MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə82/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   78   79   80   81   82   83   84   85   ...   256

____________Milli Kitabxana____________

189


bir zərər gətirməyəcəkdir. Bu addım Azərbaycan Respublikasının yenidən

başqa bir dövlətin təsiri altına düşməsinə, yaxud başqa bir dövlətin tərkibinə

daxil

olmasına şərait yaratmır.



Əksinə, bu addım Azərbaycan

Respublikasının bir müstəqil dövlət kimi ərazi nöqteyi-nəzərindən və tarixi

ənənələrə görə başqa müstəqil dövlətlərlə yaxın iqtisadi, elmi, texniki, insani

əlaqədər saxlaması üçün şərait yaradır. Güman edirəm ki, siz bu fikirlərlə

razısınız və bizim bu mövqeyimizi müdafiə edəcəksiniz.

Burada çıxış edən natiqlər və buraya toplaşan dostlarımız, bacılarımız,

qardaşlarımız böyük ümidlərlə yaşayırlar. İnanırlar ki, Azərbaycan bu ağır

vəziyyətdən çıxacaqdır. İstəyirlər ki, Azərbaycan bu böhran vəziyyətindən

çıxsın. Hamının ürəyində böyük arzular var. Ən böyük ümid, ən böyük arzu

ondan ibarətdir ki, Azərbaycan müharibə vəziyyətindən çıxsın. Biz bunun

üçün lazımi tədbirlər görürük. Bilirsiniz ki, bəzi diplomatik tədbirlərimiz

nəticəsində son vaxtlar döyüş bölgələrində atəşin dayandırılmasına nail

olmuşuq. Moskvada apardığımız danışıqlar nəticəsində atəşin dayandırılması

müddətinin daha bir ay uzadılmasına müvəffəq olmuşuq. Bunun üçün indən

sonra da lazımi tədbirlər görüləcəkdir. Biz də bu ümidlərlə yaşayırıq ki,

Azərbaycan bu ağır vəziyyətdən tezliklə çıxsın, böhran vəziyyətindən,

müharibə vəziyyətindən çıxsın, xalq rahat yaşasın, özü üçün yaxşı gələcək

qura bilsin.

Əlbəttə, biz çalışacağıq ki, sizin bu ümidləriniz çin olsun. Biz çalışacağıq

ki, bu arzularınız həyata keçsin. Əmin olun ki, şəxsən mən bundan ötrü bütün

imkanlarımdan istifadə edəcəyəm. Dəfələrlə demişəm və bir daha qeyd

edirəm: mənim həyatım xalqa məxsusdur, xalqın ixtiyarındadır və bundan

sonra da bütün həyatımı xalqa həsr etməyə hazıram, həyatımın qalan

hissəsini də sizə və bütün Azərbaycan xalqına bəxş edirəm.

Mən Ali Sovetin sədri kimi, belə bir məsuliyyəti öz üzərimə götürmüşəm.

İndi isə siz məni Azərbaycan prezidenti vəzifəsinə namizəd göstərmisiniz.

Belə bir məsuliyyəti üzərimə götürərkən sizə güvənirəm. Şübhəsiz ki, mənim

biliyim, təcrübəm Azərbaycan xalqı üçün gərəklidir. Lakin mən biliyimdən,

təcrübəmdən səmərəli istifadə etmək üçün xalqa güvənirəm, hər bir

Azərbaycan vətəndaşına güvənirəm. Əmin olun ki, indiyədək olduğu kimi,

bundan sonra da ana torpağıma, vətənimə, doğma Azərbaycana, Azərbaycan

Respublikasının xoşbəxt gələcəyinə sadiq olacağam.

Eyni zamanda əmin etmək istəyirəm ki, sizin köməyinizlə, sizinlə

birlikdə, birləşərək bu etimadınızı doğrulda bilərəm. Çalışacağam ki,

doğruldum. Yenə də deyirəm, mən sizə güvənirəm, sizə arxalanıram, mən

sizinlə bərabərəm və sizinlə də bərabər bütün çətinliklərdən çıxıb xoşbəxt

gələcəyə getməyə hazıram.

Mənə göstərdiyiniz etimad üçün minnətdaram və sizi əmin edirəm ki, bu

etimadınıza daim sadiq olacağam. Sağ olun.



____________Milli Kitabxana____________

190


AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN İCLASINDA

RESPUBLİKADA QANUNSUZ HƏBSLƏR

OLUB-OLMAMASI HAQQINDA MƏSƏLƏNİN

MÜZAKİRƏSİ İLƏ BAĞLI ÇIXIŞ

29 sentyabr 1993-cü il

Bu məsələni Milli Məclisin səviyyəsinə qaldırmaq və daxili işlər

nazirinin, milli təhlükəsizlik nazirinin, baş prokurorun birinci müavininin

məlumatlarını burada dinləməyin özü demokratiyanın çox güclü təzahürüdür.

Təsəvvür edin, başqa bir yerdə deməyə imkanınız olmayan sözləri burada

deyirsiniz. Bu imkanı da sizə mən yaradıram. Bunu bütün respublika eşidir.

Siz orada mətbuat konfransı keçirmisiniz və öz fikrinizi 30-40 jurnalistə

demisiniz, xarici ölkələrə məlumat vermisiniz. İndi isə bunu bütün dünya

eşidir, respublika eşidir. Əgər mən başqa fikirdə olsaydım, onda bu məsələni

heç müzakirəyə çıxarmazdım. Srağagün biz nazirin məlumatını dindədik.

Sonra mən daxili işlər nazirini də, milli təhlükəsizlik nazirini də, baş

prokurorun birinci müavinini də çağırmışdım. Onlar yazılı məlumat verdilər.

Həmin məlumatlar buradadır. Bunlarla kifayətlənib, müəyyən göstərişlər

vermək olardı. Əgər biz bu məsələni belə geniş miqyasda müzakirəyə

çıxarırıqsa və bütün əhaliyə imkan yaradırıqsa ki, bu məsələyə

münasibətimizi bilsin, elə bunun özü sözün əsl mənasında ən geniş və əyani

demokratiyadır.

Amma bəla burasındadır ki, bizim məclisin üzvü İbrahim bəy kimi

adamlar, - bu, Xalq Cəbhəsinin ən böyük bəlasıdır, - belə hesab edirlər ki,

onlar Azərbaycanda demokratiyanın Allahıdırlar, dedikləri Quran ayəsidir,

yalnız və yalnız onlar demokratik adam ola bilərlər, başqaları əsla ola bilməz

onların gördüyü bütün işlər demokratik işlərdir. Bu, sizin



bədbəxtliyinizdir, İbrahim bəy. Mən sizə dəfələrlə demişəm, bəzən mənim

sizə yazığım gəlir. Ona görə ki, siz özünüz haqqında elə fikirdəsiniz ki, guya

siz böyük hünər göstərib, dağı-dağ üstə qoymusunuz. Axı belə deyil! Yoxsa,

yeddi milyon əhalisi olan Azərbaycanda təkcə siz demokratsınız, qalan

hamımız antidemokratıq? Qanun tərəfdarları tək bir siz oldunuz, qalanların

hamısı konstitusiyanın əleyhinə çıxan adamlardır? Axı belə olmaz! Bu

iddialardan əl çəkin.

Mən Ali Sovetin sədri kimi Milli Məclisin iclasını apararkən şərait

yaradıram ki, burada hərə öz fikrini desin. Amma bu o demək deyil ki,

burada böhtanlar atasınız, başqa adamlar haqqında hökmlər verəsiniz. Daxili

işlər naziri çıxış edib öz fikrini deyir ki, Xalq Cəbhəsi bağlanmalıdır. Siz də

sübut edin ki, yox, bağlanmamalıdır. Bax budur, fikir müxtəlifliyi. O deyir ki,

İbrahim İbrahimov məclis üzvlüyündən çıxarılmalıdır. Bunu deməyə onun

haqqı var. Siz isə özünüzü müdafiə edin. Yoxsa du-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə