____________Milli Kitabxana____________
137
keçirmək istəyənlər,
şübhəsiz, Azərbaycanın daxili sabitliyini pozan
adamlardır. Biz onlara qarşı ciddi mübarizə aparacağıq, Azərbaycanda qayda-
qanunun möhkəmlənməsini təmin edəcəyik və belə adamlara Azərbaycanda
yer olmayacaq.
S u a l: Cənab sədr, Moskvada Rusiya və Azərbaycan baş
nazirlərinin müavinləri Aleksandr
Şoxin və Abbas Abbasovun
imzaladıqları müqavilədən Azərbaycan nə qazanır və nə itirir? Bu
müqavilə hansı tərəfin xeyrinədir? Çox sağ olun.
Ca v a b: Bu müqavilə həm Azərbaycanın, həm də Rusiyanın xeyrinədir.
Birinci növbədə Azərbaycanın xeyrinədir.
S u a l: Yoldaş Əliyev, indi belə bir fikir var ki, regionun gələcək
taleyi slavyan və türk amilindən asılıdır. Sizin fikrinizcə, həmrəylik
hansı ideologiyada mümkündür və tarixi keçmişə əsaslanaraq sizə elə
gəlmirmi ki, indiki reallıq slavyan-türk alyansının yaranmasına imkan
verəcək? Çox sağ olun.
C a v a b: Ola bilsin ki, bu sual sizin öz fikrinizdir, lakin əgər bizim
region haqqında danışırsınızsa, şübhəsiz ki, Rusiya ilə Türkiyə arasında
münasibətlərin yaxşı olması Azərbaycan ilə Ermənistan arasındakı hərbi
münaqişənin həllinə çox kömək edəcəkdir. Ancaq bu regiondakı bütün
məsələləri bu iki ölkənin alyansı ilə bağlamaq o qədər də doğru olmazdı. Ola
bilər, bu sizin şəxsi fikrinizdir, mən buna etiraz etmirəm. Amma yenə də
deyirəm, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması ümumən
Qafqazda mövcud olan problemlərin, xüsusilə hərbi münaqişələrin aradan
qaldırılmasına kömək edəcəkdir.
S u a l: Cənab Heydər Əliyev, sizin Moskvaya səfəriniz təsadüfənmi,
yaxud nədənsə Türkiyə baş nazirinin
oraya səfəri ilə üst-üstə
düşmüşdür. Bu səfərləri Rusiya - Azərbaycan münasibətlərinin nizama
salınmasında Azərbaycan və Türkiyənin birgə səyləri kimi
qiymətləndirmək olarmı? Çox sağ olun.
C a v a b: Bu səfərlər təsadüfən eyni vaxta düşmüşdür. Bunlar
əvvələcədən, yəni danışıqlar əsasında planlaşdırılmış səfərlər deyil. Ancaq,
şübhəsiz ki, bu imkandan istifadə edərək Türkiyənin baş naziri Tansu Çillərlə
orada, Moskvada görüşdüm və biz lazımi çərçivədə fikir mübadiləsi apardıq.
Mənə belə gəlir ki, bu, həm Rusiya - Türkiyə münasibətləri üçün, həm də
Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibətləri üçün faydalıdır.
S u a l: Sizcə Avropa dövlətlərinin, Avropa Birliyinin qaçqınlara
göstərdiyi yardım nə dərəcədə hiss edilir? Sizin fikrinizcə, belə yardıma
ehtiyac varmı?
C a v a b: Mən dedim ki, həmin dövlətlər tərəfindən belə yardım, belə
təşəbbüs yoxdur. Hər halda biz başqa ölkələrdən hələ belə yardım almamışıq.
Lakin əgər belə təşəbbüs olarsa, biz onu məmnuniyyətlə qəbul edərik.
Diqqətinizə görə sağ olun.
____________Milli Kitabxana____________
138
BƏSTƏKAR ARİF MƏLİKOVA
Hörmətli Arif Cahangir oğlu!
Sizi anadan olmağınızın 60 illiyi münasibətilə səmim-qəlbdən təbrik
edirəm.
Qırx ildən çoxdur ki, çoxşaxəli yaradıcılığınız çağdaş Azərbaycan musiqi
mədəniyyətini zənginləşdirməkdədir. Böyük fitri istedadın məhsulu olan
"Məhəbbət əfsanəsi" baletiniz xalqımızın milli musiqisini dünyaya tanıdan
şah əsərlərdəndir. Sizin yaradıcılığınız ulu mədəniyyətimizi bütün əzəməti ilə
aləmdə təmsil edir.
Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə,
gənclərimizin estetik tərbiyəsində indən sonra da mühüm xidmətlər
göstərəcək, qədim və zəngin ənənələri olan milli musiqi mədəniyyətimizə
parlaq səhifələr yazacaqsınız. Sizə xoş anlar, xoş günlər, xoş illər
arzulayıram.
Dərin hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
14 sentyabr 1993-cü il
____________Milli Kitabxana____________
139
AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ
KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ ÇIXIŞ
20 sentyabr 1993-cü il
Hörmətli zabitlər, Daxili İşlər Nazirliyinin əməkdaşları, polis işçiləri!
Azərbaycan Respublikası öz tarixinin ağır mərhələsini keçirir. Bu mərhələnin
nə qədər ağır, məsuliyyətli, çətin olduğu aydındır və əsas səbəbləri də
məlumdur. Bildiyiniz kimi, beş ildən artıqdır ki, Azərbaycan Respublikası
Ermənistanın silahlı qüvvələri tərəfindən hərbi təcavüzə məruz qalmış və
nəticədə torpaqlarımızın bir qismi işğal olunmuş, şəhərlərimiz, qəsəbələrimiz,
kəndlərimiz dağılıb viran olunmuş, yüz minlərlə həmvətənimiz, vətəndaşımız
qaçqın düşmüşdür.
Son dövrdə Azərbaycan böyük sosial-iqtisadi, ictimai-siyasi böhran
içərisindədir. Şübhəsiz ki, bu böhranın əsas səbəblərindən biri Azərbaycanın
beş ildən artıq bir müddətdə müharibə vəziyyətində olması, eyni zamanda,
son illərdə onun həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatında özündən
asılı olan və olmayan mütəmadi dəyişikliklərdir. Bunların hamısı Azərbaycan
Respublikasını çox ağır vəziyyətə salmışdır. Şübhəsiz ki, bu ağır vəziyyət
respublika vətəndaşlarının həyat tərzini gərginləşdirmiş, çətinləşdirmiş və
respublikada ümumi gərgin bir vəziyyət yaratmışdır.
Eyni zamanda, son dövrün ən əlamətdar hadisəsi ondan ibarətdir ki,
Azərbaycan Respublikası müstəqil dövlət olmuşdur. Azərbaycan xalqı indi artıq
öz həyatını müstəqil dövlət çərçivəsində, öz arzu və niyyətləri əsasında qurmaq
imkanına malik olmuşdur. Beləliklə, bir tərəfdən Azərbaycan müstəqil dövlət
kimi böyük imkanlar əldə edibsə, ikinci tərəfdən bu imkanlardan istifadə etmək
həddindən artıq çətinləşmiş və ağırlaşmışdır. Ona görə də indi Azərbaycan
Respublikasının hər bir vətəndaşı qarşısında, Vətənini sevən, ona xidmət etmək
istəyən hər kəs qarşısında böyük və məsuliyyətli vəzifələr durur.
Azərbaycan Respublikasının müstəqil dövlət olması tarixi bir hadisədir. Biz,
Azərbaycanın indiki nəsli, bu imkanlardan bütün sahələrdə səmərəli istifadə
etməliyik. Bunun üçün çox iş görülməlidir. Təəssüf ki, Azərbaycan öz
müstəqilliyini əldə edəndən sonra - əslində bu, az vaxt deyil, - müstəqilliyi
möhkəmləndirmək, daimi etmək, müstəqillik əsasında respublikada həm siyasi-
iqtisadi sistemi, həm cəmiyyəti tənzimləmək məsələləri çox axsayıb, hətta demək
olar ki, həyata keçirilməyib və bu dövr Azərbaycan xalqı üçun daha da ağır,
əziyyətli dövr olmuşdur.
Azərbaycan Respublikasının dövlət atributlarından biri də, Azərbaycanın
Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr
və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir
neçə