MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə74/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   70   71   72   73   74   75   76   77   ...   256

____________Milli Kitabxana____________

171


hallar da olmuşdur. İndi bunlar daha çox yayılmışdır. Bunlar bizim

bəlalarımız, bizi çox narahat edən hallardır. Ancaq bununla yanaşı ümumi

nəticəni götürsək deyə bilərik ki, Azərbaycan Respublikasının gəncləri üçün

geniş miqyasda ali təhsil almaq imkanı yaranmışdır. Eyni zamanda,

xatirinizdədir, o zaman - 1972-1973-cü illərdə Azərbaycandan gənclər böyük

çətinliklə Moskva, Leninqrad, Kiyev şəhərlərinin, Rusiyanın, Ukraynanın,

Belarusiyanın, Baltikyanı respublikaların, Orta Asiya respublikalarının ali

məktəblərinə göndərilirdi. Bəlkə siz gənclər bunu bilmirsiniz, lakin mən bunu

sizə çatdırmalıyam ki, ildə 400-500-600 tələbəni - sonra isə biz bunu 800-

900-ə qaldırdıq -keçmiş Sovet İttifaqının ali məktəblərinə müsabiqədənkənar

göndərmək hüququ almaq respublikanın rəhbəri kimi mənə nə qədər böyük

çətinliklər törədirdi.

Bilirsiniz ki, müsabiqədənkənar qəbul Azərbaycan gənclərinə böyük

güzəştlər verirdi. Sübut etmək lazım idi ki, bəzi obyektiv səbəblərə görə

azərbaycanlı gənclər ümumi müsabiqə yolu ilə Moskva Universitetinin

istənilən fakültəsinə daxil ola bilmirlər. Bunu sübut etmək, buna nail olmaq

lazım idi. Biz bunu etdik. Xatirimdədir, Moskva Universitetinə ildə təxminən

150 nəfər, Leninqrad Universitetinə 100 nəfər azərbaycanlı tələbə

göndərirdik. Böyük tarixi olan Bauman adına ali məktəb var, yüksək

səviyyəli mühəndislər hazırlayan məktəbdir, - oraya, başqa institutlara tələbə

göndərirdik. Təkcə Moskvada 30-dək ali məktəbə tələbələr yollayırdıq.

Keçmiş SSRİ-nin 46-dək şəhərinin 50-yə qədər ali məktəbində bizim

tələbələr təhsil alırdılar. Bütün bunlar Azərbaycan gənclərinin təhsil

səviyyəsinin diapazonunu, yəni onun üfüqlərini nə qədər genişləndirirdi!

Moskvada işləyərkən Baykal-Amur magistralına on günlük səfərə

çıxmışdım. Xabarovsk diyarının Komsomolsk-Amur şəhərində olarkən

böyük bir mağazaya girmişdim. Oradan çıxanda mənimlə görüşmək üçün

çoxlu adam toplaşmışdı. Mənə bir neçə azərbaycanlı gənc də yaxınlaşdı. Bu,

məndən ötrü çox gözəl hadisə oldu. Onları doğma övladlarım kimi

qucaqlayıb öpdüm. Onlar da çox sevindilər və görürdüm ki, mənimlə

görüşməyi necə sevinclə gözləyirdilər. Soruşdum ki, burada nə edirsiniz,

haradan gəlib çıxmısınız. Dedilər ki, siz bizi göndərmisiniz, burada

politexnik institutunda təhsil alırdıq. Bilirsiniz, bu mənim üçün böyük hadisə

idi. Təsəvvür edin, Uzaq Şərq, Xabarovsk diyarı, Komsomolsk-Amur şəhəri,

Azərbaycanın kənd yerlərindən getmiş gənclər orada təhsil alırdılar. Mən

buna çox sevindim. Bəlkə də oranın politexnik institutunun səviyyəsi elə

bizim institutun səviyyəsindədir. Ancaq gedib başqa bir şəhərdə, uzaq

vilayətdə oxumaq, oranın mühiti, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq

məgər Azərbaycan gəncləri üçün zərərlidirmi? Yox.

Xatirimdədir. Moskvada təhsil alan azərbaycanlı gənclərlə bir neçə dəfə

görüş keçirmişdik. Belə görüşlərdən biri MXAT-ın binasında olmuşdu. O

vaxtkı ali təhsil naziri, şəhərin rəhbərləri, Moskvadakı bütün institutların

rektorları, tanınmış professorlar oraya toplaşmışdı. Salon ağzınadək do-



____________Milli Kitabxana____________

172


lu idi. Orada Cəbrayıl rayonunun dağ kəndindən olan bir gənc - adı yadımda

deyil, Moskva Universitetinin humanitar fakültələrindən birinin 4-cü

kursunun əlaçı tələbəsi idi, - rus dilində çıxış edəndə ürəyim dağa döndü. Biz

bu yoldan da istifadə etmişik və güman edirəm ki, düz etmişik. Bundan sonra

da bu yollardan istifadə etmək lazımdır. Amma indi, təsəvvür edin,

Moskvada universitetdə tələbə oxutmaq üçün nə qədər pul vermək lazımdır.

Sankt-Peterburq Universitetində də həmçinin. Bunu bilirsinizmi? Amma o

vaxtlar pul vermək söhbəti yox idi, əksinə, təhsil almağa göndərilən

azərbaycanlı tələbələr təqaüd alırdılar. Bundan əlavə, onlara maddi yardım da

göstərilirdi. Bu mütəxəssislər bizim üçün dəyərli mütəxəssislərdir. Təəssüf

ki, həmin ali məktəblərdə təhsil almış mütəxəssislərdən son illərdə səmərəli

istifadə olunmadı, onlar dağılıb hərə bir tərəfə getdi, qoyduğumuz ənənə də

müəyyən qədər pozuldu.

Biz indi başqa şəraitdə yaşayırıq. Gənclərimizi xaricə - Londona da,

Amerikaya da, Türkiyəyə də, Şərq ölkələrinə, Moskvaya, Sankt-Peterburqa

da göndərməliyik. Beləliklə də gənclərimizin təhsil diapazonunu, müxtəlif

sahələrdə mütəxəssislər hazırlanmasının diapazonunu genişləndirəcəyik və

müstəqil Azərbaycan üçün yeni intellektual nəsil yetişdirəcəyik. Bunu

etməliyik, bu bizim vəzifəmizdir. Bu sizin, bugünkü gənclərin üzərinə

düşmüşdür, siz bu proseslərin iştirakçısısınız. Ona görə də mən güman

edirəm ki, siz birinci növbədə təhsilə fikir verəcəksiniz.

Mən təhsil məsələsi üzərində çox dayandım. Çünki təhsili olmayan gənc,

şübhəsiz, həyatda lazımi yer tuta bilməz. İndi dünya mədəniyyət dünyasıdır,

intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-

texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək

təhsilə, elmə nail olmalıyıq.

Bununla yanaşı istərdik ki, gənclərimiz həm milli ənənələrimiz əsasında,

həm də bəşəri mənəvi dəyərlər əsasında əxlaq, mənəviyyat məsələlərinə çox

fikir versinlər.

Azərbaycanda gənclər arasında cinayətkarlığın artması,

əxlaq

pozqunluğunun olması, sərxoşluğa, narkomaniyaya meylin çoxalması



haqqında məlumatları ürək ağrısı ilə qarşılayırıq. Spirtli içkilərə, narkotik

maddələrə aludəlik gənclərin fiziki sağlamlığına mənfi təsir göstərir, onların

mənəviyyatını korlayır, cəmiyyətin sağlamlığını zəhərləyir. Gənclər bizim

gələcəyimizdir. Azərbaycanın gen fondu gənclərdir. Biz onları hərtərəfli

qorumalıyıq. Onlar özləri də, özlərini valideynləri də onları qorumalıdırlar.

Şübhəsiz ki, dövlət orqanları da bu mənfi halların gənclərə sirayət etməsinin

qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər. Ancaq bunlar təkcə cəza

tədbirləri olmamalıdır. Birinci növbədə profilaktik tədbirlər görülməli, təlim-

tərbiyə işləri aparılmalı, valideynlər tərəfindən, təhsil ocaqlarında gənclərin

tərbiyəsinə

ciddi fikir verilməlidir. Bunların hamısı birlikdə

şərait


yaratmalıdır ki, gənclərin arasında belə mənfi proseslər yayılmasın, onların

kökü kəsilsin. Bunlar çox təhlükəli hallardır. Əgər hər bir kəs,




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə