MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə73/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   69   70   71   72   73   74   75   76   ...   256

____________Milli Kitabxana____________

169


rın çoxu institut idi. İndi onlara universitet, akademiya adı veriblər. Ancaq adı

dəyişdirməklə məzmun dəyişmir. Əgər adlar kimi məzmun da dəyişsəydi, təhsil

səviyyəsi qalxsaydı, elm səviyyəsi qalxsaydı, mən bu dəyişikliklərin hamısına afərin

deyərdim. İndi də etiraz etmirəm. Ad nə olur-olsun, əsas məzmundur. Əsas məsələ

təhsilin səviyyəsidir, nəticəsidir, o təhsil ocaqlarında elmin səviyyəsidir, elmin

nailiyyətidir. Təəssüf ki, indi bunlarla o qədər də fəxr edə bilmərik.

Son illər təhsil, elm sistemində nəinki irəliləyiş yoxdur, hətta çox hallarda geridə

qalmışıq, geriləmişik. Gənclərin təhsil alması əsas məsələdir. Çünki biz müstəqil

Azərbaycan Respublikasında bundan sonra da xalqımızın ümumi təhsil səviyyəsinin

yüksəlməsini qarşımıza əsas vəzifə kimi qoymuşuq. Ümumi təhsil məsələsi xalqın

mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir. Bu isə gənclərin

təhsili ilə - həm orta təhsili, həm də ali təhsili ilə sıx bağlıdır. Ona görə də biz bu

sahəyə çox fikir verməliyik. Güman edirəm ki, gənclərimiz özləri də çalışacaqlar ki,

bütün imkanlardan istifadə edib yaxşı təhsil alsınlar.

Gənclər arasında son vaxtlar elə bir təbəqə yaranıb ki, təhsil onları o qədər də

maraqlandırmır, mədəniyyət də maraqlandırmır. Nədənsə, çox əcaib adət-ənənələr

meydana çıxıb ki, nə qədər mədəniyyətsiz olsan, ədəbsiz olsan, kobud danışsan, bəzən

hətta ədəbsiz  sözlər də işlətsən, o qədər də qəhrəman görünərsən, başqalarından

seçilərsən. Bunlar dövrün bəlalarıdır keçib gedən hallardır. Bu adətlər, belə hallar

uzun sürə bilməz, yaşaya bilməz.

Əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində

qurulmuşdur, yüksək tərbiyə üzərində qurulmuşdur. Mən bizim gənclərimizi də bu

yola dəvət edirəm. Güman edirəm ki, müstəqil Azərbaycan Respublikası gənclərinin

yolu da bu yoldur, onlar bu yolla getməlidirlər. Biz də bu yolla getməkdə sizə kömək

edəcək, şərait yaradacağıq.

Təhsil haqqında danışarkən istərdim ki, həm orta məktəblə, həm də ali məktəbdə

təhsil alan gənclərimiz dünya elminin, dünya mədəniyyətinin əldə etdiyi dəyərlərlə

nəinki tanış olsunlar, habelə onu mənimsəməyə şərait yaradılsın, Azərbaycanda milli

azadlıq hərəkatı meydana çıxandan sonra, müstəqillik meylləri artandan sonra hakim

vəzifələrlə olan adamların siyasəti bir müddət bundan ibarət olub ki, Azərbaycan elə

tək Azərbaycandır, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır.

Azərbaycanlılıq bir ondan ibarət olub ki, kim elə Azərbaycan dilini bilirsə-hətta o

qədər də yaxşı bilmirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, bu, elə əsl

azərbaycanlıdır. Ancaq azərbaycanlı əgər öz ölkəsini, öz xalqını bilirsə, öz

mədəniyyətini bilirsə, eyni zamanda dünya mədəniyyətini bilirsə, bəziləri bunu mənfi

bir şey kimi qəbul ediblər. Mən belə hallarla rastlaşmışam.

Siz bilməlisiniz ki, bu XX əsrdə Azərbaycanın inkişafı Rusiya ilə bağlı olmuşdur.

Avropa elmi, Avropa mədəniyyəti Rusiyadan Azərbaycana gəlmişdir. Mən XX əsri

deyirəm, elə XIX əsrdə də belə idi. Müstəqillik haqqında  çox cılız çıxışlar edib,



____________Milli Kitabxana____________

170


müstəqilliyi yalnız milli məhdudiyyətdə görən adamlar belə hesab edirlər ki,

hər şey elə təkcə Azərbaycan miqyasında olmalıdır. Ancaq onlar unudurlar

ki, müstəqil Azərbaycan dövlətinin ilk yaradıcılarının (1918-ci ildə

Azərbaycan Demokratik Respublikasını yaradanların) hamısı Rusiyada təhsil

almış adamlar idi. Bizim böyük yazıçılarımızın, şairlərimizin,

bəstəkarlarımızın əksəriyyəti Rusiyada, Avropada təhsil almış adamlar idi.

Böyük bəstəkarımız Üzeyir Hacıbəyəv Sankt-Peterburq Konservatoriyasını

bitirməsəydi, ola bilərdi ki, o klassik musiqinin Azərbaycan, Şərq musiqisi ilə

sintezini yaradıb dünyaya belə gözəl, klassik milli əsaslar üzərində

bəstələnmiş musiqi nümunələri, operalar, simfoniyalar təqdim edə bilməzdi

və xalqımızı ucalda bilməzdi. həm elm sahəsində, həm təhsil sahəsində,

ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din

sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək

gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır. "Dünya" deyəndə

isə bütün dövlətlər nəzərdə tutulur. Orada Rusiya da var, Ukrayna da var,

Almaniya, Fransa, Amerika da var, Şərq ölkələri - İran, Türkiyə, ərəb ölkələri

də var, Hindistan, Çin də var.

XX əsrdə - yaşadığımız bu dövrdə bunlardan məhrum olmağımız

şübhəsiz ki, bizim üçün böyük itkidir. Eyni zamanda bu dövrdə bizim üçün

nəinki cığır, hətta geniş yol olubdur. Biz dünya mədəniyyətinə, dünya elminə

Rusiya vasitəsilə, rus dili vasitəsilə, rus mədəniyyəti vasitəsilə çıxmışıq. İndi

bunlardan imtina etmək lazım deyil. İndi biz eyni istiqamətdə həm Fransada,

həm İngiltərədə, həm Amerikada olan elm, təhsil ocaqları ilə əlaqəyə

kirməliyik. Türkiyə ilə əlaqələrimiz çox genişlənibdir. Bundan istifadə

etməliyik.

Şərq aləmini bilmək üçün İranla da çox böyük imkanlar var, bunlardan

istifadə etməliyik. Ərəb ölkələrindən də istifadə etməliyik. Lakin bu o demək

deyildir ki, Rusiya kimi böyük dövlətin imkanlarından, iki əsr boyu

Azərbaycanın mədəniyyətini zənginləşdirən böyük yollan imtina etməliyik.

Bu, düzgün olmazdı. Ona görə də indi gərək bu məsələlərə həqiqət, gerçəklik

baxımından yanaşaq. Bu da ondan ibarətdir ki, milli ənənələrimizi əsas

götürərək, ümumbəşəri dəyərləri gənclərimizə çatdırmalıyıq.

Yaxın keçmişdə bu sahədə az iş görməmişdik. Xatirinizlə olmalıdır,

Azərbaycanda ali təhsilin inkişafı üçün 70-ci illərlə çox işlər gördük. Həmin

müddətdə beş yeni ali məktəb yaradıldı. Ali məktəblərin maddi-texniki

bazasının inkişafı üçün çox işlər görüldü: universitet, neft-kimya institutu,

tibb institutu və başqa instiqutlar üçün binalar tikdik. Gəncədə Texnologiya

İnstitutu açıldı. Həmin institut Azərbaycan Respublikasında bir çox sahələr

üçün mütəxəssislər hazırlamaqdan ötrü nə qədər böyük imkanlar yaratdı.

Tələbələr üçün yataqxanalar tikildi, universitet, başqa ali məktəblər üçün

cihazlar, başqa müxtəlif ləvazimat alınıb gətirildi. Bütün bunlar

Azərbaycanda ali təhsilin səviyyəsini yüksəltməyə imkan verdi.

Düzdür, ali  məktəblərimizdə mənfi hallar, bizi narahat edən



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə