MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə76/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   72   73   74   75   76   77   78   79   ...   256

____________Milli Kitabxana____________

175


Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin,

Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir

Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər

Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla Mirqasımovun, Yusif

Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu bir çox digər

alimlərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın yaratdıqları mənəvi

dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir. Əgər biz bu

tarixi yaxşı təhlil edə bilsək, gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını

çəkdiyim şəxslərin və yüzlərlə başqalarının əsərlərindən mənəviyyata dair

fikirləri mənimsəsələr, həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz

yolla gedəcəkdi.

Eyni zamanda, milli məhdudluq çərçivəsində yaşamaq

olmaz.

Azərbaycanın həmin o dahi şəxsiyyətləri də bu zirvəyə qalxmaq üçün bəşəri



dəyərlərdən istifadə etmişlər. Əgər belə olmasaydı, Nizami Gəncəvi

"İsgəndərnamə" kimi böyük bir poema yazmazdı. Bu poema Homerin

"İliada" poemasından heç də geri qalmır. "İsgəndərnamə" bir tərəfdən tarixi

əsərdirsə, digər tərəfdən dərin fəlsəfi fikirlərlə zəngindir. Ancaq gənclərimiz

bunları bilirlərmi, oxuyurlarmı, bunlardan bəhrələniblərmi? Təəssüf ki, son

illərdə bizim guya, milli azadlıq uğrunda çalışan, o cümlədən Xalq Cəbhəsi

ətrafında toplaşan adamlar, onun aparıcı qüvvələri gənclərimizi bu elmi,

fəlsəfi nailiyyətlərimizdən bəhrələndirmək əvəzinə, onları cılız küçə sözləri

ilə tərbiyələndirmək yoluna düşmüşlər. Biz həm milli tariximizdən aldığımız

mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi

dəyərlərə yiyələnməliyik, o cümlədən, Avropa mədəniyyətindən, Rusiya

mədəniyyətindən, Şərq mədəniyyətindən istifadə etməliyik. Məsələn, böyük

İran tarixini götürün. Bizim qonşu dövlət dünyaya nə qədər dahilər bəxş

etmişdir. Əgər biz bu mənəvi dəyərlərə yiyələnsək, şübhəsiz ki, xalqımızın

bugünkü yolunu təyin etməyimizə köməyi olar. Güman edirəm ki, gənclər bu

məsələlərlə də yaxından məşğul olacaqlar, gənclərlə işləyən təşkilatlar,

idarələr də buna ciddi fikir verəcəklər.

Əsas vəzifələrdən biri də gənclərimiz arasında vətənpərvərlik hissini

geniş təbliğ etməkdir. Bu, təkcə ona görə deyil ki, biz indi müharibə aparırıq.

Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgör öz vətənini, torpağını, xalqını

sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki,

dünyada başqa şeyləri də qiymətləndirə bilməzsən. Indiki dövrümüzdə

vətənpərvərlik ən aktual məsələdir. Torpaqlarımızın bir qismi işğal

olunmuşdur, müharibədə məğlubiyyətlərə uğramışıq. Nə üçün? Məgər

Azərbaycan xalqı bu qədər asizdirmi? Məgər Azərbaycan gəncləri bizə

təcavüz edən qüvvələrdən həm fiziki, həm mənəviyyat, həm vətənpərvərlik

cəhətdən zəifdirlərmi? Hesab edirəm ki, yox.

Demək, burada nə isə var. Bu da ondan ibarətdir ki, böyük səhvlər

buraxılmışdır. Azərbaycanın hakim dairələri, dövlət

orqanları,

ordu

yaratmaqla məşğul olan orqanlar, şəxslər Azərbaycan




____________Milli Kitabxana____________

176


xalqının, onun gənclərinin daxili imkanlarından təəssüf ki, səmərəli istifadə

etməmişlər. Gəlin açıq danışaq. Azərbaycanda siyasi özbaşınalıqlar olduğuna

görə gənclərin bir hissəsi ölkənin bu fəlakətli vəziyyətində özünü kənara

çəkmişdir. Bəzi valideynlər şəxsi hisslərini ümummilli hisslərdən üstün tutaraq

balalarını Azərbaycandan kənara çıxarmışlar, yaxud da orada-burada kizlətmişlər,

orduya getməyə qoymamışlar. Ona görə də belə çıxır ki, 7 milyonluq xalq öz

torpaqlarını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qoruya bilmir. Buna

dözmək olmaz, bunu anlamaq mümkün deyil, bununla razılaşmaq olmaz.

İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş

ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs

vəzifə olmalıdır. Biz xalqımızı, gənclərimizi ədalətsiz müharibəyə dəvət etmirik,

başqa ölkələrin torpaqlarına göz dikmirik, Ermənistan torpaqlarından heç nə ələ

keçirmək istəmirik. Ancaq eyni zamanda torpaqlarımızın zəbt olunmasına

dözməməliyik. Millətini, torpağını sevən hər bir namuslu adam buna razı

olmamalıdır. Ona görə də gənclər gərək hərbi xidmətə getsinlər. Hərbi xidmət

etməyən gənc gələcək həyatında sınaqlardan çıxa bilməz. Bu, tarixən belə

olmuşdur: hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü

edir, çətinlikləri aradan qaldırmaq keyfiyyəti aşılayır. İndi isə hərbi xidmət həm

də vətənimizi, torpağımızı qorumaq deməkdir.

Fərarilik haqqında çox danışırlar. Bilirsiniz, adam dəhşətə gəlir. Son illər bu

salonda bu barədə nə qədər söhbətlər gedib: fərarilik, fərarilik, fərarilik. Axı nə

üçün Azərbaycan oğulları fərari olsunlar? Fərarilik edən hər bir gənc gərək

cəmiyyətin içinə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir. Ancaq

mən bu məsələdə təkcə gəncləri günahlandırmaq fikrində deyiləm. Xahiş edirəm

məni düzgün başa düşəsiniz. Təəssüf ki, son illərdə, elə 1988-ci ildən etibarən,

torpaqlarımıza təcavüz başlandığı vaxtdan Azərbaycanın ordu potensialı

lazımınca toplanaraq istifadə edilməmişdir. Gənclərimiz

orduya cəlb

olunmamışlar,

ordu yaranmamışdır.

Ona görə də respublikamız bu

məğlubiyyətlərə uğramışdır. Yəni günahların çoxu siz gənclərdə deyil, dövlət

başçılarında, ordunu guya, yaratmaq istəyən adamlarda olmuşdur.

Bu dövrdə, 1988-ci ildən sonra cürbəcür dəstələr, batalyonlar

yaranmışdır. Heç bir hərbi təhsili, səriştəsi, biliyi olmayan adamlar ayrı-ayrı

şəxsi məqsədlər naminə bu işə qoşulmuşlar. Onlardan bəzilərinin iç üzü

açılmışdır, bəzilərininki də, şübhəsiz, açılacaqdır. Tarix onların hamısını ifşa

edəcəkdir. Buna şübhə yoxdur.

Bu səbəbdən ordumuz da istənilən səviyyədə olmamışdır. Bir daha

deyirəm, buna görə də Azərbaycan Respublikası öz torpaqlarının

müdafiəsində məğlubiyyətlərə uğramışdır. Bəzən belə fikirlər səslənir

(burada müəyyən həqiqət də var), bu gün burada da deyildi ki, Azərbaycan

gəncləri döyüşdən qaçmırlar. Doğrudur, ancaq qaçanlar da var. Bəlkə də ona

görə qaçırlar ki, heç bir hər-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə