MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə78/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   74   75   76   77   78   79   80   81   ...   256

____________Milli Kitabxana____________

179


Gənclərimiz bu beş illik müharibə dövründə Azərbaycan torpaqlarının

müdafiəsində fəal iştirak edirlər. Sizə məlumdur ki, müharibədə həlak olanların

95 faizi gənclərdir, yəni 30 yaşına çatmayan, 30 yaşına qədər olan gənclərdir.

Lakin təəssüflər

olsun ki, gənclərdən Milli Qəhrəmanlar azdır. Milli

Qəhrəmanlarımızdan yeddi nəfəri gənclərdir, hamısı da bu adı ölümündən sonra

alıb. Əgər həlak olanların 95 faizindən çoxu gənclərdirsə, deməli, döyüşənlər,

torpaqlarımızı müdafiə edənlər də gənclərdir. İtkin düşənlərin də təxminən bir o

qədəri gənclərdir.

Odur ki indi bu müharibənin hansı vəziyyətdə olmasına baxmayaraq

Azərbaycan

xalqı gənclərə minnətdar

olmalıdır. Gənclər bizim cəbhə

bölgələrində əsas qüvvədir, gənclər döyüşürlər, torpaqlarımızı müdafiə edirlər,

canlarını şəhid edirlər. Gəlin, torpaqlarımızı, vətənimizi qoruyaraq şəhid olmuş,

canlarından keçmiş, həyatlarını qurban vermiş həmvətənlərimizin xatirəsini bir

dəqiqəlik sükutla yad edək.

Allah şəhidlərə, vətən yolunda həlak olanların hamısına rəhmət eləsin,

qəbirləri nurla dolsun.

Şəhidlərimizin ruhu, qəhrəmanlığı hamımızı və birinci növbədə gənclərimizi

torpaqlarımızı daha cəsarətlə, daha qəhrəmanlıqla qorumağa səsləyir. Mən güman

edirəm ki, gənclərimiz son illərin ağır nəticələrindən ibrət alaraq, özlərində

vətənpərvərlik hisslərini daha da gücləndirəcəklər, vətəndaşlıq borclarını ödəməyi

özlərinə müqəddəs vəzifə kimi qəbul edəcəklər və biz birlikdə xalqımızın

müdafiə qüdrətini möhkəmləndirəcəyik, müstəqil Azərbaycan dövlətini qoruyub

saxlayaçağıq, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik.

Bunun üçün çox

iş görmək lazımdır. Biz müdafiə imkanlarımızı

gücləndirərək, eyni zamanda geniş siyasi imkanlardan, diplomatik imkanlardan

istifadə etmişik və bundan sonra da edəcəyik. Azərbaycanın müstəqilliyini daha

da möhkəmlətmək üçün, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün bütün

dövlətlərlə, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq yolu ilə

gedirik və bu yoldan dönməyəcəyik. Biz bəyan etmişik və bu gün bir daha

bildirirəm ki, bütün dövlətlərlə əlaqələrimiz - həm iqtisadi əlaqələr, həm insani

əlaqələr, həm də elmi-texniki əlaqələr normal olmalıdır. Bütün bu əlaqələrdən

Azərbaycan Respublikası İqtisadiyyatının inkişafı üçün və müstəqilliyinin təmin

olunması üçün səmərəli istifadə etməliyik.

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri

var, bu əlaqələr bundan sonra daha sürətlə inkişaf etdiriləcək. İran İslam

Respublikası ilə respublikamız arasında əvvəlki anlaşılmazlıq aradan götürülüb,

indi əlaqələr sürətlə inkişaf edir. Başqa dövlətlərlə də əlaqələrimiz yaxşılaşıb və

yaxşı olacaqdır. Avropa ölkələri ilə, ABŞ ilə Azərbaycan Respublikası arasında

sıx əlaqələr var. Ermənistanın təcavüzünün qarşısını almaq üçün, işğal olunmuş

torpaqlardan Ermənistan silahlı qüvvələrini

çıxarmaq üçün biz Birləşmiş

Millətlər təşkilatının imkanlarına çox güvənirik və həmin təşkilatdan bundan

sonra da istifadə etməyə çalışacağıq.



____________Milli Kitabxana____________

180


ATƏM-in imkanlarına çox bel bağlayırıq, güvənirik, ATƏM-in Minsk qrupunun

fəaliyyətinə çox etibar edirik. Bu gün Parisdə Minsk qrupunun konfransı keçirilir.

Orada bizim nümayəndə heyəti də iştirak edir. Biz bu imkanlardan da istifadə

edərik.


Bildiyiniz kimi, Kəlbəcər rayonu işğal olunduqdan sonra, aprel ayının

axırlarında BMT Təhlükəsizlik Şurasi 822 nömrəli qətnamə qəbul edibdir. Amma

təəssüf ki, onu indiyədək yerinə yetirməyiblər. Ağdam şəhəri işğal edildikdən

sonra, iyulun 30-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli qətnaməsi

olubdur. Bu qətnamə də həyata keçirilməyibdir. Bunların hamısının yerinə

yetirilməsi üçün biz BMT-nin, Təhlükəsizlik Şurasının və ATƏM-in, onun Minsk

qrupunun imkanlarından bundan sonra da istifadə edəcəyik. Biz ABŞ-ın,

Rusiyanın və Türkiyənin irəli sürdükləri təşəbbüsdən bundan sonra da istifadə

edib, Dağlıq Qarabağ probleminin həll olunması üçün sülh yolları axtarırıq və

axtaracağıq.

Bu baxımdan Azərbaycanın Rusiya ilə əlaqələri də yüksək səviyyədə

olmalıdır. Bildiyiniz kimi, sentyabrın 5-8-də bizim nümayəndə heyəti, mən və

mənimlə birlikdə başqa şəxslər Moskvada olduq, Rusiyanın rəhbərləri ilə

görüşdük. Birgə rəsmi məlumat qəbul edildi. Bu sənəddə Rusiya ilə

əlaqələrimizin bundan sonra genişləndirilməsi nəzərdə tutulur. Moskvada fikir

mübadiləsi aparıldı, razılaşmalar əldə edildi. Biz məhz bu istiqamətdə

irəliləyəcəyik.

Bilirsiniz ki, sentyabrın 3-də, 13-də, 14-də və nəhayət, 20-də Milli Məclisin

iclaslarında, bax, bu salonda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər

Birliyinə daxil olması haqqında məsələ müzakirə etdik. Müzakirə çox geniş oldu

- həm bizim parlamentdə keçirildi, həm də parlamentin iclaslarına fasilə verərək

imkan yaratdıq ki, bunu ictimaiyyət də müzakirə etsin, bizim elm, təhsil ocaqları,

alimlər, əmək kollektivləri müzakirə etsinlər. Bu müzakirələr nəticəsində əhalinin

böyük əksəriyyəti belə fikrə gəldi ki, Azərbaycan MDB-yə daxil olmalıdır.

Düzdür, bunun əleyhinə çıxan qüvvələr də var, müxalif olan qüvvələr də var -

həm əhali arasında, həm də bizim parlamentdə. Lakin biz əksəriyyətin iradəsinə

tabeyik. Böyük əksəriyyət isə respublikanın MDB-yə daxil olmasının tərəfdarıdır.

Biz bu barədə qərar qəbul etmişik.

Bu məsələlər haqqında sizə qısa məlumat verməklə demək istəyirəm ki, hər

bir müstəqil dövlət, əgər müstəqil siyasət aparırsa və müstəqil xarici siyasət

yeritmək istəyirsə, o, şübhəsiz, dünyanın bütün dövlətləri ilə qarşılıqlı əlaqələr

yaratmalıdır. Eyni zamanda cürbəcür bloklara, müxtəlif qruplara da girməlidir.

Müxtəlif blok və qruplarda iştirak etmək heç də o dövlətin müstəqilliyinə zərər

gətirən amil deyildir. Biz yenə də tariximizə nəzər salmalıyıq. Məsələn, XV əsrdə

yaşamış böyük dövlət xadimi Uzun Həsən hələ o vaxt Azərbaycanın Avropa

ölkələri ilə diplomatik əlaqələrinin qurulması üçün addımlar atmış, oraya səfirlər

göndərmiş və əlaqələr yaratmışdı. 1918-ci ildə yaranmış müstəqil Azərbaycan

dövlətinin hökuməti bir çox ölkələrlə, o cümlədən Rusiya ilə diplomatik əlaqələr

yaratmışdı.  Şübhəsiz



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə