MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə80/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   76   77   78   79   80   81   82   83   ...   256

____________Milli Kitabxana____________

185


İndi Azərbaycan müstəqil bir dövlətdir. Müstəqil dövlət kimi Azərbaycan,

onun vətəndaşları, Azərbaycan xalqı öz həyatını özü qurmağa, özü yaratmağa,

özü istədiyi kimi təşkil etməyə imkan əldə edibdir. Bunun üçün çox iş

görülməlidir. Müstəqillik qazanmaq, özünü dünyada müstəqil dövlət elan etmək

bu işin başlanğıcıdır. Ancaq qarşıda uzun, böyük və çox enişli-yoxuşlu yol var.

Güman edirəm ki, Azərbaycan xalqı bu yolla məharətlə, sürətlə gedəcəkdir.

Azərbaycan xalqı, bütün Azərbaycan vətəndaşları müstəqillik yolunda günü-

gündən yaxşı küzəran yaradacaq, öz rifah halını yaxşılaşdıracaq, bu ağır böhran

vəziyyətindən tezliklə xilas olacaqlar.

Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi,

onun

vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri



də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi

ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi

yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını

sənaye təşkil edir.

Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə

Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan

zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın

iqtisadi


potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü

potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək,

iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının

həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna

əminəm.

Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı



respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir

potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar - bu zavodları,

fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş

görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət

göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri

tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən

uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə

hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə

ürəkdən təbrik edirəm.

Biz Bakı kondisioner zavodunu yaradanda çox böyük çətinliklərə rast gəldik.

Belə bir zavodu yaratmaq üçün böyük şərtlər tələb olunurdu. Biz bunların

hamısını ancaq Azərbaycan Respublikası çərçivəsində edə bilməzdik. Bilirsiniz

ki, bu zavodu tikmək, yaratmaq üçün xarici ölkələrdən müasir texnologiyalı

avadanlıq almaq lazım idi, böyük vəsait lazım idi. O vaxtlar biz çətinliklərin

öhdəsindən gələ-gələ bunların hamısını etdik. Bu zavodun tikintisinə 1973-cü ildə

başladıq. Ondan qabaqkı dövrdə böyük müqavimətlərə sinə gərdik, öz

mülahizələrimizin üstündə durub zavodun məhz Bakıda tikilməsinin vacibliyini

sübut etdik. Bu müəssisəni iki ildə tikib başa çatdırmağa dair verdiyimiz sözə

sizində birlikdə hamımız - Azərbaycanın o vaxtkı fəhlələri, in-



____________Milli Kitabxana____________

186


şaatçıları, mühəndisləri, mütəxəssisləri birlikdə əməl etdik, nəhəng

müössisənin inşasını vaxtında başa çatdırdıq və beləliklə bütün dünyaya (mən

bunu tam məsuliyyət hissi ilə deyirəm) sübut etdik ki, Azərbaycan xalqı

böyük xariqələr yaratmağa qadirdir və Azərbaycan xalqının daxilində böyük

istedad, böyük elmi-texniki potensial var.

İki il müddətində yaranmış zavod indi iyirmi ildir ki, fəaliyyət göstərir,

həmin müddətdən Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verir. İyirmi ildir

ki, bu zavodun vasitəsilə minlərlə adam öz həyatını qurur, yaşayır, ailəsini

saxlayır. Ona görə də bu gün mən çox böyük həyəcan içərisindəyəm, gözəl

hisslər keçirirəm. O vaxtlar çəkdiyimiz zəhmət bu gün öz bəhrəsini verir.

Zavodu belə gözəl görərkən və buraya gəlməzdən qabaq son vaxtlar

müəssisədə əldə olunmuş nailiyyətlərlə, yeni-yeni məhsul növlərinin

nümunələri ilə tanış olarkən inandım ki, əgər indi bu zavodun iyirmi yaşı

varsa, yüz illərlə də bundan sonra ömrü var. Mən bu zavodda çalışanlara,

gələcək nəsillərə də uzun ömür arzu edir, böyük müvəffəqiyyətlər diləyirəm.

Bakı kondisioner zavodu Azərbaycanda sənayenin, xüsusən müasir

texnologiyayalı maşınqayırma istiqamətli sənayenin inkişafına böyük təsir

etdi. Bundan sonra bir neçə böyük zavod - həm elektrotexnika, həm

radiotexnika, həm də elektronika zavodları, maşınqayırma və başqa sahələrdə

zavodlar yarandı. O cümlədən Bakıda dərin özüllər zavodu tikildi və bu da o

dövrdə sənayenin inkişafına az təsir etmədi. Bütün bunlar isə həm sənayenin

inkişafı, həm də müasir texnologiyanın, özü də gələcəyi təmin edən

texnologiyayanın tətbiq edildiyi sənaye müəssisələrinin yaradılması

istiqamətində apardığımız siyasətin nəticəsi idi. Bunların hamısı indi

Azərbaycanda iqtisadi potensialı çox yüksəldibdir.Bir də qeyd edirəm: indi

biz bir müstəqil dövlət kimi, bu sənaye potensialından çox səmərəli istifadə

etməliyik. Əmin ola bilərsiniz ki, biz bundan sonra sizində birlikdə işləməli

olsaq, bütün imkanlarımızı buna sərf edəcək, zavodların, fabriklərin tam

istehsal gücü ilə işləməsinə nail olacağıq. Beləliklə də həm istehsal artacaq,

həm də bu zavodlarda, fabriklərdə, bütün sənaye müəssisələrində çalışan

adamlar öz əməyinin bəhrəsini görə biləcəklər.

İndi Azərbaycan Respublikası ağır iqtisadi-sosial böhran içindədir. Siyasi

və ictimai böhran da davam edir və bunun əsas səbəblərindən biri

Azərbaycan Respublikasına qarşı Ermənistanın uzun müddətdən bəri apardığı

müharibədir. Bu müharibəni biz başlamamışıq. Azərbaycana Ermənistan

tərəfindən hərbi təcavüz beş il bundan qabaq edilibdir. Təəssüf ki, bu

təcavüzün nəticəsində - bir neçə il ərzində gedən bu müharibə nəticəsində

Azərbaycan torpaqlarının bir qismi işğal olunub, o torpaqlarda yaşayan bacı-

qardaşlarımız - Azərbaycan vətəndaşları qaçqın vəziyyətinə düşüblər, ağır

həyat şəraitindö, çox əzab-əziyyət içindədirlər. Həm də təkcə onlar yox, bu

müharibəyə görə, verdiyimiz qurbanlara görə, şəhidlərə görə, Azərbaycan

torpaqlarının bir qisminin əldən getməsinə görə hamımız əzab-əziyyət

çəkirik. Biz böyük sıxıntı içərisindəyik, ağır dövr keçiririk.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə