust 1993-cü il.

Azərbaycan",



30 avqust 1993-cü il


____________Milli Kitabxana____________

124


MÜHARİBƏ QURBANLARININ MÜDAFİƏSI

ÜZRƏ BEYNƏLXALQ KONFRANS (Cenevrə,

30 avqust –1 sentyabr 1993-cü il) İŞTİRAKÇILARINA

MÜRACİƏT

Müharibə qurbanlarının hüquqlarının müdafiəsi işində göstərdiyiniz

xeyirxah cəhdlərə görə Sizə dərin təşəkkürümü bildirərək hamı tərəfindən

qəbul olunmuş, tanınmış beynəlxalq hüquq normalarına bizim sadiqliyimizi

bir daha təsdiq edirəm. Bütün dünyaya məlumdur ki, Azərbaycan

Respublikası artıq beş ildən çoxdur ki, Ermənistan Respublikası tərəfindən

təcavüzə məruz qalmışdır. Problem heç də yalnız onda deyil ki, Azərbaycan

Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına

düşmüşdür. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənində qaçqın

olmuş, minlərlə adam bu gün də ermənilərin əlində

girov kimi

saxlanmaqdadır.

Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz

müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri

lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın

şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də

qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür.

Sizə müraciət edərək, bu yaxınlarda mən Azərbaycan Respublikasının

imzaladığı müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə

Konvensiyasının əvəzsiz qiymətini bir daha qeyd etmək istərdim.

Səmim-qəlbdən əmin olduğumu bildirirəm ki, Sizin konfrans müharibə

burulğanına salınmış günahsız adamların çəkdiyi əziyyətləri qismən də olsa

azaldacaq, qəbul edəcəyiniz qərarlar isə bu mühüm işlərin həyata keçirilməsi

üçün səmərəli mexanizmə çevriləcək.

Öz tərəfimdən hamınıza səbir, dözüm və xeyirxah əməllərinizdə

yorulmadan işləməyi arzulayır və əmin edirəm ki, Azərbaycan xalqı özgə

torpaqlarına heç vaxt qəsd etməyəcək, xalqlar arasında dostluq və qarşılıqlı

anlaşmanın daha da möhkəmlənməsinə çalışacaqdır.

Dərin hörmətlə,

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

31 avqust 1993-cü il



____________Milli Kitabxana____________

125


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ

PREZİDENTİ BİLL KLİNTON CƏNABLARINA

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ VİTSE-

PREZİDENTİ ALBERT QOR CƏNABLARINA

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI KONQRESİNİN

SPİKERİ TOMAS FOLİ CƏNABLARINA

Hörmətli cənablar!

Sizə 1992-ci ilin dekabrında ABŞ konqresi tərəfindən qəbul olunmuş

azadlığı müdafiə haqqında məlum aktla əlaqədar müraciət edirəm. Həmin

akta uyğun olaraq keçmiş Sovet İttifaqı respublikalarına yardım göstərilir və

bu akt Azərbaycan Respublikasına belə yardım göstərilməsini qadağan edir.

Azərbaycan xalqı, habelə erməni - azərbaycanlı münaqişəsi haqqında

həqiqəti bilənlərin hamısı bunu çox böyük ədalətsizlik və ya yolverilməz

anlaşılmazlıq kimi qarşılamışlar. Mənə məlum olduğuna görə, Azərbaycan

barəsində bu ayrı-seçkilik tədbiri Azərbaycan tərəfindən Ermənistanın

uydurma "blokadası" ilə əlaqədar nəzərdə tutulmuşdur. Həmin tədbir Qərbin

kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən aparılan yaxşı təşkil

olunmuş təbliğat kampaniyasının bəhrəsidir və onun gerçəkliklə heç bir

əlaqəsi yoxdur.

Əvvəla, Ermənistan Respublikasının digər dövlətlər (Türkiyə, İran,

Gürcüstan) ilə sərhədləri var və bu sərhədləri Azərbaycan blokadaya almaq

iqtidarında deyildir. İkincisi, söhbət Azərbaycan ilə Ermənistan arasında

nəqliyyat kommunikasiyalarından gedir ki, onlar da beş ildən çoxdur.

Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində dağılmışdır.

Bundan nəinki Ermənistan, həm də Naxçıvan Muxtar Respublikasında

yaşayan azərbaycanlılar böyük əziyyət çəkirlər. Biz bu kommunikasiyaların

bərpası üçün öz tərəfimizdən hər şeyi etməyə hazırıq. Lakin bundan ötrü atəşi

dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır.

Azərbaycan münaqişənin dincliklə aradan qaldırılmasına, ATƏM-in

Minsk prosesinə öz sadiqliyini dəfələrlə təsdiq etmişdir. Ancaq hər dəfə

ATƏM-in Minsk qrupu çərçivəsində müvəffəqiyyətlər nəzərə çarpmağa

başladıqda,

onlar Ermənistan tərəfindən təcavüzkar əməllərlə alt-üst

olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın geniş

ərazilərinin işğalı BMT Təhlükəsizlik Şurasının 822 və 853 nömrəli məlum

qətnamələrində öz təsdiqini tapmışdır. Bu qətnamələr yerinə yetirilməmiş

qalmışdır. Üstəlik, Ermənistan beynəlxalq birliyə meydan oxuyaraq, BMT

nizamnaməsinə, Helsinki yekun aktına, ATƏM-ə məhəl qoymayaraq, öz

təcavüzünü davam etdirir. Onun təcavüzü genişlənərək, Azərbaycan xalqına

qarşı əsl




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə