MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə79/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   75   76   77   78   79   80   81   82   ...   256

____________Milli Kitabxana____________

181


ki, əgər ADR yaşamış olsaydı, bu əlaqələr daha da genişləndirilərdi. İndi

Azərbaycan Respublikası da bir müstəqil dövlət kimi öz müstəqilliyini təmin

etmək üçün həm ikitərəfli müqavilələr bağlamalıdır, həm də ayrı-ayrı bloklara,

ayrı-ayrı qruplara daxil ola bilər. Odur ki, Azərbaycanın MDB-yə girməsi,

şübhəsiz, Azərbaycanın tam xeyrinə olan addımdır və güman edirəm ki, əhalinin

və parlament üzvlərinin əksəriyyətinin bu barədə fikri Azərbaycanın gələcəyi

üçün əhəmiyyətlidir.

Biz parlamentin son iclasında, yəni ayın 20-də Azərbaycanda fövqəladə

vəziyyət rejiminin götürülməsi haqqında qərar qəbul etdik. Bu gündən

respublikada fövqəladə vəziyyət rejimi götürülübdür. Biz bu qərarı ona görə

qəbul etdik ki, son aylarda görülmüş tədbirlər nəticəsində Azərbaycan

Respublikasında daxili sabitliyin təmin olunmasına şərait yarandığına inanırıq.

Bu qərarı qəbul etməklə, adamların həyatındakı bu məhdudiyyəti götürməklə

yanaşı, cəmiyyətimizdə nizam-intizamın möhkəmlənəcəyinə ümid bəsləyirik.

Bunun üçün hər bir vətəndaşın qanun-qaydaya riayət edəcəyinə inanırıq.

Fövqəladə vəziyyət rejiminin götürülməsi hüquq-mühafizə orqanlarının işinin

bundan sonra daha da möhkəmlənməsini tələb edir. Lakin yaxşı olardı ki,

vətəndaşların özləri hüquq normalarına, dövlətin qayda-qanunlarına, dövlət

intizamına riayət etsinlər. Onlar elə etsinlər ki, biz bir daha fövqəladə vəziyyət

rejiminə dönməyək.

Düzdür, müharibə aparan respublika üçün, dövlət üçün fövqəladə vəziyyət adi

bir haldır. Bəziləri bizdən tələb edirlər ki, respublikada hərbi vəziyyət elan edək,

bir çox şeylərə məhdudiyyət qoyaq. Lakin biz demokratik prinsiplər yolu ilə

getdiyimizə görə və bunu əsas yol hesab etdiyimizə görə respublikada nəinki

hərbi vəziyyət rejimi tətbiq etmək istəmirik, hətta fövqəladə vəziyyət rejimini

götürməyi qərara aldıq.

Məlumdur ki, qanun pozuntularında, cürbəcür mitinqlər keçirilməsində

əsasən gənclər iştirak edirlər. Mən güman edirəm ki, sağlam düşüncəli, sağlam

fikirli, sağlam əxlaqlı, sağlam əhvali-ruhiyyəli gənclər Azərbaycan Respublikası

gənclərinin böyük əksəriyyətini təşkil edirlər. Buna görə də sağlam düşüncəli,

sağlam fikirli gənclər öz yolundan sapmış gəncləri düz yola çəkməli, düz yola

çağırmalı, ayrı-ayrı qanunsuz hərəkətlərdən uzaqlaşdırmalı və respublikada, o

cümlədən Bakı şəhərində əmin-amanlıq yaranmasına çalışmalıdırlar. Arzu edirəm

ki, gənclər, eləcə də bu salona toplaşan gənclər bu işimizdə bizə kömək etsinlər.

Çıxışımın sonunda bir daha bildirirəm ki, sizinlə görüşdən məmnunam. Siz

burada prezident seçkilərindən danışdınız. Əgər məni Azərbaycan Prezidenti

seçmək istəsəniz, mən bu vəzifəni üzərimə götürməyə məcburam. Lakin mən

dünən ziyalılar qar-




____________Milli Kitabxana____________

182


şısında çıxışımda da demişəm, sizə, gənclərə də, - hamınıza öz övladlarım kimi

baxıram və hər birinizi şəxsən özümə övlad bilirəm - sizə də deyirəm ki, mən

vəzifə hərisi deyiləm, Azərbaycana, Bakıya bir daha vəzifə tutmaq üçün

gəlməmişəm. Mənim qəlbim əvvəllər də, indi - xalqın bu ağır vəziyyətə düşdüyü

vaxtda da xalqla olubdur. İndi isə xalqın iradəsi ilə bu vəzifəni üzərimə

götürmüşəm. Əgər mənim üzərimə yeni bir vəzifə də qoymaq istəsəniz, əgər bu,

sizin istəyiniz, sizin iradəniz olsa, mən sizin iradənizə tabe olacağam.

Sizin hamınıza həyatınızda səadət, xoşbəxtlik, gələcək işlərinizdə uğurlar,

yaxşı təhsil və yeni-yeni nailiyyətlər arzulayıram. Sağ olun.



____________Milli Kitabxana____________

183


AKADEMİK AZAD MİRZƏCANZADƏYƏ

Hörmətli Azad Xəlil oğlu!

Sizi 65 illiyiniz münasibətilə səmim-qəlbdən təbrik edirəm!

Sizi Azərbaycanın elm, təhsil və iqtisadiyyatının, xüsusən də neft

sənayesinin inkişafında elmi istiqamətlərin əvəzsiz banilərindən biri kimi

tanıyır və bu sahədə Azərbaycanın dünya şöhrəti qazanmasında misilsiz

xidmətlərinizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, Azərbaycan elminin

inkişafında xalqın rifahı naminə atdığınız addımlar bundan sonra da səmərəli

və uğurlu olacaq və siz vətənimizin tərəqqisi yolunda istedadınızı, zəkanızı,

bacarığınızı əsirgəməyəcəksiniz.

Ömrünüzün kamillik çağında sizə xoş diləklərimi bildirirəm.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

28 sentyabr 1993-cü il



____________Milli Kitabxana____________

184


BAKI KONDİSİONER ZAVODUNDA

PAYTAXTIN SƏNAYE MÜƏSSİSƏLƏRİ

ƏMƏK KOLLEKTİVLƏRİ NÜMAYƏNDƏLƏRİNİN

MİTİNQİNDƏ ÇIXIŞ

28 sentyabr 1993-cü il

Hörmətli həmvətənlər, əziz bacılar, qardaşlar, möhtərəm dostlar! Uzun

fasilədən sonra sizində görüşdüyüm üçün çox sevinirəm. Bu görüşə

toplaşdığınız üçün hamınıza minnətdarlığımı bildirirəm. Burada mənim

haqqımda deyilən xeyirxah ifadələr üçün təşəkkür edirəm. Mənim üçün bu

zavodda olmaq, bu binada olmaq çox əzizdir. Bura mənim doğma yerimdir.

İyirmi il bundan əvvəl, ondan da bir neçə il əvvəl burada, tamamilə boş

bir yerdə bu zavodun tikintisinə başladıq. İki il ərzində bu zavod tikildi və

nəinki Azərbaycanda, o vaxtlar Sovetlər İttifaqında, bütün dünya miqyasında

ən böyük, ən nümunəvi, müasir texnologiyayaya malik olan istehsal

müəssisələrindən biri kimi meydana çıxdı və qısa müddətdə dünya şöhrəti

qazandı.


Çox sevinirəm ki, uzun fasilədən sonra bir daha buraya gəlmək mənə

nəsib oldu və burada o vaxtdan çalışan, ondan sonrakı dövrdə gəlib bu

zavodda işləyən, həyatını bu müəssisə ilə bağlayan adamlarla görüşə bildim.

Bu, həyatımın ən xoşbəxt anlarından biridir, mənim üçün əlamətdar

hadisədir. Bir də deyirəm, ona görə ki, burada hər bir yer mənim üçün

doğmadır. Hətta yaxınlıqdakı Moskva prospektindən zavoda dönərkən

müəssisənin ərazisindəki yaşıllıqları, artıq böyümüş ağacları da görəndə

sevindim. Çünki vaxtilə burada heç bir ağac, heç bir yaşıllıq yox idi. Ancaq

indi bura bağ-bağata dönüb, gözəl bir yerdir və siz də burada çalışırsınız, öz

həyatınızı bu zavodla, bu müəssisə ilə bağlamısınız. Çox sağ olun, təşəkkür

edirəm.

Buraya Bakı şəhərinin bir çox sənaye müəssisələrinin - zavodların,



fabriklərin nümayəndələri də toplaşmışlar. Ona görə də mən bu görüşü Bakı

şəhərinin sənaye əməkçiləri ilə

-

mütəxəssislərlə, mühəndislərlə,



iqtisadçılarla, texniklərlə, fəhlələrlə, sənaye sahəsində çalışan bütün

adamlarla, paytaxtın vətəndaşları ilə görüş kimi qəbul edirəm və zəhmət

çəkib, əziyyət çəkib buraya gələnlərə öz minnətdarlığımı bildirirəm. Çox

şadam ki, Azərbaycanın paytaxtı Bakı şəhəri qədimdən sənaye mərkəzi kimi

tanınmış və indi də böyük bir sənaye mərkəzi kimi yaşayır, yaradır, bu

böhranlı dövrdə sənayenin inkişafını təmin etməyə qadir olan mühəndislərə,

texniklərə, iqtisadçılara, fəhlələrə, qabaqcıl işçilərə malikdir. Bu, Azərbaycan

Respublikasının milli sərvətidir. Bu, hamımız üçün böyük bir nailiyyətdir.

Hamınızı, buraya toplaşanları səmim-qəlbdən salamlayıram, hamınıza öz

hörmətimi, sevgimi bildirirəm və hamınıza cansağlığı, bütün işlərinizdə

uğurlar diləyirəm.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə