MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə72/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   68   69   70   71   72   73   74   75   ...   256

____________Milli Kitabxana____________

167


irəli sürdülər. Doğrudur, problemlər çoxdur, bunları həll etmək lazımdır. Iş

burasındadır ki, bizim həyatımız son 70 ildə formalaşmış müəyyən

ideologiya, ictimai-siyasi, sosial-iqtisadi sistem əsasında qurulmuşdur. Təhsil

sistemi də bu əsasda formalaşmışdır. Gənclərin tərbiyə olunması, həyata

hazırlanması sistemi də bu əsasda qurulmuşdur. Bu sistemin, yaşadığımız o

dövrün çox müsbət cəhətləri də, müsbət nəticələri də olmuşdur. Bunları

unutmaq olmaz. Bu 70 ildə ideologiyadan asılı olmayaraq, ictimai-siyasi,

iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının bir neçə nəsli təhsil

almış, böyümüş, yüksək səviyyələrə çatmış, böyük elm və mədəniyyətə sahib

olmuşdur. Bunların hamısı xalqımızın milli nailiyyətləridir və indi bizim

Azərbaycan Respublikasının intellektual potensialını təşkil edir.

Əgər son illərlə anlaşıldığı kimi, bu sistemdə nəsə yaramırsa, ondan

yaxşısını yaratmaq lazımdır, ondan üstün bir formaya keçmək lazımdır.

Təəssüf ki, hazırkı keçid dövründə uzun illər ərzində yaranmış, mövcud

olmuş formalar, sistemlər tədricən dağıdılmış, ancaq bunun yerində onlardan

yaxşısı, səmərəlisi, üstünü qurulmamışdır. Ona görə də bu dövr xüsusən

gənclər üçün çox ağır bir dövr olmuşdur. Əgər biz gənclik dövrümüzdə

cəmiyyət tərəfindən tamamilə qəbul olunmuş bir sistem əsasında oxuyub

böyümüşüksə və bunun nəticəsində də gəlib cəmiyyətdə öz yerimizi tuta

bilmişiksə, bax bu son 5-6 il ərzində təhsil alan, həddi-büluğa çatıb təhsilini

davam etdirən gənclər üçün çox çətinliklər yaranmışdır.

Burada çıxış edən natiqlərdən biri haqlı olaraq dedi ki, indi kitablar da

tapılmır. Əvvəlki kitabların bir çoxundan biz imtina etmişik. Bu, təbii haldır.

Ola bilsin ki, məsələn, fizika, kimya, riyaziyyat elmi üzrə heç bir şey

dəyişilməyib, təbabət elmi üzrə də bir şey dəyişməyibdir. Ancaq ictimai-

siyasi elmlər sahəsində çox şeylər dəyişmişdir. İndi o kitablardan, o

ehkamlardan, o qanunlardan, o ideyalardan, o ideologiyadan imtina etmişik.

Bu tamamilə təbiidir və biz onlara qayıtmayacağıq. Ancaq yenilərini

yaratmamışıq. Burada deyildiyi kimi, xüsusən gənclər üçün kitablar da

yoxdur, onları almaq üçün vəsait də yoxdur. Müəllimlərin oxuduğu

mühazirələrlə, tələbələrə çatdırdıqları biliklə isə kifayətlənmək olmaz.

Problemlər təkcə bunlardan ibarət deyil, çoxdur. Bunların hamısını birdən

həll etmək çətindir. Ancaq bunlar həll olunmalıdır. Biz özümüzü bunlardan

kənara çəkə bilmərik. Əgər dövlət orqanları son illərdə bu məsələlərdən

kənara çəkiliblərsə, hər şeyi özbaşına buraxıblarsa, bununla da  gəncliyi

yolayrıcında bax beləcə çaşbaş qoyublarsa, şübhəsiz ki, bu ümumxalq

mənafeyimizə ən böyük zərbədir.

Burada doğru deyildi, çox haqlı  sözdür ki, gənclik bizim gələcəyimizdir.

Hər bir millətin, hər bir xalqın gələcəyidir. Indi gənclik bizim üçün daha

böyük əhəmiyyət kəsb edir. Çünki qeyd etdiyim kimi, biz müstəqillik yolu ilə

gedirik, respublikamız müstəqil bir dövlətdir. Əgər bu çətinliklərin

öhdəsindən bu gün birtəhər gəliriksə, gərək elə edək ki, müstəqil dövlətimiz

gələ-



____________Milli Kitabxana____________

168


cəkdə hamar yolla, düz yolla gedə bilsin, gənclərimizin qarşısında daşlar-

qayalar olmasın. Ona görə də bu məsələləri təcili həll etməliyik.

Mən, şübhəsiz, illüziyaya qapılmıram və sizi də aldatmaq niyyətində

deyiləm ki, bu ağır problemlər qısa müddətdə dərhal həll oluna bilər. Ancaq

bir var ki, bu problemlərdən özünü kənara çəkəsən, onları görmək

istəməyəsən, o problemləri yaxına buraxmayasan, bir də var ki, bunları

görəsən, biləsən, onların vacibliyini dərk edəsən və bu problemlərin həlli

üçün çarə tapasan, çıxış yolları axtarasan, tədbirlər görəsən. Mən bildirmək

istəyirəm ki, biz bu yolla gedəcəyik və bu problemlərin həll olunması üçün

bütün imkanlardan istifadə edəcəyik.

Çıxış edənlərdən biri dedi ki, indi müxtəlif təhsil formaları mövcuddur.

Biz, şübhəsiz ki, burada da dünya təcrübəsindən geniş istifadə etməliyik.

Əgər Azərbaycan əvvəllər Sovetlər İttifaqı tərkibində dünya təcrübəsindən

demək olar ki, tamamilə təcrid olunmuşdusa, biz ancaq özümüzün icad

etdiyimiz formalardan istifadə edirdiksə, indi dünya təcrübəsindən istifadə

etməliyik. Aicaq dünya təcrübəsini də götürüb kor-koranə tətbiq etmək,

inanın ki, istənilən nəticəni verməz. Indi litsey yaratmaq, kollec yaratmaq

modaya çevrilib. Bu adlar cazibədardır. Belə təsəvvür yaranır ki, orada hər

şey var, çünki əvvəllər bizdə olmayıb. Bizdə olub orta məktəb, texniki peşə

məktəbi, texnikum, institut.

Doğrudur, inkişaf etmiş ölkələrdə belə təhsil formaları çox yüksək təhsil

verir. Lakin bunlardan necə istifadə edib, necə tətbiq edə biləriksə, gəlin

onları edək. Mənasını, məzmununu dərk etməyib, nəticəsini bilmədən moda

dalınca qaçmaqla bir çox böyük səhvlər buraxa bilərik. Çox təəssüf ki,

Azərbaycanda artıq belə səhvlər buraxılmışdır. Təhsilin bir hissəsi

kommersiya əsasına keçirilmişdir.

İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı

Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq.

Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil

səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında

düşünməliyik.

Mübaliğəsiz demək olar ki, indiyədək mövcud olan təhsil sistemi

Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirmişdir. Azərbaycanda indi

hamı savadlıdır, savadı olmayanlar təktəkdir. Orta məktəbdə təhsil almaq

hamı üçün açıq olub və heç kəs ondan məhrum edilməyib. Bunun özü böyük

bir nailiyyətdir. Azərbaycan heç də böyük respublika deyil. Amma mənim

xatirimə gəlir, burada 16 ali məktəb fəaliyyət göstərirdi. Təsəvvür edin, 1919-

cu ildə Azərbaycanda ilk dəfə Bakı Dövlət Universiteti yaranıb. Azərbaycan

Demokratik Respublikası bu universiteti yaratmaq üçün professorları,

müəllimləri Rusiyadan dəvət etmişdi. Bakı Universitetində elmi təhsilin

əsasını da bu adamlar qoydular. İndi siz fikir verin, 1920-ci ildən sonrakı

dövrdə Azərbaycanda 16 ali məktəb yaranmışdır. Doğrudur, onla-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə