MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə84/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   80   81   82   83   84   85   86   87   ...   256

____________Milli Kitabxana____________

193


bilərik, qanunu da poza bilərik, bir sözlə, hər şey edə bilərik".

Məclisin bəzi üzvləri çıxış edib dedilər ki, Xalq Cəbhəsinin üzvləri bu

salonda adamları döyüblər, söyüblər, təhqir də ediblər, qanunsuz olaraq həbsə

də alıblar. İndi siz siyahı çıxarıb deyirsiniz ki, min nəfər adam işdən qovulub.

Mən bilmirəm, bu, düzdür, ya yox. İnanmıram buna, Xalq Cəbhəsi

adamlarının əksəriyyəti iş başındadır. Bəziləri vəzifələrini, özləri demişkən,

dondurdular. Bu, onların öz işidir. Elə dondurublar ki, hələ indiyədək bunun

içərisindədirlər. Yenə deyirəm, bu, onların öz işidir, amma əksəriyyəti iş

başındadır, işləyir.

Bəs siz hakimiyyət başına gəldikdə nə işlər gördünüz? Adamların başına

nə işlər gətirdiniz; nə oyunlar açdınız? İşdən də çıxartdınız, həbs də elədiniz,

döydünüz də, söydünüz də. Mən demirəm ki, indi onları təkrar etmək

lazımdır, yaxud da kimsə təkrar edirsə, mən ona bəraət qazandırıram, - xeyr,

belə deyildir. Mən ona da nifrət edirəm, indi qanunları pozanlara da . Onun

da əleyhinəyəm, bunun da . Amma siz elə bilirsiniz ki, tutduğunuz əməllərin

hamısı qanunidir, sizin buna haqqınız vardı. Lakin indi sizin qeyri-qanuni

hərəkətlərinizi bir balaca qanun çərçivəsinə qoymaq istədikdə dünyaya car

çəkirsiniz ki, burada qanun pozulur, insan hüquqları, demokratiya pozulur..

Siz nə desəniz də, nə etsəniz də, bilin ki, mən qanunun və insan

hüquqlarının pozulmasının əleyhinəyəm. Amma siz də bilin ki, qanun nə

deməkdir, qanunun hüdudu haradadır, insan hüquqlarının həddi haradadır.

Bunları bilin və özünüzü ərköyün uşaq kimi aparmayın, özünüzə istisna

səlahiyyət tələb etməyin, bunlar doğru deyildir.

O ki qaldı Xalq Cəbhəsinin bağlanmasına, İbrahim İbrahimovun Milli Məclis

üzvlüyündən çıxarılmasına, Xalq Cəbhəsinin iqamətgahına dair burada irəli

sürülən təkliflərə, yenə deyirəm, hər adamın öz təklifini verməyə haqqı var.

Məsələn, mən belə təkliflərin müzakirəyə qoyulmasına tərəfdar deyiləm. Ona

görə yox ki, İbrahim İbrahiməv deyir: "Məni heç kəs məclis üzvlüyündən çıxara

bilməz". Hamını çıxara bilərlər. Buradan məni də çıxara bilərlər, sizi də çıxara

bilərlər. Məclis istəsə, deməli, çıxarılmalıdır. Bu, məclisin səlahiyyətinə daxildir.

Ancaq mən belə hesab edirəm ki, bu məsələləri müzakirəyə qoymağa ehtiyac

yoxdur. Çünki bunlar bizim məclisin ab-havasına, ictimai ab-havaya xeyir

gətirməz. Biz bir-birimizlə fikir mübadiləsi aparmalıyıq. Əgər istəyirsinizsə, lap

fikir mübarizəsi aparaq. Amma zorla, qol gücünə mübarizə yox. İfadəmə görə üzr

istəyirəm, həyasızlıq mübarizəsi yox. Amma təəssüflər olsun ki, qanun

pozğunluğu, insanları təhqir etmək, onlara təzyiq göstərmək, hər cür nalayiq

sözlər demək Xalq Cəbhəsinin "Cəbbəxanasında", onun adət-ənənələrində

möhkəm yer tutub. Mən bunu tam cəsarətlə deyirəm. Bunların hamısını

Naxçıvanda görmüşəm. Bəli, hamısını. İbrahim bəy, siz də bilirsiniz ki, bunların

hamısını sizində birlikdə görmüşük. Mən hələ burada olan şeyləri demirəm -

bunları televiziya ilə görmüşəm. Ona görə də belə hesab edirəm ki, bu məsələləri

müzakirəyə qoymağa ehtiyac yoxdur.

Lakin burada deyilən bir fikirdə müəyyən qədər məntiq var. O da



____________Milli Kitabxana____________

194


bundan ibarətdir ki, biz çoxpartiyalılıq tərəfdarıyıq. Partiyalar çoxdur, 40

partiya var. Qoy lap 45 olsun. Əgər Xalq Cəbhəsi, doğrudan da , istəyirsə ki,

Azərbaycanın siyasi həyatında yer tutsun, qoy onda partiyaya çevrilsin. Mən

bir neçə dəfə demişəm ki, Xalq Cəbhəsi yarandığı dövrdən onun fəaliyyətinə

və Azərbaycan Respublikasının tarixində tutduğu yerə, Azərbaycanda azadlıq

hərəkatında iştirakına hörmətlə yanaşıram. Əvvəllər dediyim kimi, bu,

mənim fikrimdir. O dövrdə Nemət Pənahovun başçılığı ilə Azadlıq

meydanında keçirilən izdihamlı mitinqlər xalqın iradəsini ifadə edirdi. Bu,

Xalq Cəbhəsi deyildi. Xalq Cəbhəsi ondan sonra yarandı. Bunların hamısı

xalqın özündən, onun ürəyindən gələn duyğular idi, fikirlər idi, istəklər idi.

Onda xalq oyanırdı, ayağa qalxırdı. Qarabağ hadisəsi ilə əlaqədar olaraq,

torpaqlarımızın qorunması, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə

əlaqədar olaraq baş qaldİran duyğular, niyyətlər idi. Yaxud, 1990-cı ilin yanvar

hadisələrini götürək. Xalqın o vaxtkı rejimə nifrəti, etirazı adamları bu

meydanlara toplayırdı. Burada Xalq Cəbhəsinin də rolu vardı, onun da xidməti

vardı. Bunlar inkarolunmazdır. Amma siz özünüz-özünüzü içinizdən yediniz.

Xalqı ayaqa qaldıran Nemət Pənahov kimi adamı özünüzə düşmən etdiniz. Nə var

ki, o, sizin bəzi fikirlərinizlə razı deyildi. Bu, demokratiya idi? Axı demokratiya

deyildi.

Mən öz fikrimi deyirəm. Məclis üzvlərinin bəzilərinin başqa fikri ola bilər.

Əlbəttə, hərənin öz fikri var. Mən bütün bunları Azərbaycan tarixində böyük

hadisələr kimi qiymətləndirirəm. Bir Azərbaycan vətəndaşı kimi, belə hesab

edirəm ki, bunlar inkarolunmaz faktlardır. Lakin bunlar nə təkcə Əbülfəz

Elçibəyin, nə İbrahim İbrahimovun, nə də başqasının fəaliyyəti deyildir. Bu,

xalqın Milli-azadlıq hərəkatının təzahürü idi və Azərbaycan xalqının tarixində

qalacaqdır. Buna şübhə yoxdur.

Lakin iş burasındadır ki, Xalq Cəbhəsini yaradan adamlar dağılıblar. Bir

hissəsi özünə partiya yaralıb. Məsələn, Etibar Məmmədov da Xalq Cəbhəsinin

yaradıcılarındandır, bu gün isə Milli İstiqlal Partiyasının başçısıdır. Rəhim

Qazıyev də Xalq Cəbhəsini yaradan adamlardandır, indi qaçıb orda-burda

gizlənir. Qəhrəman adı alıb, gecə-gündüz şərəfdən, namusdan, qeyrətdən danışır,

hamını da  qorxudurdu. Əgər günahın yoxdursa, niyə qaçıb gizlənirsən, gəl ədalət

mühakiməsi qarşısında cavab ver. Amma qaçıb gizlənir. Bəzi adamlar da ona

havadarlıq edib gizlədirlər. Amma bunun sonu yoxdur. O da Xalq Cəbhəsini

quran adamlardandır. Nemət Pənahov da, Əbülfəz Elçibəy də Xalq Cəbhəsini

yaradan adamlardandır. İbrahim İbrahimov və başqaları sonradan meydana

gəldilər. Mən bunun tarixini müəyyən qədər bilirəm. O mitinqlərdə Sabir

Rüstəmxanlı da  çıxış edirdi, onun da xidmətləri vardı. Nə isə, indi hərə bir

partiya yaradır. Elə Sabir Rüstəmxanlının da partiyası var. Sizin də bir partiyanız

olsun, heç kəs etiraz etmir. Amma Xalq Cəbhəsi öz tarixi mərhələsini keçib

gedibdir. Siz bunu anlamalısınız.

Siz ya bir siyasi partiya formasında olmalısınız, ya da  özünüz

düşünməlisiniz ki, nə etmək lazımdır. Xalq Cəbhəsi daha əvvəlkitək fəaliyyət

göstərə bilmir. Mən Xalq Cəbhəsinin nə bağlanma-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə