MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə71/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   67   68   69   70   71   72   73   74   ...   256

____________Milli Kitabxana____________

165


Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti sizə məlumdur.

Yaxşı bilirsiniz ki, Azərbaycan beş ildən artıqdır müharibə şəraitində yaşayır.

Bu müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamıza qarşı

hərbi təcavüz davam edir. Torpaqlarımızın bir qismi düşmən tərəfindən işğal

olunmuş,

ərazi bütövlüyümüz pozulmuş, müstəqilliyimizə zərbə

vurulmuşdur. Bunların nəticəsində respublikamızın əhalisinin bir qismi öz

evindən-eşiyindən, yerindən-yurdundan, doğma torpağından, kəndindən,

obasından, şəhərindən məhrum olmuş, qaçqın düşmüş və ağır şəraitdə

yaşayır. Ümumiyyətlə, respublikanın əhalisi ağır sosial-iqtisadi, ictimai-

siyasi şəraitdə yaşayır.

Bunların hamısı bizim qarşımızda çox böyük vəzifələr qoyur, Azərbaycan

Respublikasının dövlət rəhbərliyindən çox şey tələb edir. Güman edirəm ki,

biz məsuliyyətimizi dərindən dərk edərək üzərimizə düşən vəzifələrin

ağırlığını, eyni zamanda xalqımız üçün son dərəcə gərəkli olduğunu başa

düşərək əlimizdən gələni etməliyik və hamımız birləşib respublikamızı bu

ağır vəziyyətdən çıxarmalıyıq.

Şübhəsiz ki, əsas vəzifəmiz müharibəyə son qoymaq, işğal olunmuş

torpaqlarımızı geriyə qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin

etmək, yerlərindən didərgin düşmüş, qaçqın olmuş Azərbaycan vətəndaşlarını

öz evlərinə, öz yurdlarına qaytarmaqdır. Xalqın sosial-iqtisadi vəziyyətində

azacıq da olsa müsbət dəyişikliklər yaratmaq, İqtisadiyyatdakı dağıntıların

qarşısını almaq, zəngin təbii sərvətlərimizdən, böyük iqtisadi, intellektual

potensialımızdan səmərəli istifadə etmək - bunlar hamısı qarşımızda duran

əsas vəzifələrdir. Yəni həm dövlət orqanları, həm də cəmiyyət qarşısında, hər

bir vətəndaş qarşısında duran vəzifələrdir.

Düzdür, müharibəni Azərbaycan xalqı başlamayıbdır. Müharibə bizim

respublikanı dağıtmaq, onun torpaqlarının bir hissəsini qəsbkarlıqla ələ

keçirmək niyyəti ilə qonşu Ermənistan dövləti tərəfindən başlanmışdır.

Ancaq eyni zamanda bu elə bir böyük müharibə deyildir ki, beş il

müddətində ona əncam, çarə tapılmasın, son qoyulmasın. Demək istəmirəm

ki, bu, asan məsələdir. Bu müharibə təkcə Ermənistanda Azərbaycan arasında

gedən müharibə deyil. Bu müharibəyə böyük xarici qüvvələr qoşulmuşdur.

O, böyük siyasi proseslərlə bağlıdır. Bu müharibə başıbəlalı Azərbaycanı

parçalamaq, yenidən dağıtmaq məqsədi güdən böyük siyasi qüvvələr

tərəfindən başlanıb. Ancaq eyni zamanda bu məsələlərin həllinə ağılla, səriştə

ilə yanaşılsaydı, şübhəsiz ki, biz belə fəlakətli, faciəli nəticələrə gəlib

çıxmazdıq. Nə etməli, görünür, taleyimiz belə imiş. Amma bu, təkcə tale ilə

bağlı deyil. Bütün bunlar, şübhəsiz, obyektiv səbəblərdən çox, subyektiv

səbəblərlə bağlıdır, Azərbaycanda rəhbər dairələrin dövlət, millət, xalq

haqqında düşünməmələrinin nəticəsi olmuşdur və indi biz bunların əzab-

əziyyətini çəkirik, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını arayırıq.

Güman  edirəm  ki,  vəziyyətimiz nə qədər ağır olsa da, nə qədər



____________Milli Kitabxana____________

166


faciəli bir şəraitdə yaşasaq da bədbindiyə uymamalıyıq. Azərbaycan xalqını

əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə

nikbinliklə baxması olmuşdur. Nikbinlik əhval-ruhiyyəsi, özündə olan gücü,

qüdrəti yeri gələndə son həddə qədər toplayıb hərəkətə gətirmək imkanları -

bunlar Azərbaycan xalqını həmişə ağır vəziyyətlərdən çıxarmışdır, güman

edirəm ki, indi də çıxaracaqdır. Bir sözlə, mən istəyirəm siz gənclərdə həm

düşdüyümüz vəziyyət haqqında düzgün təsəvvür olsun, həm də inam olsun,

ümid olsun, nikbinlik olsun. İnam, iradə, güc, qüdrət, daxili mənəviyyat -

bunlar bizim xalqa xas olan keyfiyyətlərdir. Buna görə də mən xalqımızın

qüdrətinə də, cəsarətinə də, mətanətinə də inanıram.

Xalqımızın gücünü bir yerə toplasaq, onun daxili mənəviyyat hissini

oyatsaq, tarixi ənənələrini və tarix boyu göstərdiyi qəhrəmanlıq nümunələrini

bu gün xalqımıza, xüsusən gənclərimizə bir daha çatdıra bilsək, şübhəsiz ki,

xalqımız birləşəcək, səfərbər olacaq, ayağa qalxacaq, birinci növbədə öz

namusunu, şərəfini qoruyacaq, öz atasının, babasının yurdunu qoruyacaq,

torpağını qoruyacaq, özünün bugünkü həyatını, gələcəyini, övladlarının,

nəvələrinin, nəticələrinin həyatını qoruyacaqdır. Mən buna inanıram. Mənim

bu fikirlərim bizim gənclərin gücünə, zəkasına, fitri istedadına və

vətənpərvərlik hisslərinə əsaslanır.

Bizim məğlubiyyətlərimizin və düşdüyümüz ağır vəziyyətin əsas

səbəblərindən biri Azərbaycanda son illər gedən ictimai-siyasi proseslər

nəticəsində gənclərimizdə (şübhəsiz ki, bir qismində) vətənpərvərlik hissinin

müəyyən qədər itməsi, ümumi milli məfhumlara biganəlik və başqa mənfi

keyfiyyətlərin meydana çıxması, bəzən geniş sirayət etməsi ilə əlaqədardır.

Bu da gənclərin özündən asılı deyil. Gənclər həmişə valideynlərinin, onları

tərbiyə edənlərin yaşadıqları mühitin təsiri altında təhsil alıblar, böyüyüblər,

tərbiyələniblər və həyat fəaliyyətinə qoşulublar. Təəssüf ki, son illərdə bu

işlərdə çox

pozuntular

olmuş, təhsil

ocaqlarımızda da işlər yaxşı

getməmişdir. Gənclərimizin tərbiyəsi işi də zəifləmişdir. Bəzi şəxslər

gənclərimizə müsbət nümunələr vermək əvəzinə, mənfi nümunələr təbliğ

ediblər. Buna görə də gənclərdə bəzən çaşbaşlıq əmələ gəlmişdir.

Güman edirəm ki, son illərlə biz hər şeyi gördük. Gənclərimiz də çox şeyi

- bəzi "yenilikləri", bəzi yeni fikirləri, əhval-ruhiyyəni daddılar. Loru dildə

desək, biz çox şeyi dişimizə vurduq və nəyin nə olduğunu artıq anlamağa

başladıq. Mənə belə gəlir ki, bu ağır dövrdən düzgün nəticələr çıxarmağın

vaxtı gəlib çatmışdır. O cümlədən gənclərin təhsili, tərbiyəsi işində, onların

mənəviyyatca formalaşmasında, həyat fəaliyyəti üçün hazırlanmasında

buraxılan səhvlərə gərək daha yol verməyək, gənclər doğru yolla getsinlər,

həyatda öz yerlərini düzgün tapa bilsinlər, həm özləri üçün, həm onları

böyüdən, yetişdirən valideynləri üçün, həm də cəmiyyət üçün, xalq üçün,

dövlət üçün faydalı ola bilsinlər.

Bu baxımdan təhsil məsələləri, şübhəsiz, çox mühüm yer tutur. Burada

çıxış edən gənclərin  nümayəndələri bir çox təkliflər




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə