MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə68/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   64   65   66   67   68   69   70   71   ...   256

____________Milli Kitabxana____________

159


nün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi

xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik

dövlətin

xadimlərinin hamısını qoruyub saxlayan adamlardan

olmuşdur.

Məmmədəmin Rəsulzadəni də o qoruyub saxlamışdır. Məşhur generallar

Mehmandarovu və Şıxlinskini həbs etmək istəyirdilər. O zaman Nərimanov

Leninə məktub yazaraq bildirmişdir ki, əvvəllər çar ordusunda, sonra isə müstəqil

dövlətin ordusunda xidmət etmiş bu adamlar dəyərli şəxsiyyətlərdir və onlardan

istifadə etmək lazımdır. Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm:

tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar.

Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz. Biz Bakıda

Nəriman Nərimanovun ev-muzeyini yaratmışıq, özü də böyük bir çətinliklə

düzəltmişik. Eşidirəm ki, sonra vəzifəyə gələn adamlardan kim isə gözünü bu evə

dikib. Muzeyi dağıdaraq özləri üçün mənzil edirlər. Bəs bu hansı mənəviyyata

sığışar? Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində

olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı?

Şübhəsiz ki, belə hallara yol verilməməlidir.

Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə

toxunmaq olmaz. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovu götürək. O, əsrin əvvəlində

Azərbaycanda klassik musiqinin yaradıcısı, opera sənətinin banisidir, Müsavat

Partiyasının üzvü, Azərbaycan Demokratik Respublikası himninin müəllifi olmuşdur.

Sonrakı dövrdə "Koroğlu" operası və başqa əsərlər yaradaraq sovet dövründə

Azərbaycanın mədəniyyətini zənginləşdirmiş bir adamdır. İndi gərək Üzeyir

Hacıbəyovu iki yerə bölək? Müsavat dövründəki və sovet quruluşundakı fəaliyyətinə

bölək? Ola bilməz axı! Üzeyir Hacıbəyəv həddən artıq dəyərli şəxsiyyətdir. Onu

günahlandıraq ki, 1938-ci ildə Moskvada böyük iftixar hissi ilə Stalinlə görüşmüş,

Kalinin ona Lenin ordeni təqdim etmişdir?

Cəfər Cabbarlını götürək. Böyük yazıçımız, böyük dramaturqumuz, Azərbaycan

mədəniyyətinə böyük töhfə vermiş bir adamdır. Axı o da Müsavat Partiyasının üzvü

olmuşdur. Bunu yaxşı bilirsiniz. Cəfər Cabbarlı sovet dövründə ən böyük əsərlər

yazmış adamdır. Bizim nəslin əksəriyyəti onun əsərləri ilə tərbiyə olunmuşdur. "Od

gəlini", "Yaşar", "Almas", "1905-ci il-də", "Oqtay Eloğlu", "Solğun çiçəklər",

"Firuzə" və s. nə qədər gözəl əsərlərdir! Sonralar mən eşidirdim, deyirdilər yaxşı ki,

Cəfər Cabbarlı 1934-cü ildə vəfat etdi, yoxsa həbs olunacaqdı. Axı bunlar bizə

yaraşan  sözlər deyildir.

Ola bilər həbs edərdilər. Məsələn, böyük filosof şairimiz, dramaturqumuz Hüseyn

Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə

qoydu. Hüseyn Cavidin çənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da

yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında

Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata

keçirmədilər. O zaman Bakıda Hüseyn Cavidin böyük abidəsini ucaltmaq haqqında

qərar qəbul etmişdik. Tanınmış heykəltaraş Ömər Eldarov bu abidəni yaratdı,



____________Milli Kitabxana____________

160


mən emalatxanada onu gördüm. Amma abidə neçə illər elə emalatxanada

qaldı. Deyəsən, son vaxtlar abidə qoyulmuşdur. Təəssüf ki, mən vaxt tapıb

onu ziyarət edə bilməmişəm. İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su

kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, höm də fəlsəfi, elmi baxımdan

lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu? Hüseyn

Cavidi Şərqin Şekspiri adlandırırdılar. Ancaq onu, bəlkə  də, Höte ilə

müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola

bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış bir adamdır. Hüseyn

Cavidin "İblis" əsəri heç də Hötenin "Faust"undan geri qalmır. Ancaq biz

belə inciləri lazımi qədər qiymətləndirə bilmirik.

Güman edirəm ki, bunların hamısını Azərbaycanın müstəqilliyi dövründə

təmin edə biləcəyik. Azərbaycan Respublikasının həm elmi, həm də mədəni

potensialı böyükdür. Keçmişdə yaşayıb-yaratmış alimlərimiz, yazıçılarımız,

şairlərimiz, bəstəkarlarımız böyük irs qoyub getmişdir. Indiki nəslin borcudur

ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin. Ancaq bir

tərəfdön biz müstəqillik əldə edərək böyük iftixar hissi ilə yaşayırıq, digər

tərəfdən isə təəssüf ki, elmi dağıdır, mədəniyyətə biganə yanaşırıq. Bazar

İqtisadiyyatına keçmək o demək deyildir ki, elmə, mədəniyyətə ayrılan vəsait

azaldılmalı, bu sahələr ağır maddi vəziyyətə salınmalıdır.

Məsələn, buna necə dözmək olar ki, Azərbaycan Dram Teatrının binası

dörd ildir təmir olunur? Halbuki biz o zaman iki il ərzində, 1971-ci ilin

əvvəlindən 1972-ci ilin sonunadək saray tikdik - o vaxtlar Lenin adına saray

adlanırdı, indi Respublika sarayı deyilir. Həmin saray Bakıda indiyədək

tikilmiş mədəniyyət binalarından ən böyüyüdür və Allaha şükür, iyirmi ildən

artıqdır ki, Azərbaycan xalqına, Bakı əhalisinə xidmət edir. Təkrar edirəm ki,

biz onu iki il müddətində tikmişdik. Bəs nə üçün dörd il ərzində Dram

Teatrını təmir edə bilmirlər? Bu, nə çətin işdir? Əgər bu dörd il ərzində

Azərbaycanın rəhbərləri mədəniyyətə bir balaca qayğı göstərsəydilər, ayrı-

ayrı silahlı dəstələr (məsələn, biri Xalq Cəbhəsinin, biri "Qardaşlığ"ın, biri

Mütəllibovun, biri, nə bilim, Rəhim Qazıyevin, biri başqasının) yaratmaq

əvəzinə həmin teatrın binasını təmir etsəydilər, bu, Azərbaycan xalqı üçün

daha yaxşı olmazdımı?

1873-cü ildə Nəcəf bəy Vəzirov və başqa böyük şəxsiyyətlərimiz ilk

Azərbaycan teatrını, Şərqdə ilk teatrı yaratdılar, özü də o şəraitdə, dini

təzyiqin mədəniyyətimizə böyük məhdudiyyətlər qoyduğu bir vaxtda. 1973-

cü ildə biz bütün dünyaya car çəkdik və böyük iftixar hissi ilə Şərqdə ilk

müsəlman teatrının yüz illiyini qeyd etdik. Bu yubileyin necə təmtəraqla,

hörmətlə keçirildiyi, yəqin ki, xatirinizdədir. İndi o teatrı xatırlamırlar. Məgər

bu, Mirzə Fətəli Axundovun, Nəcəfbəy Vəzirovun, Abbas Mirzə

Şərifzadənin, Ülvi Rəcəbin, Mirzağa Əliyevin, Sidqi Ruhullanın, Ələsgər

Ələkbərovun ruhuna hörmətdirmi? Heç olmasa, onların ruhu  qarşısında

məsuliyyətinizi hiss edin. Əgər Hüseyn Ərəb-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə