MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə48/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   44   45   46   47   48   49   50   51   ...   256

____________Milli Kitabxana____________

115


vəziyyətdən çıxması. Ona görə də bütün icra hakimiyyəti başçılarından,

rayon, şəhər sovetlərinin sədrlərindən, Azərbaycanın rəhbər işçilərindən,

seçki komissiyaları üzvlərinin hamısından xahiş edirik, - vaxt azdır, baş

qarışıqdır, qarşıya hər gün yeni məsələlər çıxır, adi məsələləri həll

etməyimizə imkan vermir, - qalan günlərdə bu işi daha yaxşı təşkil etmək

lazımdır. Avqustun 29-da referendum keçirilməlidir. Azərbaycan xalqı gərək

öz gələcək müqəddəratını həll etsin. Onun müqəddəratı öz əlindədir, öz

sözündən asılıdır. Mənim sizə müraciətim ondan ibarətdir ki, bu günlərdə

referendumun hazırlanmasını, keçirilməsini lazımi, layiqli səviyyədə təşkil

edəsiniz, demokratik prinsiplər əsasında düzgün aparasınız və düşünəsiniz ki,

ayın 29-da Azərbaycan üçün yeni bir mərhələ açılır. Biz bu iki aydan artıq

dövrü çox ağır vəziyyətdə, həddindən artıq ağır vəziyyətdə keçirmişik. Ancaq

əgər ayın 29-da biz bu məsələni düzgün, doğru, demokratik şəkildə həll edə

bilməsək daha da ağır ola bilər.

Mən yenə də deyirəm: baxmayaraq ki, referenduma yarım milyard rubl pul

xərclənmişdir, baxmayaraq ki, bu ağır vəziyyətimizdə həm mərkəzdə, həm də

yerlərdə olduqca çox adamlar bu işə cəlb olunublar, yəni belə vəziyyətimizdə

adamlar daha zəruri işlərlə məşğul olmaq əvəzinə referenduma hazırlaşırlar, seçki

komissiyalarında işləyirlər, bülletenlər hazırlayırlar, yazırlar, pozurlar,

vətəndaşlara dəvətnamələr göndərirlər və sairə, - təsəvvür edin ki, bu

Azərbaycana nə qədər zərər vurur, - ancaq biz bunların hamısına dözürük, xalq da

dözür. Şəxsən mən də parlamentin sədri kimi buna razı olmuşam ki, heç kəs

deməsin burada demokratiyaya zidd bir şey olub. Ancaq indi o Kələki kəndində

Əbülfəz Elçibəyin özünün qəlbində, doğrudan da, Azərbaycan xalqının dərdi

olsaydı, o imkan verməzdi ki, biz bu vəziyyətə düşək. O, birillik fəaliyyəti ilə

xalqı gətirib bu vəziyyətə saldı. Indi də iki aydan artıqdır ki, qaçıb Kələki

kəndində gizlənib, Azərbaycan xalqını bu vəziyyətə gətirib. Təsəvvür edin, axı

bir adam nədir ki, ondan ötrü xalq bu vəziyyətə düşsün. Ola bilər, mənim bu

sözlərimi indi Əbülfəz Elçibəy də eşidir, yaxşı olardı ki, eşitsin. Mən ona bir

insan kimi həmişə hörmət etmişəm, hörmət edirəm. Ancaq o bilməlidir ki, öz

şəxsi ambisiyası ilə xalqı bu vəziyyətə salmamalıdır.

Referendum keçirilməlidir. Yolun çox hissəsini keçmişik, azı qalıb. Bu

gün ayın 24-dür, dörd gündən sonra, avqustun 29-da referendumdur. Xalq öz

sözünü deməlidir. Xalq necə yaşamaq istəyirsə, qoy desin, əgər indiyə

qədərki kimi, bundan da pis yaşamaq istəyirsə, qoy desin. Əgər xalq

doğrudan da ağır vəziyyətdən xilas olmaq istəyirsə, qoy onu da desin.

Nəhayət, bütün bu məlumatları sizə verərək, öz fikirlərimlə sizi tanış

edərək, sizində bölüşərək bir daha bildirmək istəyirəm: Azərbaycanın bu

vəziyyətdən çıxmağa imkanı var, Azərbaycan dövlətçiliyi qorunacaqdır,

Azərbaycan xalqının hüquqları qorunacaqdır. Biz, - mən öz adımdan

deyirəm, Həm Azərbaycan parlamentinin sədri, həm də prezidentin

səlahiyyətini həyata keçirən adam kimi deyirəm ki, ətrafımda olan adamlarla

birlikdə biz



____________Milli Kitabxana____________

116


Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik. Bilin ki, qəti, ciddi addımlar

atacağıq, Azərbaycanda - həm Bakıda, həm də bütün başqa bölgələrdə -

şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə sabitlik yaratmağa çalışacağıq,

cinayətkarlarla mübarizəni gücləndirəcəyik, Azərbaycanı bu ağır vəziyyətdən

çıxarmağa qadirik və çıxaracağıq. Buna əmin ola bilərsiniz. Mənim dünənki

müraciətimdən sonra əhalidən, xalqdan aldığım həmrəylik hissləri mənə daha

çox güc verir. İnanın ki, mənim gücüm daha da artıb və bilin ki, mən bunun

hamısını Azərbaycanı bu vəziyyətdən çıxarmağa sərf edəcəyəm. Buna heç

kimin şübhəsi olmasın. Mən xalqa müraciət edərək sizin qarşınızda deyirəm

ki, bəli, biz xalqı bu ağır vəziyyətdən çıxaracaq, sabitlik yaradacağıq.

Lənkəranda yaranmış həmin o mif haqqındakı fikir dünən, bu gün

pozuldu və gördünüz ki, bizi qəti aldımlar atmağa qoymurdular. Qəti addım

atan kimi bu, öz nəticəsini verdi. Düzdür, şəhidlər də verdik, ancaq

Azərbaycanın müstəqilliyi yolunda biz çox şəhidlər vermişik. Ola  bilər,

bundan sonra da verək, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, Azərbaycan

Respublikasının bütövlüyü hər bir adamın həyatından qat-qat yüksəkdir,

mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın

dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban

verməyə hazıram. Sizə söz verirəm və güman edirəm ki, hamımız birlikdə bu

vəziyyətdən çıxa biləcəyik.

Sizə çatdırmaq istədiyim sözləri dedim. Bilmirəm, müzakirəyə, çıxışlara

ehtiyac varmı? (Salondan səslər: Yoxdur): Əgər məsələ aydındırsa,

vəzifələr aydındırsa,

onda bəlkə vaxt itirməyək. Nəriman

İmranov

Lənkərandan səhər tezdən çıxıb. Mən müşavirəni bir qədər ləngitdim ki,



dedim bəlkə o, daha geniş məlumat verə bilər. Ancaq mən oradan aldığım

məlumatlar əsasında ümumi vəziyyəti sizə çatdırdım.

Bu gün canlı yayım gedir, bütün xalq bunu eşidir. Əlavə məlumatlar

televiziya ilə verilər. Ona görə də gəlin bununla görüşümüzü qurtaraq. Mən

indi dövlət başçısı vəzifəsini icra edən adam kimi sizin hamınıza ümid

bəsləyirəm. Xalq gözünü bu salona dikib, bizə dikib və gələcək günlərimizin

müqəddəratı bizim hamımızın birliyindən, ümumi iradəmizdən asılıdır.

Hamınıza cansağlığı, işinizdə müvəffəqiyyət, uğurlar arzulayıram. Sağ olun.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə