MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə75/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   71   72   73   74   75   76   77   78   ...   256

____________Milli Kitabxana____________

173


hər bir gənc öz həyatının timsalında bunu hiss etmirsə bütünlükdə cəmiyyət,

xalq nöqteyi-nəzərindən bu bizi ən çox narahat edən məsələdir. Biz

Azərbaycanın müstəqilliyini böyük bir nailiyyət kimi əldə saxlamaq

istəyiriksə, - bu isə bizim borcumuzdur, gənclərimizin borcudur, - buna ciddi

fikir verməliyik. Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil

dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin,

gələcəyə daha da uğurla gələ bilsin, dünya millətləri, xalqları arasında aşağı

səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.

Bundan ötrü biz gen fondu haqqında düşünməliyik. Gen fondu isə

gənclərin həm mənəvi, həm də fiziki sağlamlığıdır. Mənəvi və fiziki

sağlamlıq bir-biri ilə qarşılıqlı əlaqədədir. Çünki mənəviyyat pozulanda

gənclərin fiziki sağlamlığını da pozur. Əgər gənclər sərxoşluğa qurşanırlarsa,

şübhəsiz ki, bu, onların əxlaqsız hərəkət etmələrinə şərait yaradır, mənəviyyat

pozulur. Eyni zamanda bu, gənclərin sağlamlığını pozur. Yaxşı bilirsiniz ki,

sərxoşluğa qurşanmış gənclərdən gələcəkdə sağlam övlad törəyə bilməz,

onlar bizim nəslimizin davamçısı ola bilməz. Narkomaniyaya qurşanmış

gənclər əgər ondan müvəqqəti zövq alırlarsa belə, düşünməlidirlər ki, onlar

öz nəsillərini zəhərləyir, itirirlər. Bütün bunlar cəmiyyətimizdə ümumi

kriminogen vəziyyəti pisləşdirir.

Ona görə də həm valileynlər, həm də təhsil işi ilə məşğul olan şəxslər bu

məsələlərə ciddi fikir verməlidirlər. Ən çox isə gənclər özləri fikir

verməlidirlər. Dünya təcrübəsi, tarix əsrlər boyu göstərmişdir ki, mənəvi və

fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, ümumi saflığı, millətin bu günü və

gələcəyidir. Gen fondu haqqında düşünərkən bax, bu məsələlər bizi narhat

edir və ona görə də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm.

Bu gün mən kiçik bir statistik məlumatla tanış oldum. 1992-ci ildə cinayət

törətdiklərinə görə məhkum olunmuş şəxslərin 60 faizi 30 yaşınadək olan

gənclərdir. Deməli, gənclərin arasında cinayətkarlığın artması bütünlükdə

cəmiyyətimizlə kriminogen vəziyyəti pisləşdirən amildir. 1991-ci ilə nisbətən

ötən il gənclər arasında cinayətkarlıq 15 faiz artmışdır. Kördüyünüz kimi,

dinamika təhlükəli və dəhşətlidir. Güman edirəm ki, bugünkü söhbətimiz

həm sizdən ötrü, həm də dövlət orqanları, gənclərlə məşğul olan təşkilatlar,

təhsil müəssisələri üçün çox böyük xəbərlarlıqdır və arzu edərdim ki, bunları

nəzərə alaraq nəticə çıxarasınız.

Son illər, təxminən 1988-ci ildən bəri Azərbaycanda milli azadlıq hərəkatı

geniş yayılmışdır və bunun aparıcı qüvvəsi gənclər olmuşdur. Yadımdadır,

mən Moskvada yaşayarkən, 1988-ci ildə, Qarabağ problemi, Ermənistan

silahlı qüvvələrinin Dağlıq Qarabağa təcavüzü ilə əlaqədar olaraq təkcə

Bakıda deyil, Azərbaycanın şəhər və rayonlarının çoxunda güclü mitinqlər

keçirilirdi. Bakıda, Azadlıq meydanına yüz minlərlə adam toplaşırdı. Mənim

fikrimcə, bunlar çox müsbət hal idi ki, Azərbaycan xalqı özünün milli

cəsarətini, qüdrətini, iradəsini hakimiyyət orqan-




____________Milli Kitabxana____________

174


larına - kommunist partiyasına da, o vaxtkı Sovet İttifaqının rəhbərliyinə də

bildirirdi. Bildirirdi ki, Azərbaycan xalqı öz namusunu, şərəfini qoruya bilən,

milli azadlığa nail olmaq, torpaqlarını qorumaq istəyən xalqdır. Xalq bütün

bunları həmin mitinqlərdə nümayiş etdirirdi. Mən bunları o zaman da müsbət

qiymətləndirmişəm, indi də müsbət qiymətləndirirəm.

Yadımdadır, o vaxt Nemət Pənahov kimi gənc bir adam, - mən onu

görməmişdim, Moskvada televiziya verilişlərindən eşidirdim, qəzetlərlə

yazırdılar, - beş yüz-altı yüz min adamı milli ruhu, vətənpərvərlik ruhunu

qaldırmaq əhval-ruhiyyəsi ilə meydana toplayırdı. Bunlar tariximizin gözəl

səhifələridir. Meydanlara toplaşanların əksəriyyəti gənclər idi. Onların

arasında savadlısı da, fəhləsi də vardı. Gənclərin hamısı yekdil idi. Sonra isə,

təəssüf ki, bu proseslər müəyyən qədər mənfi xarakter daşıdı. Məlum oldu ki,

bu mitinqlərə, proseslərə qoşulan adamların bəziləri bunu şəxsi məqsədlər

üçün etmişlər. Bəziləri isə hətta cinayətkar ünsürlərə çevrildilər, gizli silah

saxlamaq, silah gücünə xalqı qorxutmaq yolu tutdular.

Onu da qeyd etmək lazımdır ki, meydanlarda, mitinqlərdə fəal iştirak

edən adamların çoxu Qarabağa döyüşə gedir, torpağımızı qoruyur, bu yolda

şəhid olurdu. Onların hamısı xalqımızın gəncləri, qəhrəman, vətənpərvər

oğulları idi. Tariximizdə də belə qalacaqlar.

Xalq Cəbhəsi də bu mitinqlər əsasında yarandı. Onun yaranması

Azərbaycan Respublikasının tarixinə müsbət hadisə kimi həkk olundu.

Şübhəsiz ki, bu da pozulmayacaq. Ancaq sonra bu proseslər şəxsi mənafe

güdməyə başlayanda savadlı, bilikli gənclər hərəkatdan kənarlaşdılar və

təəssüf ki, ümumi milli birliyimiz nozuldu. Ortada isə qanunsuz silah

saxlayanlar, ayrı-ayrı

quldur dəstələrinə qoşulanlar, mənfi fikirlərlə

yaşayanlar qaldılar. Ancaq indi də, bunu bildirmək istəyirəm, Xalq

Cəbhəsinin ətrafında toplaşmış gənclərin arasında çox sağlam fikirli adamlar

var.

Ona görə də mən bütün bu gənclərə heç də qara yaxmaq istəmirəm. Bu



gün həmin gənclərə müraciət edirəm: azadlıq, müstəqillik ideyası bizim,

xalqımızın ideyasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması

bütün xalqımızın arzusudur. Ancaq bu ideyalar, arzular, sağlam fikirlər,

sağlam


əhval-ruhiyyə əsasında birləşməlidir.

İndi isə təəssüf ki,

cəmiyyətimizdə gəncləri, bütünlükdə

xalqı istiqamətləndirmək işində,

nədənsə, müəyyən qədər ideya çaşbaşlığı var.

Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq.

Yadınızdadır, pioner var idi, komsomol var idi, bu təşkilatlar çərçivəsində

böyük işlər görülürdü. İndi bunlardan imtina etmişik, bu isə tamamilə

təbiidir. Hesab edirəm ki, müstəqil Azərbaycan Respublikası marksizm-

leninizm ideyasına bir daha qayıtmamalıdır. Ancaq eyni zamanda biz

mənəviyyatsız, ideyasız yaşaya bilmərik. İndiki ideyamız isə milli, tarixi

ənənələrimiz, millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın yaratdığı

ümumbəşəri dəyərlər əsasında - Nizami Gəncəvinin,



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə