____________Milli Kitabxana____________
142
işlətməliyəm-zibillənibdir. Daxili işlər orqanları, polis orqanları ayrı-ayrı
səriştəsiz, ləyaqətsiz adamlar, böyük vəzifələr tutmuş adamlar tərəfindən
siyasətə cəlb olunub, burada əcaib proseslər meydana çıxıb, hətta inkişaf
tapıb.
Dünyanın heç bir ölkəsində, o cümlədən demokratiya nöqteyi-nəzərindən,
dövlətçilik baxımından ən inkişaf etmiş ölkələrdə polis orqanları siyasətə
qoşulmur, siyasətdən kənarda durur, heç bir siyasi tədbirdə, siyasi proseslərdə
iştirak edə bilməz. Onlar dövlətə xidmət edir, dövlətin möhkəmlənməsinə,
dövlət orqanlarının fəaliyyətinin təmin olunmasına xidmət edirlər. Bu,
Amerikada da belədir. İngiltərədə də, Fransada da, Türkiyədə də, İranda da
və başqa ölkələrdə də belədir.
Lakin yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhval-
ruhiyyə, hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən adam,
peşə hazırlığı olmayan adam və mənəviyyatca pozğun mövqelərdə duran
adamlar burada cürbəcür təşkilatlar yaradıb - "Boz qurd" təşkilatı, "Boz qurd"
fəxri adı... Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə
xidmət etmək, ictimai asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə
aparmaq əvəzinə bəzən cinayətkarlar yuvasına döndü, burada cürbəcür siyasi
proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən
kənar səviyyədə siyasi proseslər meydana çıxdı. Təəssüf ki, Azərbaycanın o
vaxt ümumi mühiti elə idi ki, onlar bizim informasiya orqanları tərəfindən
təbliğ edilirdi, hətta bəzi adamlar tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul
olunurdu. Şübhəsiz ki, onlar da elə o səviyyədə olan adamlar idi.
Mən Türkiyənin dövlət rəhbərləri ilə dəfələrlə söhbət aparmışam. "Boz
qurd" ümumiyyətlə Türkiyədə meydana gəlmiş bir hərəkatdır. Şübhəsiz ki,
biz demokratik prinsiplərə riayət edərək heç bir ictimai-siyasi hərəkatın
meydana gəlməsinə etiraz etməmişik və etiraz etmirik. Ancaq "Boz qurd"un
məkanı, vətəni olan Türkiyədə heç vaxt polis "Boz qurd"a qoşulmayıbdır.
Polis orqanlarında "Boz qurd" heç bir fəaliyyət göstərməyibdir. İndi görün nə
qədər iyrənc, dəhşətli və gülməli haldır ki, burada daxili işlər naziri özbaşına
belə bir fəxri ad müəyyənləşdirib. Yaxşı polis işçisinin ən yüksək fəxri adı
"Boz qurd" adı idi. Bu, nə qədər əcaibdir!
Yaxud Azərbaycanda ən yüksək poliqrafik səviyyədə cürbəcür qəzetlər
çıxırdı. Ancaq mənaca, məzmunca yox, şəkillərinə görə, poliqrafiya icrasına
görə yüksək səviyyədə. Bu da, şübhəsiz, xüsusi məsrəf, yəni xüsusi vəsait
tələb edir. Belə bir qəzet, "Boz qurd" qəzeti bu binada çıxırdı. Əgər polisin
işinə, Daxili İşlər Nazirliyinin fəaliyyətinə aid problemləri işıqlandırmaq
lazım idisə, nazirlik daxili qəzet də çıxara bilər. Vaxtı ilə Daxili İşlər
Nazirliyində belə qəzet çıxırdı, indi, şübhəsiz ki, ondan da yüksək səviyyədə
qəzet buraxmaq olar. Amma "Boz qurd" qəzet çıxarıblar, bir nömrədə beş
yerdə daxili işlər nazirinin şəklini verib, yaxud da cürbəcür belə iyrənc işlərlə
məşğul olublar. Peşəkar polis işçilərini dağılıb, polisdən heç bir məlumatı
olmayan cürbəcür adamları buraya toplayıb insanlara əziyyət ver-
____________Milli Kitabxana____________
143
mək, adamları incitmək, vətəndaşları, cəmiyyəti belə ağır vəziyyətə salmaq
nəyə yarayar! Ola bilərmi ki, daxili işlər naziri həm nazir vəzifəsini yerinə
yetirsin, həm də gedib mitinqlərdə çıxış etsin? Bu, hansı demokratiya
qanunlarına uyğundur, hansı dövlət qanunlarına uyğundur? Bunların hamısı
yaramaz hallardır.
Mən bu məsələlərin üzərində çox dayanmaq istəmirəm. Çünki bunlar nə
qədər böyük zərbə, öz mahiyyətinə görə nə qədər çirkin olsa da, polis
orqanlarına, daxili işlər orqanlarına nə qədər ləkə vurmuş olsa da, inda bu
barədə çox danışmağa layiq məsələlər deyildir. Mən bunları deməklə
münasibətimizi bildirmək və qeyd etmək istəyirəm ki, Azərbaycanın
müstəqilliyi və Azərbaycan dövlətinin özü güclü Daxili İşlər Nazirliyi, güclü
polis orqanları ilə təmin olunmalıdır. Azərbaycanın dövlət röhbərliyi belə bir
orqanın yaranması və inkişaf etməsi üçün səy göstərəcəkdir. Bu sizdən də
çox asılı olacaqdır. Şübhəsiz ki, biz Daxili İşlər Nazirliyinin, polis
orqanlarının qanun çərçivəsində tam fəaliyyət göstərməsi üçün şərait və
imkanlar yaradacağıq. Ancaq Daxili İşlər Nazirliyi orqanları, onun qoşun
hissələri, polis orqanları bu imkanlardan qanun çərçivəsində, dövlət
mənafeyinə, Azərbaycanın milli mənafeyinə, Azərbaycan vətəndaşlarının
hüquqlarının qorunması mənafeyinə uyğun surətdə səmərəli istifadə
etməlidirlər.
Ona görə də siz özünüz son illərdə sizin orqanlarda gedən prosesləri
obyektiv, doğru-düzgün təhlil etməlisiniz, sizi ləkələyən, işinizə maneçilik
törədən, peşə sahənizə zərər vuran bütün hallardan xilas olmalısınız, onları
kənarlaşdırmalısınız. Daxili
İşlər Nazirliyinin tərkibində,
onun şəxsi
heyətinin tərkibində, birinci növbədə rəhbər işçilərin fəaliyyətində mənəvi
dəyərləri möhkəmləndirməlisiniz, inkişaf etdirməlisiniz və beləliklə də,
Daxili İşlər Nazirliyinin bütün sistemlərində, yuxarıdan aşağıya qədər -
nazirliyin rəhbərliyindən polis nəfərinə qədər sağlam əhval-ruhiyyə, sağlam
mənəviyyat yaratmalısınız.
Polis orqanlarının fəaliyyəti bir tərəfdən polis işçilərinin, Daxili İşlər
Nazirliyi işçilərinin biliyindən, bacarığından, peşə səviyyəsindən asılıdırsa,
digər tərəfdən bu orqanlarda möhkəm, dəmir nizam-intizamdan asılıdır. Bu
nizam-intizam nə qədər möhkəm olsa, nə qədər sağlam olsa, nə qədər
qanunlara istinad etsə, eyni zamanda nə qədər ədalətli olsa, sizin işiniz də bir
o qədər səmərəli olacaqdır. Bunlarla yanaşı polis orqanları işçilərinin hər biri
yüksək mənəviyyat nümunəsi olmalıdır. Siz bilməlisiniz ki, polis orqanlarına,
Daxili İşlər Nazirliyinin işçilərinə xüsusi səlahiyyətlər verilir. Qanun onlara
öz fəaliyyətini həyata keçirmək üçün xüsusi səlahiyyətlər verir.
Ancaq bu səlahiyyətlərdən ədalətlə, qanun çərçivəsində, cəmiyyətin,
dövlətin, vətəndaşların mənafeyini qorumaq naminə istifadə etmək lazımdır.
Təəssüf ki, indi mövcud olan hal on il, iyirmi il bundan qabaq da olub, amma
son dövrlərdə bu, çox ifrat səviyyəyə gəlib çatıb: polis orqanları işçilərinin öz
vəzifələ-