MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə83/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   79   80   81   82   83   84   85   86   ...   256

____________Milli Kitabxana____________

191


rub deyirsiniz ki, heç kəs məni Milli Məclisin üzvlüyündən çıxara bilməz. Bu

nə deməkdir, siz nəyə arxayınsınız? Mən başa düşə bilmirəm. Əgər məclisin

üzvləri səs versələr, siz çıxacaqsınız. Amma siz deyirsiniz ki, heç kəs məni

çıxara bilməz. Mən bunları ona görə deyirəm ki, siz bu ifadələri işlədəndə

düşünmürsünüz axı! Odur ki, sizə yazığım gəlir. Düşünsəydiniz, belə sözlər

deməzdiniz.

Bax, bunu sizə də, başqalarına da deyirəm. Siz dediniz ki, burada

antikonstitusion yol ilə hakimiyyət dəyişildi. Bu böhtançılıqla nə vaxtadək,

nə qədər məşğul olacaqsınız? Deyirsiniz ki, gedən proseslərə siyasi qiymət

verilməyibdir. Bu böhtançılıqla nə qədər məşğul olacaqsınız? Əl çəkin

bunlardan! Mən bu məsələni müzakirəyə çıxartmışam ki, burada həqiqətən,

sözün


əsl mənasında milli barışıq elan edim.

Gördünüz ki, öz

səlahiyyətimdən istifadə edib, burada çıxış edən iki adama göstəriş verdim.

Amma siz görün nə iddialar irəli sürürsünüz. Nə qədər danışmaq olar?

74 il ərzində buranı dağıdıblar? Yoxsa buranı siz düzəltmisiniz?

Yaşadığınız torpaq da, ev-eşik də, oxuduğunuz, işlədiyiniz məktəb də, bu

bina da - hamısı 74 il ərzində yaradılıbdır. Bəs siz nə yaratmısınız? Hər şeyə

düzgün qiymət vermək lazımdır. 74 il Azərbaycan xalqının tarixidir, bizim

tariximizdir. 74 ildə bir neçə nəsil yaşayıb, qurub-yaradıb. Indi sizin nə

haqqınız var ki, bu 74 ilin üstündən qara xətt çəkirsiniz? Nə haqqınız var?

Hansı xidmətlərinizə görə? Sizin də, sizin başçınız Elçibəyin də, deyin görək,

hansı xidmətləri olub? Göstərin görək, hansı ağacı əkmisiniz? Hansı arxa su

çəkmisiniz? Hansı evi tikmisiniz, hansı binanı ucaltmısınız? Belə olmaz axı!

Sözünüzü deyin, amma bu iddialardan əl çəkin. Özünüzü elə rələmə

verməyin ki, Allah tərəfindən yaradılmış xüsusi bir təbəqəsiniz. Siz də bu

xalqın içərisindən çıxmış, bu xalqın arasında yaşamış adamlarsınız. Sizin

fikriniz belədir, başqalarının fikri ayrı cürdür. Mən gərək hər dəfə sübut edəm

ki, İbrahim İbrahimov demokratik adam deyil, antidemokratik adamdır? Mən

demokratiya ilə məşğul olanda sən hələ kənddə, necə deyərlər, ayaqyalın

gəzirdin. Mən məhz demokratiya ilə məşğulam. İndi sən gəlib Azərbaycanda

demokratiyanın banisi olmusan, demokratiyanın hakimi olmusan? Hələ bir

qiymət verirsən ki, kim demokratiyanın tərəfdarıdır, kim əleyhinədir? Belə

şeylər yaramaz axı, qardaş! Belə olmaz, milli barışığa bu cür getmək olmaz.

Nə haqla deyirsiniz ki, hakimiyyət antikonstitusion yol ilə dəyişib? Bu,

böhtandır. Mən bunu rədd edirəm. Belə düşünürəm ki, bunu bütün məclis

rədd edir. Məsələ xeyli vaxtdır ki, müzakirə edilir. Gəncədə baş vermiş

hadisələr burada iyulun 15-16-da müzakirə olunub, ona siyasi qiymət verilib

və Milli Məclis qərar rəbul edib. Siz o qərarın əleyhinə səs vermisiniz. Əgər

demokratik adamsınızsa, bilməlisiniz ki, siz Milli Məclisin qəbul etdiyi

qərara tabesiniz, müxalifətdə ola bilərsiniz, o qərarın əleyhinə səs verə

bilərsiniz. Ancaq qərar Milli Məclisin qərarıdır. Bu Milli Məclisi isə mən

yox, siz yaratmısınız, Xalq Cəbhəsi yaradıb. Bu, sizin təşkilatdır. Bax, sizin

bu təşkilatınız iyulun



____________Milli Kitabxana____________

192


16-da Gəncə hadisələri haqqında qərar qəbul edibdir. Deyirsiniz ki, referendumu

boykot edirdiniz, buna görə də mitinq çağırmışdınız. Bu, demokratik hərəkətdir?

Nə ixtiyarınız var idi ki, referendumu boykot edəsiniz, bir halda ki, Milli Məclis

referendum haqqında qərar çıxarmışdı? Siz referenduma gedib öz səsinizi verə

bilərdiniz, təbliğat apara bilərdiniz. Amma boykot etməyə ixtiyarınız yoxdur. Siz

özünüz qanunları pozursunuz, insan hüquqlarını pozursunuz, konstitusiyanı

pozursunuz - hamısını pozursunuz. Özünüz də deyirsiniz ki, siz demokratiya

tərəfdarısınız, bəs vaxt gələcək ki, bunlar hamısı dağılacaq və siz burada

demokratiyanı yenidən bərpa edəcəksiniz...

Referendum dünya təcrübəsində müəyyən, mühüm məsələləri dövlət

səviyyəsində həll etmək üçün, xalqın rəyini öyrənmək üçün ən demokratik

yoldur, ən demokratik tədbirdir. Bundan da demokratik tədbir yoxdur. Bu

referenduma da  biz birdən-birə getmədik. Azərbaycanın prezidenti Əbülfəz

Elçibəy öz iş yerini qoyub qaçdı. Bunları mən dəfələrlə demişəm. Bu sözləri

deməkdən yoruldum, amma siz məni təkrar deməyə məcbur edirsiniz. Əgər o

çıxıb gedibsə, respublikanı başsız qoyubsa, deməli nə isə etmək, bir iş görmək

lazımdır. Yoxsa, Əbülfəz Elçibəy peyğəmbər idi ki, biz onsuz yaşaya bilmirdik?

Ya gəlib prezidentliyini etməliyli, ya da  ki, xalqı bu vəziyyətdə qoymamalıylıq.

İyunun 17-də qaçıb getdi, avqustun 29-da isə referendum keçirildi. Bir təsəvvür

edin, iki ay yarım xalq bu vəziyyətdə qaldı. İndi də deyirsiniz ki, antikonstitusion

yol ilə hakimiyyətə gəliblər. Burada heç kəs konstitusiyaya zidd yolla

hakimiyyətə gəlməyib. Əgər məni deyirsinizsə, məni siz özünüz gətirmisiniz.

İndi deyin görüm, məndən nə istəyirsiniz? Bu sözləri nə qədər təkrar etmək

olar? Mən var qüvvəmlə çalışdım ki, Əbülfəz Elçibəy qayıdıb gəlsin. Amma

gəlmədi. Biz bütün dünyanın təcrübəsindən istifadə etdik. Hamı dedi ki,

referendum olmalıdır. Referendum da keçirdik. Referendumdan sonra prezident

seçkiləri təyin etdik. Mən Xalq Cəbhəsinə müraciət etdim. Əbülfəz Elçibəyə

televiziya ilə müraciət etdim ki, prezident seçkilərində yenə də iştirak etsin. Siz

də, İbrahim bəy iştirak edin. Ədalət Rəhimov da iştirak eləsin, başqaları da . Kimi

istəyirsinizsə, iştirak etsinlər. Bəs niyə iştirak etmirsiniz? İndi də başlamısınız ki,

bəli, biz prezident seçkilərini pozmaq istəyirik. Ayıb deyilmi sizə?

Buna görə də mən Ali Sovetin sədri kimi, vətəndaş kimi, bir daha qeyd

edirəm ki, demokratiyanın bərqərar olması üçün bundan sonra da əlimdən gələni

edəcəyəm. Lakin demokratiyanı təhrif etmək, özünü demokratik adam kimi

qələmə vermək, qalanlarına pis gözlə baxmaq demokratiya prinsiplərinə ziddir.

Qanun pozuntuları da, insan hüquqlarının pozulması da demokratiya prinsiplərinə

ziddir. Fövqəladə vəziyyət rejimi tətbiq edildiyi dövrdə mitinq keçirilməməlidir.

Amma siz, ailədə ərköyün böyüdülmüş uşaq kimi belə hesab edirsiniz ki, nə

istəsəniz edə bilərsiniz. Bax, siz belə bir vəziyyətdəsiniz. Bu vəziyyətdən çıxın.

Siz özünüzü ərköyün uşaq kimi aparırsınız, yəni biz nə istəyirik, onu da edirik:

"fövqəladə  vəziyyət rejimi  dövründə mitinq də keçirə



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə