MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə81/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   77   78   79   80   81   82   83   84   ...   256

____________Milli Kitabxana____________

187


Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mərd və igid

oğulları, qəhrəman döyüşçüləri torpaqlarımızın müdafiə olunmasında şücaət

nümunələri göstəriblər, canlarını fəda ediblər, şəhid olublar. Biz çox qurbanlar

vermişik. Düzdür, məğlubiyyətə də uğramışıq, torpaqlarımız da əldən gedibdir.

Hər bir Azərbaycan vətəndaşını itirməyimiz bizim üçün ağır bir yaradır. Ona görə

də bu gün biz burada toplaşıb, Azərbaycan Respublikasının bugünkü vəziyyəti

haqqında söhbət apararkən, danışarkən, şübhəsiz, Azərbaycan Respublikasının

müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiə olunması, qorunması

uğrunda canlarını fəda etmiş, şəhid olmuş adamları yada salmalıyıq. Onların

xatirəsi qəlbimizdə əbədi olaraq yaşamalıdır. Odur ki, xahiş edirəm, gəlin,

şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə

rəhmət eləsin, qəbirləri nurla dolsun.

Biz faciəli bir dövrdə yaşayırıq. Lakin bu faciə, uğursuzluqlar Azərbaycan

xalqının iradəsini qırmayıb. Xalqımızın gücü və iradəsi var və əmin ola bilərsiniz

ki, xalq gücünü toplayacaq, birləşəcək, öz torpaqlarını qaytaracaq, işğal olunmuş

torpaqlardan erməni silahlı qüvvələri qovulacaq və Azərbaycan Respublikasının

ərazi bütövlüyü təmin ediləcəkdir. Biz nəyin bahasına olursa-olsun, bu məqsədə

çatmalıyıq. Əmin olun ki, həyatımıi son dəqiqəsinə qədər, son nəfəsimədək bu

yoldan dönməyəcəyəm.

Son illər Respublikamızla gedən ictimai-siyasi proseslər, torpaqlarımızın

müdafiəsində uğursuzluqlar bəzi adamlarla inamsızlıq yaradıb, bəzilərində ruh

düşgünlüyü əmələ gətirib və ən dəhşətli hal bundan ibarətdir ki, təəssüflər olsun,

xalqımız arasında parçalanma gedib, xalqımız birləşmək əvəzinə bəzi qüvvələr

tərəfindən müəyyən qarşıdurma həddinə gəlib çıxıbdır. Ona görə də bu ağır

iqtisadi-sosial böhrandan, ictimai-siyasi böhrandan çıxmaq üçün, Azərbaycanın

suverenliyini, müstəqilliyini qorumaq üçün, işğal olunmuş torpaqlarımızı geri

qaytarmaq üçün, Azərbaycan Respublikasını bundan sonra etibarlı müdafiə etmək

üçün xalqımız birləşməlidir. Bütün siyasi qüvvələr, bütün şəxslər, hörmətli

adamların hamısı gücünü, biliyini, zəkasını birləşdirib, öz fəaliyyətini xalqın bu

ağır vəziyyətdən çıxmasına yönəltməlidir.

Biz də indi bizə göstərilən etimadı doğrultmağa, siyasi mənsubiyyətindən,

dünyagörüşündən, başqa səbəblərdən asılı olmayaraq, xalqın bütün qüvvələ-rini

birləşdirib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa çalışacağıq. Buna əmin

ola bilərsiniz!

Bu imkandan istifadə edərək üzümü bütün Azərbaycan vətəndaşlarına

tutub bir söz demək istəyirəm: gəlin çalışaq ki, xalq birləşsin, xalq öz gücünü

bir yerə cəmləşdirsin, bütün vətəndaşlar bir olsun, ağır vəziyyətdən əl-ələ

verib birlikdə çıxaq və bundan sonra müstəqil Azərbaycan Respublikasının

gələcək işləri ilə məşğul olaq.

Biz Azərbaycanda müxtəlif siyasi partiyaların, siyasi təşkilatların

fəaliyyətinin bundan sonra da  davam etməsinə şərait yaradacağıq. Mən

xalqın birləşməsi haqqında öz fikirlərimi sizə çatdırarkən bunu xüsusi qeyd

etmək istəyirəm. Çünki indi Azərbay-



____________Milli Kitabxana____________

188


canda bir çox partiyalar, ayrı-ayrı siyasi qruplar, ayrı-ayrı ictimai təşkilatlar var.

Şübhəsiz ki, hər bir partiyanın, hər bir təşkilatın özünə aid, özünə məxsus

proqramı var, istiqaməti var. Lakin hamı üçün bir istiqamət olmalıdır:

Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq,

Azərbaycan Respublikasında siyasi sabitlik yaratmaq, qanun-qayda yaratmaq və

Azərbaycan Respublikası vətəndaşlarının rahat yaşaması üçün şərait yaratmaq.

Bu sahədə görüləsi işlər çoxdur. Özünüz də hiss edirsiniz ki, son dövrdə

respublikamızda qanun pozğunluğu, cinayətkarlıq, ayrı-ayrı mafioz qrupların

cinayətkar fəaliyyəti həm ictimai-siyasi sabitliyi pozmuş, həm də Azərbaycan

Respublikasının müdafiə qüvvələrini zəiflətmişdir.

Ona görə də bütün siyasi qüvvələr, siyasi partiyalar, ictimai təşkilatlar öz

proqramları, öz yolu ilə gedərkən bir məqsədi unutmamalıdırlar. Bu da ondan

ibarətdir ki, indi Azərbaycanda siyasi sabitlik, ictimai sabitlik yaratmaq,

cinayətkarlara qarşı mübarizə aparmaq, əmin-amanlıq şəraiti yaratmaq lazımdır,

Azərbaycan Respublikasının müdafiə qüvvələrini, müdafiə imkanlarını

möhkəmlətmək gərəkdir. Hər bir azərbaycanlı, hər bir Azərbaycan gənci gərək

torpaqlarımızı qorumağa hazır olsun, özünü bunun üçün hazırlasın. Biz işğal

olunmuş torpaqlarımızı geri qaytarmalıyıq. Müstəqil dövlət kimi öz dövlətimizin

hüdudlarını qorumalıyıq, öz müstəqilliyimizi qorumalıyıq. Əgər bunları biz

özümüz qorumasaq, heç kəs bizim üçün qorumayacaqdır. Bu, bizim üçün ən

şərəfli və ən ümdə vəzifələrdən biridir.

Bu baxımdan son vaxtlar respublikamızda gedən bir proses haqqında da

sizə məlumat vermək istəyirəm. O da bundan ibarətdir ki, son bir ay ərzində

müstəqil Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil

olub-olmaması məsələsi geniş müzakirə olunmuşdur. Bildiyiniz kimi, bu,

böyük məsələdir. Respublikada son dövrdə son bir ildə bu barədə eyni fikir

olmamışdır, bəzi qüvvələr belə hesab edirdilər ki, Müstəqil Dövlətlər

Birliyinə daxil olmaq lazımdır. Bəzi qüvvələr bunun əksinə çıxmışdır. Ancaq

biz keçmiş dövrü geniş təhlil edib araşdırandan sonra belə fikrə gəldik ki,

Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olmalıdır. Elə təkcə sizin

zavodun timsalında yox, Bakıda, bütün Azərbaycanda

olan sənaye

müəssisələrinin işinin timsalında da Azərbaycanın MDB-dən kənarda

olmasına görə, başqa respublikalarla iqtisadi əlaqələrin kəsilməsinə və ya

məhdullaşmasına görə nə qədər zərər çəkdiyimiz göz qabağındadır. Bunu siz

məndən də yaxşı bilirsiniz. Ancaq bizim MDB-yə daxil olmağımız təkcə

iqtisadi inteqrasiya məqsədi daşımır, bunun başqa böyük səbəbləri də var.

Zənnimizcə, bunların hamısı birlikdə Azərbaycan Respublikasının gələcək

inkişafı üçün faydalı olacaqdır.

Sentyabrın 24-də Azərbaycanın nümayəndə heyəti respublikamızın

MDB-yə daxil olması haqqında sənədlər imzalamışdır. İndi Azərbaycan

Respublikası artıq MDB-nin üzvüdür. Güman edirəm ki, siz bu addımımızı

müdafiə edəcəksiniz. Çünki bilin və inanın ki, bu addım Azərbaycan

Respublikasının müstəqilliyinə heç




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə