MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə70/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   66   67   68   69   70   71   72   73   ...   256

____________Milli Kitabxana____________

163


vaxt qırılmayıb, məni ağır imtahanlardan, əzab-əziyyətlərdən və hətta təqiblərə

məruz qaldığım ağır dövrdən də çıxarmışdır.

Mən yenidən siyasi fəaliyyətə başlamaq fikrində olmamışam, sadəcə olaraq,

Moskvada və Bakıda yaşamağım üçün şərait olmadığına görə, doğulduğum

Naxçıvan şəhərinə sığındım, orada bir müddət yaşadım. Heç bir başqa iddiam

olmadı. Orada yaşadığım dövrdən çox razıyam. Həyat şəraitim çətin olsa da,

ictimai mənəvi mühit məndən ötrü çox yaxşı idi. Çünki sadə insanların arasında

yaşayırdım, sadə, çox kasıb həyat sürən adamlarla bir yerdə idim. Əgər belə

şəraitdə yaşadığım gənclik dövrünü nəzərə almasam, bəlkə  də bu, həyatımın

mənəvi baxımdan ən zəngin dövrü olmuşdur. Ona görə də heç vaxt yenidən

Azərbaycanda dövlət vəzifəsi tutmaq fikrində və arzusunda olmamışam.

Ancaq tale belə gətirdi ki, özümdən asılı olmayaraq yenidən Bakıya gəlməli

oldum. Xalqın mənə ehtiyacı olduğunu duyarkən bu fikirdən boyun qaçırmadım.

Mən nə vəzifə tutmaq üçün, nə də Azərbaycanın dövlət başçısı olmaq üçün

mübarizə aparmamışam, indi də aparmıram. Ancaq doğrudan da, əgər indi

Azərbaycan xalqının, respublikanın mənə ehtiyacı varsa, özümü kənara çəkə

bilmərəm. Baxmayaraq ki, indi respublika dağılmış vəziyyətdədir. Təsəvvür edin

ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini

yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin.

Bəlkə də mən səhv edirəm, lakin Azərbaycan indi təxminən belə vəziyyətdədir.

Belə bir vəziyyətdə gəlib bütün məsuliyyəti öz üzərimə götürmək, şübhəsiz ki,

şəxsi nöqteyi-nəzərdən yanaşılsa, lazımlı şey deyildi.

Amma məsələyə bütünlükdə xalqın, respublikanın mənafeyi baxımından

yanaşaraq Ali Sovetin sədri vəzifəsini aparmağa etiraz etməmişəm. Indi də

prezidentliyə namizəd göstərilməyimə etiraz etmədim. Ancaq bu vəzifə üçün

mübarizə aparmıram. Mənə dedilər ki, qaydaya görə, prezidentliyə namizədliyi

göstərilən adamın vəkilləri olmalıdır. Dedim ki, mənə lazım deyil. Elə hesab

edirəm ki, əgər xalqa lazımamsa, mənim vəkilim bütünlükdə xalqdır. Yox, əgər

lazım deyiləmsə, nə ehtiyac var ki, 15-20 nəfər məni təbliğ etsin, desinlər ki,

Heydər Əliyev yaxşı adamdır, bunu edəcək, onu edəcəkdir. Bu, mənə lazım

deyildir.

Mən sizə səmimi deyirəm. İndi heç kimə heç bir vəd vermək istəmirəm. Ali

Sovetin sədri seçiləndə də məndən soruşdular ki, nə vəd edirəm? Cavab verdim

ki, mən peyğəmbər deyiləm. Azərbaycanın bu vəziyyətdən necə çıxacağını deyə

bilmərəm. Ancaq əgər mən bu vəzifəni öz üzərimə götürürəmsə, deməli,

Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını (əlbəttə, xalqla, onun ağıllı,

düşünən adamları ilə birlikdə) arayıb-axtarmağı bacararam. İndi də təkrar edirəm

ki, mən heç bir vəd vermirəm. Yalnız bir şeyi vəd edə bilərəm: Azərbaycan

xalqına, millətimə, torpağıma sadiq olmuşam və ömrüm boyu da sadiq olacəğam.

Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan

sonrakı illərini də xalqıma bəxş edirəm. Bu sözlərlə də çıxışımı bitirirəm. Sağ

olun.



____________Milli Kitabxana____________

164


RESPUBLİKA ALİ SOVETİNDƏ

GƏNCLƏRİN NÜMAYƏNDƏLƏRİ İLƏ

GÖRÜŞDƏ ÇIXIŞ

22 sentyabr 1993-cü il

Əziz dostlar, əziz gənclər, mən sizə müraciət edirəm, bütün

Azərbaycan gənclərinə müraciət edirəm. Azərbaycan torpaqlarını müdafiə

edən, qoruyan gənc əsgərlərə müraciət edirəm. Azərbaycanın doğma

övladlarına müraciət edirəm. Sizin hamınızı və sizin simanızda bütün

Azərbaycan gənclərini səmim-qəlbdən salamlayıram və bu əlamətdar

görüşümüzə görə sizə öz minnətdarlığımı bildirirəm.

Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu

günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu

gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük

rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan

dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini

qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik. Həm də

üzərinizə böyük məsuliyyət düşdüyünü sizə bildirmək istəyirəm.

İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin

bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət

kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı

həm bugünkü potensialından səmərəli istifadə etməli, həm də öz gələcəyi

haqqında düşünməlidir. Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız

körpə uşağın ilk aldımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz,

ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət

etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən - Azərbaycanın

gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət

orqanlarını formalaşdıraraq, müstəqillik prinsiplərini həyata keçirərək həm

tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir,

həm də gənclərimizə çox istinad edirik, güvənirik. Gənclərimizin həm güclü

enerjisinə, həm gələcəyə olan böyük ümidlərinə, həm də müstəqilliyin bu

günümüz, gələcəyimiz üçün dəyərli olduğunu anlamasına istinad edirik. Ona

görə də mən bugünkü görüşə çox böyük əhəmiyyət verirəm.

Bu salonda gənclərin nümayəndələri toplaşıblar. Güman edirəm ki,

dediyim sözlər tək sizə yox, bütün Azərbaycan gənclərinə çatacaq və öz əks-

sədasını verəcək, Azərbaycanın gəncləri ilə dövlət orqanları, bu orqanların

başçıları və yaşlı nəsil birləşib respublikamızı indiki ağır böhran

vəziyyətindən çıxaracaqlar.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə