MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə77/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   73   74   75   76   77   78   79   80   ...   256

____________Milli Kitabxana____________

177


bi təlim keçməmiş, silahdan istifadə etməyi öyrənməmiş, onları küçədən

tutub zorla döyüşə aparırlar. Onlar isə döyüşə bilmirlər. Əlbəttə, döyüşə

bilməyən, döyüş səriştəsi olmayan adamın canını qurtarıb qaçmaqdan savayı

başqa yolu olmur. Döyüşərək özünü şəhid verən adamın həlak olması torpaq

uğrunda, xalq yolunda həlak olmaq deməkdir. Ancaq döyüş qabiliyyəti, heç

bir hərbi hazırlığı olmayan, zorla döyüş meydanına göndərilən adamın həlak

olmasının günahı komandirlərin, yaxud hərbi rəhbərlərin üzərinə düşür.

Güman edirəm ki, biz indi sizində birlikdə ordunun yaradılması ilə ciddi

məşğul olacağıq. Zənnimcə, gənclərimiz nizami ordu yaradılacağına

inanaraq, onun doğrudan da Azərbaycanı qorumaq üçün yaradılacağına

inanaraq ordu sıralarında xidmət etməyi özlərinin şərəfli vəzifəsi sayacaqlar.

Bilirsiniz ki, İkinci dünya müharibəsi zamanı çox ciddi hərbi rejim var

idi. Ordudan, cəbhədən qaçan hər bir adam ən ağır cəzaya məhkum edilirdi.

İndi respublikamız da müharibə vəziyyətindədir. Mən gəncləri cəza ilə

qorxutmaq istəmirəm, onu demək istəyirəm ki, biz nizami ordu yaradaraq

gəncləri ona cəlb etməyə çalışacağıq. Gənclərin isə vəzifəsidir ki, bu orduda

xidmət edərək öz vətəndaşlıq borclarını yerinə yetirsinlər. Əgər vətəni,

torpağı müdafiə etmək lazım gələrsə, bu işdən geri çəkilməsinlər.

Ordu ilə bağlı belə vəziyyətin səbəblərindən biri də olur ki.,

Azərbaycanda hərbi kadrlar hazırlanması ilə lazımınca məşğul olunmur. Bu

gün burada Naxçıvanski adına İxtisaslaşdırılmış İnternat-Məktəbin şagirdi

çıxış etdi. Mən ona çox böyük sevinc hissi ilə qulaq asdım. O, çox həyəcan

keçirirdi, ürək  sözlərini də həyəcanla deyirdi. Onun həyəcanla danışması

təbii idi və məni də həyəcanlandırdı.

Doğrudur, 22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki,

Azərbaycan müstəqil respublika olacaqdır. Lakin mən o vaxt Azərbaycanın

müstəqilliyi fikri ilə yaşayırdım. Amma çoxları bunu bilmirdi. O vaxtlar mən

düşünürdüm ki, gərək Azərbaycanın milli hərbi kadrları olsun. Məni belə bir

məsələ narahat edirdi: nə üçün əzəmətli sovet ordusunda Azərbaycanın

zabitləri çox azdır? Nə üçün respublikamızda azərbaycanlılardan generallar

yoxdur, yaxud da  çox azdır? Nə üçün azərbaycanlılardan sovet ordusunda

marşal rütbəsinə çatanlar olmayıb? Bax, bunlar məni çox düşündürür, çox

incidirdi.

Eyni zamanda, tarixi vərəqlədiklə görürdüm ki, vaxtilə, hələ çar Rusiyası

dövründə azərbaycanlılardan rus ordusunla böyük sərkərdələr, böyük

generallar olubdur: Əlağa Şıxlinski, Səmədağa Mehmandarov, Cəmşid

Naxçıvanski. Bir tək Naxçıvanski deyil, Naxçıvan xanlarının övladlarından

altı nəfər çar Rusiyasının ordusunda general rütbəsində çalışıbdır. Bir çoxları

da Birinci dünya müharibəsində iştirak ediblər. Azərbaycanın başqa

bölgələrindən də o vaxtlar rus ordusunda generallar olublar. Düşünürdüm ki,

indi biz böyük bir sovet ölkəsində yaşayırıq, ümumi sovet ordusu  var.

Azərbaycan sovet ordusuna ildə təxminən




____________Milli Kitabxana____________

178


altmış min nəfər əsgər göndərir. Bəs nə üçün hərbi kadrlarımız yoxdur? Bu,

məni düşündürürdü. Bununla məşğul olarkən çətinliklərlə də rastlaşdım.

Gördüm ki, bəziləri hərbi qulluğa getmək istəmirlər. Bəziləri getmək

istəyirlər, lakin rus dilini bilmirlər. Hərbi məktəblər isə rus dilindədir. Hərbi

məktəbə getmək istəyən bəzi gənclərin də fiziki hazırlığı buna imkan

vermirdi.

Təsəvvür edin, o vaxtlar Bakıda iki ali hərbi məktəb vardı: biri Ali

Ümumqoşun Komandirləri Məktəbi, o birisi isə Hərbi Dəniz Donanmasının

Ali Hərbi Dənizçilik Məktəbi idi. İkisi də yüksək səviyyəli ali məktəb idi.

Mən orada təhsil alan kursantlarla maraqlananda gördüm ki, ildə hər biri 350

nəfər qəbul edir, onların arasında Ali Ümumqoşun Komandirləri Məktəbində

cəmi beş-altı nəfər, o birisində isə bir-iki nəfər azərbaycanlı var. Mən dəhşətə

gəldim: bu məktəblər Azərbaycanda, Bakıda yerləşir, amma onlara

Rusiyadan, Ukraynadan, Belorusiyadan, hətta Ermənistandan, Gürcüstandan

gəlib qəbul edilirlər, Azərbaycanda isə azərbaycanlılar daxil olmurlar.

Bax, bu çətinlikləri aradan qaldırmaq üçün mən o vaxtlar bu ideyanı irəli

sürdüm və biz Naxçıvanski adına (adını sonralar qoyduq) ixtİsaslaşdırılmış

hərbi internat-məktəb yaratdıq ki, yeddinci sinfi bitirən gənclər orada orta

təhsilini davam etdirməklə yanaşı, hərbi təhsil alsın, fiziki cəhətdən

mətinləşsin, rus dilini öyrənsin və bundan sonra ali hərbi məktəblərə

asanlıqla daxil olmaq imkanı əldə etsinlər. Biz buna nail olduq. Yadımdadır,

76-77-ci illərdən başlayaraq, biz Sovet İttifaqının ali hərbi məktəblərinə hər il

800-900 nəfər gənc göndərirdik. Qoy təhsil zamanı onların bir hissəsi oxuya

bilməsin, bir qismi xəstələnsin və i. a., təxminən 10-15 faizi çıxa bilərdi.

Lakin hər halda ildə 700 nəfər zabit hazırlamağa imkanımız vardı.

İndi Rusiya ordusunda, Ukrayna ordusunda, Belarus ordusunda çoxlu

azərbaycanlı zabit var, orada qulluq edirlər. O vaxtlar mən bunu edirdim ki,

Azərbaycan üçün zabitlər hazırlayaq. Təəssüf ki, bu potensialdan da istifadə

etməyiblər. Məni düz başa düşsünlər, mən Azərbaycandan gedəndən sonra bu

məktəbə də diqqət çox azaldılmışdır, hətta deyirdilər ki, bu nəyə lazımdır.

Qoy kim istəyir, getsin oxusun, kim istəmir, oxumasın. Lakin bu, məcburi bir

şey deyildi.

Halbuki mən bunu ona görə edirdim ki, gənclərimizi hərbi təhsilə, hərb

elminə cəlb edim. Məktəbdə çox şey dağıdılsa da, mən sevinirəm ki, bu

məktəb fəaliyyətini davam etdirir və bizə hərbi kadrlar hazırlamaq üçün

lazımi işlər görür.

Amma bunlar azdır. Azərbaycanın müdafiə qüdrətini yaratmaq üçün,

müstəqilliyini qorumaq üçün və respublikanın müharibə vəziyyətindən

çıxması üçün ona nizami ordu lazımdır. Bu ordunun dəyərli, bilikli, savadlı

zabit heyəti olmalıdır, hərbi mütəxəssisləri olmalıdır, hərbi texnikadan

istifadə etməyi bacaran mütəxəssislər, əsgərlər, zabitlər olmalıdır. Biz bunlara

nail olacağıq. Onların hamısı isə gənclərdən olmalıdır. Ordu gənclərdən

yaradılmalıdır.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə