MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə56/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   52   53   54   55   56   57   58   59   ...   256

____________Milli Kitabxana____________

133


ölkə təkcə  Naxçıvanın deyil, həm də bütövlükdə Azərbaycanın ərazi

bütövlüyü üçün təminatçı olmağa hazırdır?

C a v a b: Rusiya qoşunlarının Azərbaycana qayıtması məsələsi gündəlikdə

yoxdur və bu məsələ mən Moskvada olarkən müzakirə edilmədi. Biz Rusiya

rəhbərliyinə belə bir müraciətlə xahiş etdik ki, atəşin dayandırılması probleminin

həllində, münaqişənin dincliklə aradan qaldırılmasında vasitəçilik köməyi

göstərsin. Biz bunu əsas tuturduq ki, Rusiya həm Azərbaycanın, həm də

Ermənistanın şimal qonşusudur, bizi onilliklərdən bəri sıx əməkdaşlıq telləri

bağlayır. Rusiya Qafqaz bölgəsində, o cümlədən Zaqafqaziyada - Ermənistanda

da, Azərbaycanda da kifayət qədər nüfuza malikdir. Buna görə də biz bu

mürəkkəb problemin həllində Rusiyanın yaxından iştirakını, bu ölkənin obyektiv

mövqeyini mühüm amil sayırıq. Razılıq hissi ilə deyə bilərəm ki, Rusiya

rəhbərliyi xahişimizə müsbət cavab verdi.

O ki qaldı Türkiyənin baş naziri Tansu Çillərin belə bir bəyanatına ki,

Türkiyə Azərbaycanın ərazi bütövlüyü üçün təminatçı ola bilər, deyə bilərəm ki,

biz Azərbaycana hər hansı köməyi, kimin tərəfindən təklif edilməsindən asılı

olmayaraq, razılıq hissi ilə qarşılayırıq. Ona görə ki, Azərbaycan təcavüzə məruz

qalan ölkədir. Onun ərazisinin xeyli hissəsi Ermənistan silahlı birləşmələri

tərəfindən işğal olunmuşdur. Biz bu münaqişənin aradan qaldırılması naminə

bütün ölkələrlə, o cümlədən də Türkiyə ilə əməkdaşlıq etməyə hazırıq.



S u a l: Münaqişənin aradan qaldırılmasında beynəlxalq təşkilatların,

xüsusən BMT-nin rolu, sizcə, nədən ibarətdir? Daha bir sual, bu, bir növ

şəxsi sualdır. Siz "siyasətdə uzunömürlülər"dən birisiniz və hazırda

onlar keçmiş

SSRİ

respublikalarında az deyildir. Fikrinizcə,

Şevardnadze, Kravçuk, Nazarbayev sizin kimi

xadimlərin

müvəffəqiyyətini necə izah etmək olar?

C a v a b: Mən mövqeyimizi qədərincə aydın izah etdim. Mövqeyimiz

bundan ibarətdir ki, biz Qarabağ münaqişəsinin həllində Birləşmiş Millətlər

Təşkilatının, Təhlükəsizlik Şurasının və ATƏM-in daha yaxından iştirak

etməsini istəyirik. Bu münaqişə kifayət qədər sanballı tarixə malikdir və

obrazlı desək, "uzun saqqallı" münaqişədir. Ciddi qətnamələr qəbul

edilmişdir. Azərbaycan ictimaiyyəti onları hər dəfə də böyük sevinclə və

böyük ümidlə qarşılamışdır. Bundan əlavə, son vaxtlar ABŞ dövlət

departamenti, Türkiyə rəhbərliyi, Rusiya Federasiyasının Xarici İşlər

Nazirliyi bəyanatlar vermişlər. Bir halda ki, konkret nəticələr əldə

edilməmişdir, deməli, dünya birliyində çox sanballı nüfuzu olan bu təşkilatlar

və ölkələr daha təsirli tədbirlərə keçməyin lübüdlüyü barədə düşünməlidirlər.

O ki qaldı münaqişə zonasında BMT qüvvələrinin yerləşdirilməsinə, mən

belə düşünürəm ki, əvvəlcə bu məsələni necə həll etməyi müəyyənləşdirmək,

sonra isə xırda məsələlər və mexanizm barəsində fikirləşmək lazımdır. Hər

hansı qüvvələrin yerləşdirilməsi məsələnin həlli mexanizmidir. Əvvəlcə

gərək onun həyata keçirilməsi üçün siyasi şərait yaradılmasına nail olasan.

Sizin  ikinci sualınız barəsində: sizin dediyiniz o "uzun



____________Milli Kitabxana____________

134


ömürlülük" barəsində təəccüb və şübhənizi başa düşmədim. Son vaxtlar

siyasi meydanda peyda olmuş xadimlərdən onların nəyi pisdir? Məsələn, mən

hesab edirəm ki, sadaladığınız adamlar kifayət qədər böyük əməli fəaliyyət

təcrübəsinə, çox böyük bilik ehtiyatına malikdirlər. Onlar istiqlaliyyət

qazanmış öz xalqlarına, öz ölkələrinə nə üçün faydalı ola bilməzlər? Axı hər

hansı


əlamətə görə məhdudiyyət qoymaq

olmaz. Siyasi plüralizm,

demokratik prinsiplər siyasi əqidəsindən, milli mənsubiyyətindən, dini

etiqadından asılı olmayaraq, hər bir adama ictimai-siyasi həyatda fəal iştirak

etməyə imkan verir. Əgər həmin xadimlər - mən belə başa düşdüm ki, siz

məni də onların sırasına aid edirsiniz - bu gün öz ölkələrinin ictimai-siyasi

həyatına fəal təsir göstərmək imkanına malikdirsə və əgər onları öz xalqları

çağırmışlarsa, buna kim etiraz edə bilər?



S u a l: İran barəsində - müharibə ilə əlaqədar nə kimi danışıqlar

aparılmışdır? Siz İrandan hərbi kömək tələb etmisinizmi?

C a v a b: İran rəhbərliyi ilə danışıqlarımıza səbəb Azərbaycanın bu ölkə

ilə yaxın və ya həmsərhəd olan rayonlarında hərbi əməliyyatların güclənməsi

ilə əlaqədar indiki halda ən əvvəl İran tərəfinin fəallığı olmuşdur. Danışıqlar

bununla bağlı idi ki, hərbi əməliyyatlar artıq İranla həmsərhəd ərazidə az qala

onun ərazisində gedirdi. Yaşayış məntəqədərinə yağdırılan mərmilər İran

ərazisinə düşürdü. Siz bilirsiniz ki, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız

İranla həmsərhəddir, özü də ərazimizi Araz çayı ayırır. Son vaxtlar adamlar

öz aralarında ünsiyyət üçün imkana malikdirlər, çünki Araz çayının hər iki

tərəfində azərbaycanlılar yaşayırlar. Onları qohumluq telləri, eyni millətə

ümumi mənsubiyyət, tarixi əlaqələr və digər əlaqələr bağlayır. Buna  görə  də

tamamilə  qanunauyğundur  ki,  İran, xüsusən onun sərhədyanı vilayətləri

Ermənistan silahlı birləşmələrinin apardıqları fəal hərbi əməliyyatlardan

narahat idilər.

Bizə məlum olduğuna görə, bu, orada yerli əhali arasında hiddət, təşviş,

narahatlıq doğrurmuşdur. Çoxları ərazimizə keçib öz qardaşlarına kömək

etmək istəyirdi. Bu, tamamilə qanunauyğun haldır: lap yaxınlıqda xalq məhv

edildikdə, başqaları buna etinasız və ya biganə qala bilməzlər. Odur ki, bu

qədər böyük miqdarda qaçqın görən İran hökuməti təşəbbüs irəli sürərək

bildirmişdir ki, onlar işğal edilmiş həmin rayonlardan olan təxminən 100 min

qaçqını öz öhdələrinə götürə bilərlər. Əgər indi sizin burada təmsil etdiyiniz

Avropa ölkələri belə təşəbbüs irəli sürərlərsə, biz onu yalnız minnətdarlıq

hissi ilə qəbul edərik. Fərqi yoxdur, istər Amerika, İngiltərə olsun, istərsə də

Fransa və ya Almaniya.

İran bizdən xahiş etdi ki, yüz min qaçqın üçün müvəqqəti çadır şəhərciyi

salınmasına yer ayıraq. Biz onlara yer ayırdıq. Buyurun, indi siz də öz

ölkələrinizə müraciət edin, qoy onlar bizə kömək göstərsinlər. Biz İrana

ayrılmış sahənin yaxınlığında digər hər hansı ölkəyə də yer ayırarıq, təki bizə

kömək etsinlər. Bu məsələnin mahiyyəti əslində bundan ibarətdir. O ki qaldı

İran hökumətinin planlarına, mən dəfələrlə demişəm ki, Ermə-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə