____________Milli Kitabxana____________
149
bəblərə görə biz məğlubiyyətlərə uğrayırıq. Dediyim kimi, torpağımızın bir
hissəsi əlimizdən gedib, lakin bu gün şəksiz-şübhəsizdir ki, Azərbaycan xalqı
əsrlər boyu torpağını qoruduğu kimi, indi də Azərbaycanın qeyrətli, namuslu,
cəsarətli oğulları Vətəni qoruyaraq şəhid olurlar, canlarını qurban verirlər. Bu
müddətdə minlərlə həmvətənimiz həlak olub. Onların çoxu döyüşərək, cəsarət,
qəhrəmanlıq göstərərək, xalqına, torpağına sədaqətli olaraq dünyasını tərk edib.
Bu, bizim üçün bir tərəfdən faciədirsə, digər tərəfdən Azərbaycan xalqının
qüdrətini, mətanətini, cəsarətini bir daha nümayiş etdirən amildir. Azərbaycan
torpaqlarını müdafiə edərək həyatlarını qurban vermiş, şəhid
olmuş
həmvətənlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah onlara rəhmət
eləsin, qəbirləri nurla dolsun.
Bu gün biz müdafiə vəziyyətindəyik, ancaq xalq ümidlərini itirmir.
Azərbaycan xalqı öz torpaqlarını geri qaytarmalıdır, ərazi bütövlüyünü bərpa
etməlidir. Xalqımız öz suverenliyini, öz müstəqilliyini qorumağa qadir xalqdır.
Təəssüf ki, Azərbaycan xalqının içində, mənəviyyatında olan imkanlardan bu
dövrdə istifadə olunmayıbdır. Aparıcı adamlar, siyasi rəhbərlər, dövlət adamları,
yaxud özlərini sərkərdə adlandıranlar da
olubdur, ancaq onlar xalqın böyük
qüdrətindən, böyük imkanlarından istifadə edə bilməyiblər. Lakin bunların hamısı
müvəqqəti xarakter daşıyır. Bir də deyirəm, xalqımız qüdrətli xalqdır, əsrlər boyu
ciddi imtahanlardan keçmişdir, bu imtahandan da çıxacaqdır və mən buna şübhə
etmirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz
torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını
özü quracaqdır.
Ancaq bu o qədər də asan iş deyil. Bunun üçün hamı birləşməli,
Azərbaycan xalqının gücü bir yerə toplanmalı, hamı bir hədəfə vurmalıdır.
İndi gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını versin, öz borcunu
versin. Hamı borcludur. Heç kəs deyə bilməz ki, borclu deyil. Xalqın
övladları bu torpaqla doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın
ruhu bizim üçün müqədləs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu,
hamının borcudur. Təəssüf ki, bəzi adamlar belə hesab edirlər ki, kimsə qoy
gedib torpağı müdafiə etsin, amma o birisi öz şəxsi işi ilə məşğul olsun.
Kimsə vuruşsun, o birisi isə kənarda dursun, gözləsin görək nə olur.
Son illərin ən əcaib hadisəsi ondan ibarətdir ki, Azərbaycanın bu ağır
dövründə birləşib torpaqlarımızı qorumaq, millətimizin, xalqımızın şərəfini
qorumaq, tariximizi qorumaq əvəzinə ayrı-ayrı qruplar, ayrı-ayrı şəxslər bu
fürsətdən istifadə ediblər, vəzifə, məqam hərisliyinə düşüblər, öz şəxsi
mənafelərinə, şəxsi məqsədlərinə nail olmağa çalışıblar. Meydana gündə bir
siyasətçi çıxıb, ancaq sonra iç üzləri açılıbdır. Təəssüf. Ancaq yəqin ki,
xalqımız bunları da görməlidir. Yəqin ki, cəmiyyətin içində olan bu ünsürlər
də meydana çıxmalı idilər.
Heç də bu fikirdə deyiləm ki, Azərbaycanı bürümüş bulanıq su indi artıq
durulub, yox bu su hələ çox bulanıqdır. Biz bulanıq göl içindəyik. Bəli,
hamımızın gücü ilə gərək bu palçıqdan, bu-
____________Milli Kitabxana____________
150
lanıq sudan çıxaq, təmizlənək. Gərək hər kəs birinci növbədə xalqın ümumi
mənəviyyatına sədaqət göstərərək öz mənəviyyatını nümayiş etdirsin və xalqı
bu vəziyyətdən çıxarmağa kömək etsin.
Bu sahədə biz çox tədbirlər görməliyik. Qarşımızda vəzifələr çoxdur.
Ancaq şübhəsiz ki, tək mən, yaxud da ki, mənimlə bərabər bir neçə adam
bunların hamısının öhdəsindən gələ bilməz. Xalq birləşməlidir. Xalqın ağlı,
zəkası, biliyi birləşməlidir. Elə etməliyik ki, bu ağır müharibə vəziyyətindən
çıxaq. Mən indi bunun çıxış yolları haqqında danışmaq istəmirəm. Biz həm
siyasi fəaliyyəti gücləndirməliyik, həm respublikamızın müdafiə qüdrətini
möhkəmlətməliyik, həm də ordu sıralarında, yaxud da ayrı-ayrı yığma
batalyonlarda olan quldurları kənarlaşdırıb sağlam qüvvələri toplamalıyıq.
Ancaq hamımız gərək bilək ki, indi Azərbaycan Respublikası qan
içindədir. Respublikamız öz müstəqilliyini qorumaq üçün çox işlər
görməlidir. Müstəqillik təkcə siyasi xarakter daşımır. Müstəqillik tək ondan
ibarət deyildir ki, bizi beynəlxalq təşkilatlar tanıyıblar. Müstəqillik birinci
növbədə odur ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın. Ona görə də
hamı birləşməlidir. Hamı ayağa qalxmalıdır. Hamı səfərbər olmalıdır.
Rəhmətlik Səməd Vurğunun dahiyanə sözləri daim yadıma gəlir. O vaxt, 41-
ci, ya da 42-ci ildə o dedi ki, müsəlləh əsgərəm mən də bu gündən. O vaxt biz
ümumi sovet vətənini qoruyurduq. İndi biz öz doğma torpağımızı, müstəqil
Azərbaycan dövlətini qoruyuruq, ona görə də peşəsindən, vəzifəsindən asılı
olmayaraq indi hər kəsdə, hər vətəndaşda bu hissiyyat daha güclü olmalıdır,
Güman edirəm ki, biz buna nail ola biləcəyik, hamımız birləşib bu ağır
müharibə vəziyyətindən çıxa biləcəyik.
İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük
tarixi bir hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki,
biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti
qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq. Bu müstəqillik
dünyada, o cümlədən keçmiş sovetlər birliyində əsrin ikinci yarısında,
xüsusən 70-ci, 80-ci illərdən başlayaraq gedən ictimai-siyasi proseslərin
məntiqi nəticəsidir.
Biz müstəqilliyi silahla, dava ilə, üsyanla əldə etməmişik. Bu müstəqillik
tarixi prosesdir, onu ictimai-siyasi proseslər əsasında əldə etmişik. Qoy heç
kəs deməsin ki, kimsə bir qəhrəman kimi bu müstəqilliyin sərkərdəsidir,
yaxud müstəqilliyi əldə edən bir siyasi xadimdir. Müstəqillik heç kəsə, heç
bir təşkilata mənsub deyildir. Müstəqillik xalqa mənsubdur Bu, tarixin,
taleyin xalqa bəxş etdiyi böyük bir nemətdir. Biz bunu qiymətləndirməliyik.
Ancaq müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki,
müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək,
möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır. Bu sahədə çox iş
görməliyik. Təəssüf ki, müstəqillik əldə ediləndən indiyə qədər iş
görülməyibdir. "Müstəqillik, müstəqillik" deyə bağıran adamlar belə hesab
edirlər ki, onlar bu