____________Milli Kitabxana____________
161
linski o dövrdə böyük teatr, mədəniyyət xadimi kimi
fəaliyyət göstərərək bu
yolda öz həyatını qurban vermişsə, indi mədəniyyət xadimləri nə üçün
həyəcan təbili çalmırlar ki, mədəniyyətimiz batır, dağılır.
Deyirlər ki, sağ olsun filankəslər mədəniyyətə kömək edirlər. Lakin mən
bunu bu şəkildə qəbul edə bilmirəm. Necə yəni, dövlətin teatrı təmir etməyə
imkanı yoxdur? Bu, nə məsələdir? Mən hələ görməmişəm, deyirlər ki, ayrı-
ayrı adamlar özlərinə üçmərtəbəli bağ evləri, binalar tikdirmişlər. Allah
sağlıqlarına qismət eləsin, heç kəsə paxıllığım yoxdur. Ancaq birinci növbədə
teatr tikmək lazımdır. Xalq üçün, onun mədəniyyətinin inkişafı üçün teatrın
nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirsiniz. Bir daha deyirəm, o dövrdə,
ötən əsrin sonunda və XX əsrin əvvəlində qabaqcıl fikirli, xalqın mədəniyyəti
haqqında düşünən, həm də imkansız adamlar teatrın qayğısına qalırdılarsa,
indi dövlətin bizim əlimizdə olduğu bir vaxtda nə üçün qayğını hiss etmirik.
Hacı Zeynalabdin Tağıyevə Allah rəhmət eləsin, vaxtilə teatr binası
qoyub getmişdir. Sonra isə o bina dağıldı. İndi yenidən tikinti işləri yaxşı
gedir, ancaq binanın memarlığına baxanda narahat oldum. Axı Azərbaycanın
böyük memarlıq, rəssamlıq məktəbi var. 800-900 il bundan əvvəl
Azərbaycan memarları bütün Şərqdə məşhur olan abidələr yaratmışlar.
Əcəmi Naxçıvaninin yaratdığı abidələr təkcə Naxçıvanda deyil, Şərq
ölkələrinin bir neçəsində indi də qalmaqdadır. Şirvanşahlar sarayını tikən
memarlar öz işlərinə əsl milli təfəkkürlə yanaşmışlar. Bəs indikilər? Yeni
tikilməkdə olan teatr binasında Azərbaycan memarlığının bir nümunəsini də
görə bilmədim. Həmin binanın hansı üslubda tikildiyini başa düşmədim.
Musa Nağıyevə Allah rəhmət eləsin, bu binanı qoyub getmişdir. Gözəl
binadır. Azərbaycan xalqı ondan istifadə edir. Memarlıq baxımından burada
da qarmaqarışıqlıq çoxdur, mən bunu təhlil etmək istəmirəm. Ancaq
Azərbaycan xalqının memarlıq, incəsənət nümunələri burada çoxdur. Səhv
etmirəmsə, bu bina 1913-cü ildə tikilmişdir. Əgər Musa Nağıyev, binanı
tikdirərkən bu məsələyə fikir vermişsə, indi 1992-1993-cü illərdə tikilən yeni
bina niyə milli memarlıq üslubunda olmasın?
Güman edirəm ki, dediklərimi düzgün qəbul edəcəksiniz. Tənqidi fikirlər
çox oldu, lakin bu, ünvansız tənqiddir. Eyni zamanda, sizə də, mənə də,
başqalarına da aiddir. Bəlkə də mən özümə bəraət qazandıra bilərəm ki, on
ildən çox müddətdə burada olmamışam, ancaq fikrən burada olmuşam. Bir
sözlə, elmimiz, mədəniyyətimiz yaşamalı, inkişaf etməlidir.
Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq
istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son
qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı İqtisadiyyat
olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının
tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar,
Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu
akademiyanın çərçivəsində Azərbaycan elmi çox
inkişaf etmişdir.
Akademiyanın fəaliyyətini tənqid etmək də olar, naqis cəhət-
____________Milli Kitabxana____________
162
lər də var. Ancaq ümumən götürüldükdə şübhəsiz ki, elmin keçdiyi inkişaf
yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq
asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq,
sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi?
Əlbəttə, yox.
Son bir il ərzində akademiya haqqında fikir söyləyənlər özləri əvvəllər
akademiyada işləmiş adamlar idi. İki gün əvvəl Ziya Bünyadovla söhbət edirdim.
Dedim ki, günahlar hamısı səndədir. Çünki kimdən söz düşürsə, deyir ki, o
mənim aspirantım, laborantım olub. Dedim ki, yaxşı, o adamları sən belə
öyrətmişdin, nədir? (Salonda gülüşmə) Yeganə bir şeylə təsəlli tapır: Əbülfəz
Elçibəy deyib ki, Ziya Bünyadova dəyməyin, o mənim müəllimim olub. (Salonda
gülüşmə).
Bir daha deyirəm ki, dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix,
insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə
tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil
olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət
göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf
etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda
qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək
istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar
xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür
kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali
təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir. Şübhəsiz ki,
bazar iqtisadiyyatına keçdiyimiz indiki şəraitdə burada müəyyən çətinliklərlə
rastlaşacağıq. Ancaq güman edirəm ki, bunların öhdəsindən gələ bilərik.
Bu gün buraya, sadəcə olaraq, sizinlə görüşmək üçün gəlmişəm. Lakin
mən belə başa düşdüm ki, siz buraya prezident seçkiləri ilə əlaqədar
toplaşmısınız. Mən sizə açıq demək istəyirəm, buna inanın, dəfələrlə də
demişəm, - Azərbaycanda yenidən böyük bir vəzifə tutmaq arzusunda
olmamışam. Bilirsiniz ki, 1982-ci ilin dekabrında Azərbaycandan getmişdim.
1987-ci ilin oktyabrın sonunda tutduğum vəzifələrdən - Siyasi Büronun üzvü,
SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən azad
edilmişdim. Ondan sonrakı illər məndən ötrü ağır, çətin dövr olmuşdur.
Ancaq bu ağır, çətin dövrdən, imtahanlardan da çıxdım, iradəm qırılmadı,
əqidəmdən dönmədim.
Mənə qarşı böhtançılıq kampaniyası başlayanda bu işə qoşulanlar az idi,
xalq isə Azərbaycanda işlədiyim dövrdəki fəaliyyətimə lazımınca qiymət
verirdi. Buna görə də mən Azərbaycan xalqına minnətdaram. Düzdür, xalqın
belə nümayəndələrinin bəzən sösi çıxmırdı, bəzən onlara imkan vermirdilər.
Ancaq mən bunu qəlbən hiss edirdim. Azərbaycan xalqı məni böyüdüb, geniş
ictimai-siyasi fəaliyyətlə məşğul olmağım üçün yol açmış, uzun illər mənə
böyük etimad göstərmişdir. Həyatımın ağır dövründə də daim Azərbaycan
xalqının mənə olan müsbət münasibətini, hörmətini, uzaqda olsam da,
duymuşam, hiss etmişəm. Bu tellər heç