MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə66/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   62   63   64   65   66   67   68   69   ...   256

____________Milli Kitabxana____________

155


başqa təşkilatlar da istəyirdi. Çox düşündük, nəhayət, mən o binanın

akademiyanın Əlyazmalar Fonduna verilməsi haqqında qərar qəbul etdim. Nə

üçün? Çünki Əlyazmalar Fondu, əsrlərdən bəri qalmış o kitablar bizim üçün

böyük bir sərvətdir. Onlar burada bu binanın zirzəmilərində pis vəziyyətdə idi.

Onları çıxarıb bir muzey nümunəsi kimi yaxşı saxlayıb istifadə etmək üçün bu

binanı Əlyazmalar Fonduna verdik və onun əsasında elmi institut yaratmaq

haqqında qərar qəbul etdik. Tarixçilərimiz üçün böyük imkan açdıq, şərait

yaratdıq ki, bunlardan istifadə olunsun.

Təəssüf ki, bunlardan lazımi qədər istifadə edilməyib. Bu gün nə üçün bu

mövzuya toxunuram? Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya

yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu

gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına,

respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə də tarixçilərimizin

qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür.

Mən o vaxtlar - Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin

üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazıram. Bir

şərtlə ki, bu şəraitin övəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün

üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala

bilək. Odur ki, bu baxımdan bir məsələyə də toxunmaq istəyirik: tarixi təhrif

etmək olmaz. Bu 70 illik sovet dövründə tarix, ümumiyyətlə dünya tarixi, o

cümlədən Azərbaycan tarixi, habelə keçmiş Sovetlər İttifaqının ərazisində

yaşayan digər millətlərin tarixi təhrif edilib. Nə üçün təhrif edilib? Çünki o vaxt

vəziyyət belə idi və bu, çox adi bir hal idi.

Bunu deməklə biz heç də özümüz-özümüzü ləkələmirik. Bu, bizdən asılı

olmayan bir şeydir. Çünki marksizm-leninizi ideologiyası vardı. Hər bir

sistemin ideologiyası olmalıdır. Məsələn, o zaman tarixçilər bir şəxsin fəlsəfi

görüşlərini araşdırarkən, bir əsər yazarkən çalışırdılar ki, bunu marksizm-

leninizm ideologiyasına uyğunlaşdırsınlar. Çalışırdılar bir sənəd tapsınlar ki,

guya Nizami Gəncəvi də marksist-leninçi olmaq istəyirmiş. Axı bu belə

deyildir. Düzdür, məsələn, əgər axtarıb tapsaydılar və layiqincə göstərə

bilsəydilər ki, dünyanın böyük filosofu Höte özünün bəzi fəlsəfi müddəalarını

Nizami Gəncəvinin fəlsəfi fikirləri əsasında izah etmişdir - bu isə tarixi

həqiqətdir - əgər bunu sübut etsəydilər, əlbəttə ki, obyektivlik olardı. Ancaq

bu, bizim tarixçiləri o qədər də maraqlandırmırdı. Bu da onların günahı

deyildir, mən heç kimi təqsirləndirmək istəmirəm. Bu, o zamankı

quruluşumuzun, dövrün ümumi bəlaları idi

Bu fikri tamamlayaraq demək istəyirəm ki, ötən 70 illik dövrdə tariximiz

təhrif edilmişdir, həm XX əsrin, həm XIX əsrin tarixi, həm də ondan əvvəlki

dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir,

amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. İndi isə bir qütbdən o biri

qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər

bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün

bəladır, xalqımızın ən parlaq dövrü yal-



____________Milli Kitabxana____________

156


nız 1918-ci ildən 1920-çi ilədək olan dövrdür. Heç ondan əvvəlki dövrlərə də

fikir verilmir. Əlbəttə ki, "Bir dəfə qalxan bayraq bir daha enməz" fikri dəyərli

sözlərdir. Amma bu sözləri dəfələrlə təkrar etməklə Azərbaycanın müstəqilliyini

təmin etmək mümkün deyildir. Azərbaycanın həqiqi tarixini bu gün xalqımıza,

vətəndaşlarımıza və respublikadan kənarda olub ona maraq göstərən adamlara

çatdırmaq mümkün deyildir.

Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir.

Təəssüf ki, bu ideallaşdırma xəstəliyi 70 illir beynimizə kirmişdir. Bundan xilas

olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-

leninizm elmini, onun prinsiplərini, Marksı, Lenini ideallaşdırmışdırsa, indi də

ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm:

Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük

şəxsiyyətləri XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan

Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş

görmüşlər. Bu, şəksiz-şübhəsizdir. Ancaq gəlin açıq danışaq: belə çıxır ki, bir

vaxtlar deyirdilər, tariximizdə Kommunist Partiyasının, Sovet hökumətinin

tarixindən savayı heç nə yoxdur. Bir müddət də deyirdilər ki, Stalindən, sonra isə

Lenindən savayı heç kəs yoxdur. Burada da deyirlər ki, Məmmədəmin

Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsib bəy

Yusifbəyov, Hacınski, Əlimərdan bəy Topçubaşov, Behbud bəy Şahtaxtinski və

başqaları? Mən bu adların hamısını saymaq fikrində deyiləm, bəlkə  də siz bu

adları məndən də çox bilirsiniz. Ancaq bir adamı bütləşdirmək, ideallaşdırmaq

lazım deyildir. Bu xəstəlikdən yaxa qurtarıb tarixin hər bir dövrünü olduğu kimi

yazmaq lazımdır. Bu tarixçilərimizin əsas vəzifəsidir. Azərbaycan müstəqil

dövlət kimi, şübhəsiz ki, öz tarixi, adət-ənənələri ilə və əsrlər boyu xalqın

yaratdığı mədəniyyət əsərləri ilə fəxr edir. Xalqımız qədim xalqdır, böyük tarixə,

böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini,

dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən

çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq

hissini, azərbaycanlılıq hissini yüksəldərik. Müstəqillik dövründə torpaqlarımızı

müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu, çox

gərəklidir, lazımdır.

Tariximizin böyük səhifələrini, intibah dövrünü - XI-XII əsrlərdə Nizamini,

Xaqanini, Fələkini, Məhsətini götürsək, onların hamısının yaradıcılığı geniş

yayılmışdır. Ancaq təkcə bir cəhəti xatırlatmaq istəyirəm. Nizami Gəncəvinin

800 illiyi 1948-ci ildə keçirilmişdir. 1981-ci ildə biz Nizaminin ədəbi irsinin

öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini

böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il

yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir

şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun

yubileyi hər il keçirilə bilər.

Təsəvvür edin, əgər biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa,




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə